Microsoft Word Logistika muhazir? konspekti 85 seh


ÇATDIRMA ZƏNCİRİNİN İDARƏ OLUNMASI (SCM)



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə22/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   18   19   20   21   22   23   24   25   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

ÇATDIRMA ZƏNCİRİNİN İDARƏ OLUNMASI (SCM) 
 
Nəqliyyat logistikasının effektiv həll metodlarından biri SCM (
Supply Chain 
Management 
– Çatdırma Zəncirinin İdarə Olunması) metodudur. SCM informasiya 
təminatı ilə təchizat, anbarlaşma və nəqletmə proseslərinin koordinasiyası, 
planlaşdırılması və idarə edilməsi məsələlərini həll edir. 
SCM çərçivəsində nəqliyyat-logistik sistemlərin təşkili informasiya-texnoloji 
vasitələrlə birləşmiş bir-neçə müəssisəni birləşdirən bütün logistik zəncirin 
araşdırılmasına əsaslanır. Hərəkət etdirici qüvvə iqtisadiyyat, o cümlədən nəqliyyat 
sahəsində baş verən dəyişikliklər tempidir. 
Qiymətin yaranma zəncirində müəssisələr arasında bütün proseslərin 
sistematik birləşdirilməsi müştərilərin ehtiyaclarının proqnozlaşdırılmasından və 
sifarişlərin paylanmasından başlayaraq nəql etməyə qədər logistik zəncir daxilində 
inteqrasiya olunmuş informasiyanı özündə daşıyır. 
Beləliklə bütün logistik məsələlərin: təchizat – paylanma – daşıma qarşılıqlı 
əlaqəsi (“bir-birini örtməsi”) təmin olunur. 
Logistik zəncirdə istehlakçının maraqları baxımdan idarə olunmanın əsas 
kriteriləri aşağıdakılardır: 
1.
Zaman 
2.
Keyfiyyət 
3.
Qiymət 
Bu üç kriteri çatdırma zəncirinin üçbucağı adlanır. Üçbucaqda kriterinin 
mövqeyi istehlakçının fərdi xüsusiyyətlərindən, göndərilən malın xarakterindən və 
s. asılıdır. 
SCM-in qurulmasında əsasən 2 axın: informasiya və maddi axın nəzərə alınır 
və ya əsas götürülür. Ona görə də SCM-in əsas tərkib elementləri materiallar
mallar və məlumatlardan ibarətdir. SCM-in ümumiləşdirilmiş modelini aşağıdakı 
sxemdəki kimi vermək olar: 
Qiymət 
İstehlakçı marağı 
Zaman 
Keyfiyyət 
İnformasiya axını 






Yük axını 



26 
1.
Yük göndərən 
2.
Nəqliyyat ekspedisiya şirkəti (logistik qrup) 
3.
Terminal 
4.
Nəqliyyat şirkəti 
5.
Nəqliyyat ekspedisiya şirkəti (paylama) 
6.
Terminal 
7.
Yük alan 
Model sxemdən göründüyü kimi SCM-də iki axın önəmlidir: informasiya və 
yük axını. Onların fərqli xüsusiyyətləri istiqamətlərindədir. Şəkildən logistik 
zəncirdə müəssisənin özünün və onun tərəfdaşlarının necə iştirak etdiyi və ən əsası 
isə logistik informasiyanın necə istifadə edilməsi aydın görünür. 
Aşağıdakı 
şəkildə 
SCM-in 
həlledici 
kompetensiyalarının 
sxemi
göstərilmişdir. 
Şəkil 5. SCM-in həlledici kompetensiyaları 
Qeyd olunan faktorlar çatdırma zəncirinin açarları adlanır. Onları nəzərə 
alaraq qoyulan şərtlərin təmin olunması baxımından çatdırma zənciri (logistik 
zəncir) qurulur. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə