Microsoft Word Logistika muhazir? konspekti 85 seh


Tədarük prosesi. Materialların tədarük prosesi



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə25/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   21   22   23   24   25   26   27   28   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

Tədarük prosesi. Materialların tədarük prosesi 
bir sıra qarşılıqlı əlaqəli 
logistik işləri özündə birləşdirir: 

material alınması üçün sifarişin hazırlanması və rəsmiləşdirilməsi: 

təchizatçıların seçimi; 

sifarişlərin analizi; 

müqavilənin şərtlərinin icrasına nəzarət; 

materialın mədaxil kimi qeyd edilməsi; 

hesablara nəzarət; 

alınma prosesinin tamamlanması. 
Sifarişlərin hazırlanması. 
Materialların əldə edilməsi üçün sifarişlər 
müəssisənin funksional bölmələrinin uyğun əməkdaşları tərəfindən hazırlanır. 
Sifarişlərdə müəssisəyə hansı növlü və hansı miqdarda materialın tələb olduğu
onların nə vaxt alınmalı olduğu və sifarişin kim tərəfindən tərtib edildiyi haqda 
informasiyalar olur. Sifarişlər elə tərtib edilir ki, daxil olması gözlənən 
materialların miqdarı onlara olan faktiki ehtiyacdan çox olur. 
Sifarişlərin verilməsi və materialların alınması arasındakı vaxt 
qabaqlama 
vaxtı 
adlanır. Qabaqlama vaxtının düzgün təyin edilməsi tədarükün və maddi 
ehtiyatların idarə edilməsi prosesində mühüm rol oynayır. Sifarişlərin qabaqcadan 
verilməsi çatdırmalarda gözlənilməz ləngimələrin mənfi təsirlərini azaldır. Eyni 
zamanda qabaqlama vaxtının lazım olduğundan çox artırılması maddi ehtiyatların 
artmasına səbəb olur. Sifarişlərin tərtib edilməsinə məsul işçilər təchizatçının 
imkanlarını və material istehlakçısının ehtiyaclarını nəzərə alaraq materialların 
çatdırılma müddətlərini minimal qabaqlama ilə müəyyən etməlidirlər. 
Sifariş tərtib olunarkən sifarişçi aşağıdakı məlumatları blankda göstərir: 

sifarişçi haqda məlumat; 

yükün növü, miqdarı, saxlanma şəraiti; 

göndərmə və təyinat yerləri

göndərmə və çatdırma vaxtını. 
Sifarişlərin analizi. 
Materialların istehlakına sifarişlər digər bölmələrin 
mütəxəssislərinin iştirakı ilə maddi-texniki təchizat xidmətində analiz edilir. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə