29
Təchizat xidməti sifarişlərdə göstərilmiş materialları
dəyişmək hüququna
malik deyil. Bölmənin işçiləri daxil olan sifarişləri təhlil etməli və sifarişlərin
dəyərinin azalmasına səbəb ola bilən materialların əldə edilməsi variantlarını təklif
etməlidirlər.
Materiallara tələbatın təyin olunma metodları.
Maddi axınların effektiv idarə edilməsinin vacib şərtlərindən
biri perspektiv
tələbatın məlum olmasıdır.
Materiallara tələbat
– məhsul buraxılışının
verilmiş
proqramını icra etmək üçün lazım olan xammal-materialın miqdarıdır.
Materiallara tələbatın aşağıdakı növləri var:
Brutto tələbat
– ehtiyatların anbarda və ya istehsal şəklində olmasından asılı
olmayaraq plan dövrü üçün tələbatdır.
Ümumi brutto tələbat
– brutto tələbat + əlavə tələbatdır, o, sınaqların
keçirilməsini, nümunələrin hazırlanmasını, təmir və avadanlığın saxlanması ilə
bağlı tələbatın artımını, yarımçıq çatdırma ilə bağlı ehtiyatları əhatə edir.
Netto tələbat
– təmiz tələbatdır. Brutto tələbatla mövcud olan ehtiyatın fərqi
kimi təyin edilir.
İlkin tələbat
– istehsalın hazır məmulatlara tələbatdır, bu tələbat bazar tələbatı
ilə təyin edilir. Ticarət müəssisələrində bu əsas tələbatdır.
İkinci tələbat
–
ilkin tələbat üçün xammala, materiallara, məmulatlara,
komplektləşdirici məhsullara tələbatdır.
Üçüncü tələbat
– ilkin və ikinci tələbat üçün köməkçi materiallara və işlənib
köhnələn alətlərə tələbatdır.
Materiallara tələbatın müəyyən edilməsi üçün informasiya təminatı həll
edilməlidir.
Dostları ilə paylaş: