MADDİ RESURSLARIN TƏDARÜK METODLARI Tədarükün təşkili vaxtı aşağıdakı
metodlar istifadə edilir.
Malın bir partiya ilə alınması. Metod malların bir dəfəyə (topdansatış
tədarükü) böyük partiya ilə çatdırılmasını nəzərdə tutur. Onun üstünlükləri:
sənədlərin rəsmiləşdirilməsinin sadəliyi, bütün partiyanın çatdırılmasına zəmanət,
yüksək ticarət endirimləri. Çatışmazlıqları − anbar yerlərinə böyük ehtiyac,
kapitalın dövriyyəsinin ləngidilməsidir.
Kiçik partiyalarla müntəzəm alınma. Bu halda alıcı malların lazımi miqdarını
sifariş edir, bunlar ona müəyyən dövr ərzində partiyalarla göndərilir. Belə metodun
üstünlükləri bunlardır: kapitalın dövriyyəsi sürətlənir, çünki mallar ayrı-ayrı
partiyaların daxil olması ilə ödənir; anbar yerlərinin sahəsinə qənaət edilir;
çatdırma sənədləşməsi xərcləri azalır, çünki, sifariş yalnız bütün çatdırma üçün
rəsmiləşdirilir. Onun çatışmazlıqları: artıq miqdarda mal sifarişinin ehtimalı;
sifarişlə müəyyən olunmuş malların bütün həcminin ödənmə ehtiyacı.
Gündəlik (aylıq) qiymət siyahıları üzrə alınma. Tədarükün belə metodu ucuz
və tez sərf edilən mallar alınan hallarda geniş istifadə olunur. Qiymət siyahıları hər
gün (hər ay) tərtib edilir və aşağıdakı məlumatları əhatə edir: malların tam
siyahısını; anbarda olan malların miqdarını; malların tələb edilən miqdarını. Bu
metodun üstünlükləri: kapitalın dövriyyəsinin sürətlənməsi, anbarlaşmaya və
saxlanmaya xərclərin azalması, çatdırmaların vaxtında yerinə yetirilməsidir.
Malın tələb olunduqca alınması. Bu metod malların müntəzəm
çatdırılmasına oxşayır, amma aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur:
çatdırılan malların miqdarı müəyyən edilmir, təxminən təyin edilir;
təchizatçılar hər sifarişin icrasından əvvəl alıcı ilə əlaqəyə girir;
malın yalnız göndərilmiş miqdarı ödənir;
müqavilə müddəti başa çatdıqdan sonra sifarişçi, hələ indi göndəriləcək
malları qəbul etməyə və ödəməyə məcbur deyil.
31
Bu metodun üstünlükləri: malların müəyyən miqdarının alınması üzrə sərt
öhdəliklərin olmaması, kapitalın dövriyyəsinin sürətlənməsi, sənədlərin
rəsmiləşdirilməsi üzrə minimum iş.