Microsoft Word Logistika muhazir? konspekti 85 seh


c) Pareto prinsipinə görə



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə30/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   26   27   28   29   30   31   32   33   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

c) Pareto prinsipinə görə: 

sinifli mallar

B sinifli mallar; 

C sinifli mallar. 
Bu təsnifat istehsal təşkilatlarının alqıları üçün verilib. Bu təsnifatdan başqa, 
beynəlxalq və dövlət alqılarını qeyd etmək olar. Alqıların bu növləri üçün də alqı 
logistikasının ənənəvi metodları tətbiq edilir: 

beynəlxalq; 

dövlət. 
2.
 
Beynəlxalq alqılar, bir qayda olaraq, daxili təchizatçıların qiyməti ilə 
müqayisədə malın daha aşağı qiyməti səbəbdən baş verir. Beynəlxalq alqılara 
həmçinin aşağıdakı amillər imkan yaradır: 

valyutalar mübadiləsinin sərfəli istiqaməti; 

yüksək keyfiyyət; 

daxili bazarda malın yoxluğu; 

yüksək xidmət keyfiyyəti; 

xaricdə filialların (şöbələrin) mövcudluğu və s. 
Xaricdən malların alınması haqda qərarın qəbulu prosesində bir sıra amilləri 
nəzərə almaq lazımdır. Malın təchizatçıdakı qiyməti ilə bərabər, həm də gömrük 
sənədlərinin rəsmiləşdirilməsi ilə bağlı çatdırma vaxtının artmasını, nəqliyyat 
ləngimələrini nəzərə almaq lazımdır. Bunun nəticəsində alqıya sərf olunan ümumi 
xərclər artır. 
3.
 
Dövlət alqıları da, həmçinin istehsal təşkilatlarının alqı logistikası 
metodlarına əsalanır, lakin onların öz spesifikası var. Dövlət alqıları zəmanətli 
təchizata, alınan məhsulun keyfiyyətinin artırılmasına istiqamətlənir. 
Dövlət alqılarının əsas xüsusiyyəti ondadır ki, onlar ciddi qanunvericilik və 
büdcə çərçivələrində həyata keçirilir. 
TƏCHİZATÇININ SEÇİMİ 
 
Müxtəlif firmaların təchizat xidmətlərinin vacib funksiyası şirkət üçün 
təchizatçının seçimi hesab olunur. Təchizatçının seçiminin həyata keçirilməsinin 
əsas mərhələləri bunlardır: 
1.
 
Potensial təchizatçıların axtarışı. 
Bu halda növbəti metodlar istifadə edilə bilər: 

müsabiqənin elan olunması; 

reklam 
materiallarının, firma kataloqlarının hazırlanması, kütləvi 
informasiyaya vasitələrində elanların verilməsi və s.; 

sərgilərdə və yarmarkalarda iştirak etmə

mümkün təchizatçılarla yazışma və şəxsi əlaqələr. 
Sadalanan 
tədbirlər 
nəticəsində 
potensial 
təchizatçıların 
siyahısı 
formalaşdırılır, onlar daim yenilənir və yeni adlar əlavə olunur. 


33 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə