34
İstehsal logistikasının məqsədi maddi
nemətlər yaradan və ya saxlama,
qablaşdırma, çəkmə, yığma və s. kimi material xidmətlər göstərən müəssisələrin
daxilində maddi axınların optimallaşdırılmasıdır.
İstehsal logistikasının
əsas xüsusiyyəti
−
logistik prosesin iştirakçıları
arasında mal-pul münasibətlərinin olmamasıdır. Onlar
ın arasındakı əlaqələr istehsaldaxili əlaqələr adlandırılır. Münasibətlərə uyğun
olaraq istehsal logistikasının işlədiyi logistik sistemlər − istehsaldaxili logistik
sistemlər adlanır.
İstehsal-logistik sistemlərə: sənaye müəssisələrini,
anbar tikintisinə malik
topdansatış müəssisələrini, mərkəzi yük stansiyalarını; mərkəzi dəniz portlarını və
s.-ni aid etmək olar.
İstehsaldaxili logistik sistemləri
makro- və mikrosəviyyələrdə nəzərdən
keçirmək olar.
Makrosəviyyədə
istehsaldaxili logistik sistemlər bütöv şəkildə öz aralarında
əlaqəsi olan alt sistemlər yığımından ibarətdir. İstehsaldaxili
logistik sistemlər
makrologistik sistemlərin elementləri rolunda çıxış edir. Belə sistemlərə nümunə
kimi tədarükü, anbarları, nəqliyyatı göstərmək olar.
Logistika məhsulun
çatdırılması, istehsalı və satışı ilə məşğul olan bəndlərin uyğunlaşdırılmış işini
təmin etməlidir. Onlar bu sistemlərin işinin ritmini verir, maddi axınların mənbəyi
olur. Makrologistik sistemlərin mühitin dəyişikliklərinə uyğunlaşması onlara daxil
olan istehsaldaxili mikrologistik sistemlərin buraxılan məhsulun keyfiyyətini və
miqdarını tez dəyişmə qabiliyyəti ilə əhəmiyyətli dərəcədə təyin edilir.
Mikrosəviyyədə
istehsaldaxili logistik sistemlər bir-biri ilə münasibətlərdə və
əlaqələrdə olan, müəyyən bütövlük yaradan bir sıra alt sistemlər təşkil edir. Yəni,
istehsal daxili logistik sistemlər makrologistik sistemin elementidir, daha dəqiq isə
maddi axınların mənbəyidir.
Buradan məlum olur ki, istehsaldaxili sistemlər
iqtisadi vəziyyətə, istehsal nomenklaturasının
dəyişməsinə, buraxılan məhsulun
miqdarına tez uyğunlaşmalıdır. Əks təqdirdə makrologistik sistemə daxil olan bu
istehsaldaxili sistem effektiv işləyə bilməyəcək.
Bu alt sistemlər: tədarük, anbarlar,
ehtiyatlar, istehsala xidmət, nəqliyyat,
informasiya, satış və kadrlar maddi axının sistemə daxil olmasını, onun daxilində
hərəkətini və sistemdən çıxmasını təmin edir. Logistikanın konsepsiyasına uyğun
olaraq istehsaldaxili logistik sistemlərin qurulması müəssisənin daxilində təchizat,
istehsal və satış bölmələrinin planlarının və işinin əlaqəli və qarşılıqlı
korreksiyasını daim təmin etməlidir.
Dostları ilə paylaş: