35
İstehsalın təşkilinin ənənəvi konsepsiyası
aşağıdakıları tələb edir:
əsas avadanlığı heç vaxt dayandırmamaq
və necə olursa olsun onun
istifadəsinin yüksək əmsalını təmin etmək;
məhsulu mümkün qədər böyük partiyalarla hazırlamaq;
"hər ehtimala qarşı" maddi resursların maksimal böyük ehtiyatına malik
olmaq.
Ənənəvi konsepsiya "satıcı bazarı" üçün, yəni, tələbat
təklifdən böyük olan
iqtisadi situasiya üçün tipikdir. Bu halda avadanlığın maksimal yüklənməsi
istehsalın təşkili üçün prioritet amil olur. Bununla bərabər partiyanın
ölçüsünü
artırıb maya dəyərini azaltmaq da əhəmiyyətlidir. Bu halda reallaşdırma məsələsi
ikinci plana keçir.
Təklif tələbatı ötməyə başlayan kimi, "alıcı bazarı" adlandırılan
vəziyyət
yaranır. Bu andan başlayaraq istehsalın təşkil olunmanın logistik konsepsiyası daha
əlverişli olur. Reallaşdırma məsələsi prioritet olur. Rəqabət və daim dəyişən tələbat
şəraitində istehsal müəssisəsi heç bir sifarişdən yayına bilmir. İstehsal edilən
məhsulun keyfiyyəti birinci yerə çıxır, böyük ehtiyatları yaratmaq məqsədə uyğun
olmur. Bu zaman istehsal sisteminin çevikliyi çox əhəmiyyətli olur. İstehsal
sisteminin çevikliyini keyfiyyət və miqdar üzrə bölmək olar. Keyfiyyət çevikliyini
çevik istehsalın yaradılması ilə, yəni, rəqəmli proqram idarəetməli dəzgahlardan
istifadə, universal personalın mövcudluğu ilə təmin etmək olar.
Miqdar çevikliyi
avadanlığın və işçi qüvvəsinin ehtiyatının mövcud olması ilə təmin olunur.
Öz məqsədlərinə çatmaq üçün
Dostları ilə paylaş: