Microsoft Word Logistika muhazir? konspekti 85 seh



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə31/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   27   28   29   30   31   32   33   34   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

2.
 
Potensial təchizatçıların analizi. 
Potensial təchizatçıların tərtib olunmuş siyahısı münasib təchizatçıların 
seçilməsini həyata keçirməyə imkan verən xüsusi meyarlara əsasən təhlil edilir. 
Belə meyarların sayı onlarla ola bilər. Ancaq əksər halda meyarların sayı çatdırılan 
məhsulun qiyməti, keyfiyyəti və həmçinin də çatdırmaların etibarlılığı ilə 
məhdudlaşdırılır. Burada təchizatçı tərəfindən çatdırma müddətinə riayət 
olunmasına, çatdırılan məhsulun komplektliyinə, miqdar üzrə öhdəliklərə riayət 
edilməsinə də diqqət edilir. 
Təchizatçının seçimi vaxtı diqqət olunan digər meyarlar aşağıdakılardır: 

istehlakçılara göstərilən xidmətin keyfiyyəti; 

çatdırmaların çevikliyi; 

sifarişin ölçüsünün məhdudlaşdırılması; 

təchizatçının istehlakçıdan uzaqlığı; 

əlaqə yolları; 

təchizatçının maliyyə durumu, onun krediti ödəmə qabiliyyəti və s. 

təchizatçıda psixoloji ab-hava (tətillərin baş vermə imkanları); 

bütün xidmət müddəti ərzində ehtiyat hissələrinin çatdırılmasını təmin etmək 
imkanı. 
Potensial təchizatçıların analizi nəticəsində konkret təchizatçıların siyahısı 
formalaşdırılır, onlarla müqavilə əlaqələrinin bağlanması üzrə iş aparılır. 
3.
 
Təchizatçının seçiminin iki əsas metodu mövcuddur: 

firmanın alqıları həyata keçirən ticarət agenti vasitəsilə; 

vasitəçilik təşkilatı tərəfindən. 
Ticarət agentləri, vasitəçi firmalar təchizatçının axtarışları üzrə göstərilən 
fəaliyyəti həm fiksə edilmiş mükafat üzrə, həm də sazişə görə faiz ilə həyata keçirə 
bilər. 
İSTEHSAL LOGİSTİKASI 
 
İSTEHSAL LOGİSTIKASININ MAHİYYƏTİ, MƏQSƏDİ 
VƏ MƏSƏLƏLƏRİ 
 
Müəssisəyə müasir inkişaf mərhələsində xammal təchizatçıları və hazır 
məhsul istehlakçıları ilə uzunmüddətli qarşılıqlı əlaqədə baxılır, o rəqabət 
üstünlüklərinin reallaşdırması və sənaye və kommersiya fəaliyyətindən səmərə 
əldə edilməsi üçün tənzimlənmiş logistik sistemin bir hissəsi olmalıdır. Maddi axın 
xammal mənbəyindən istehlakçıya qədər bir sıra istehsal bəndlərindən və ardıcıl 
mərhələlərdən keçir. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə