22
iqtisadi mühitə görə;
zaman faktoruna görə.
Təyinatına görə informasiya axınları
belə bölünür:
direktiv (idarəedən);
normativ-məlumat;
uçot-analitik;
köməkçi.
Müntəzəm axında məlumatların vaxt üzrə reqlamentləşdirilmiş ötürülməsi baş
verir. Dövri axında informasiyanın ötürülmə vaxtı sərt məhdudlaşdırılır. Operativ
axın abunəçilərin interaktiv rejimdə əlaqəsini təmin edir.
Logistik menecment informasiya axınlarının çoxsaylı
göstəriciləri və
xarakteristikaları ilə təmin edilir:
1)
verilən xəbərlərin terminologiyası, məlumatların növləri və sənədlərlə;
2)
məlumatların həcmi ilə;
3)
məlumatların ötürülmə sürəti ilə;
4)
məlumat kanallarının buraxma
qabiliyyəti ilə;
5)
maneədən müdafiə ilə.
İnformasiya axınları məhsula qoyulan tələblər haqqında informasiyanı, hazır
məhsulun dəyərini, sifariş qaydalarını və hazır məhsulun istehlakçılara çatdırılması
haqqında informasiyaları daşıyır.
Satış həcminin proqnozlaşdırılması üçün informasiya mənbələri aşağıdakı
məlumatları əhatə edir:
1)
konkret çeşidli məhsulun bazarda əvvəlki satışları haqda informasiya;
2)
rəqiblərin satışlarının miqdarı;
3)
bazarın bu bölməsinin bütün satış həcmi;
4)
hazır məhsula bazar tələbatı;
5)
əvvəlki satışlar haqda informasiyanın etibarlılığı və dəqiqliyi;
6)
hazır məhsulun keyfiyyət xarakteristikalarında planlaşdırılan dəyişiklikləri;
7)
istehlakçının tələbat strukturunda dəyişikliyin iqtisadi istiqamətlərini;
8)
hazır məhsulun bölgü sistemində qısamüddətli proqnozları;
9)
yeni bazarların inkişaf proqnozunu.
Nəqliyyat logistikanın informasiya təminatının əhəmiyyətini logistik sistemin
başlıca tərkib hissələri olan aşağıdakı üç əsas hissə arasındakı qarşılıqlı əlaqədən
daha aydın görmək olar:
1.
Nəqliyyat – daşıma prosesi;
2.
Logistik operator (menecer);
3.
İstehlakçı.
Logistik sistemin optimal idarə olunması üçün bu hissələr arasında
informasiya məlum olmalıdır, məsələn:
Nəqliyyat prosesi haqda informasiya − yükün miqdarı, anbar sahələri
nəqliyyatın növü, sayı və s.
Logistik operator informasiyası − daşımanın texnoloji üsulları, marşrutu,
maliyyə xərcləri və s.
23
İstehlakçı haqqında informasiya − istehlakçının sayı, tələbatı, alıcılıq
qabiliyyəti və s.
Göründüyü kimi hər bir hissənin informasiya həcmi
kifayət qədər böyükdür
və bir-biri ilə əlaqəlidir. Müasir dövrdə dinamik inkişaf fonunda bu
informasiyalarda sürətli dəyişiklik olur. Belə sürətli
dəyişməni klassik üsullarla
idarə etmək mümkün deyil. Ona görə də logistik sistemdə informasiyanın təminatı
yeni informasiya texnologiyalarına əsaslanır. Müşayiət edən ayrı-ayrı informasiya
axınları sənəd dövriyyəsi baxımından çox mürəkkəb və məzmunlu ola bilər.
Yaranma vaxtına görə informasiya və maddi axın arasında birmənalı
sinxronluq yoxdur. İnformasiya axını maddi axını, ya qabaqlayır və ya geri qalır.
Bəzi hallarda maddi axın informasiya axınının nəticəsi olur. Maddi axınının
yanında bir neçə informasiya axınının olması tipikdir.
Bu baxımdan logistik informasiya 3 növə bölünə bilər.
1.
Prosesi qabaqlayan informasiya (prosesdən xeyli əvvəl alınan). Belə
informasiya proqnozlaşdırma və planlaşdırma üçün önəmlidir. Optimallaşmanın
əldə olunması bundan çox asılıdır.
2.
Proseslə yanaşı gedən informasiya − maddi axınla yanaşı gedən
informasiyadır, məsələn,
yükü müşayiət edən sənədlər, anbardakı yükün cari
miqdarı və s.
3.
Prosesdən sonrakı informasiya. Əks reaksiyalı informasiya adlanır. Əgər
yanaşı gedən informasiya yüklə eyni istiqamətdə idisə bu onun əksinədir. Bu
informasiya logistik sistemdə zəif qovşaqları, buraxılmış səhvləri və s.
müəyyən
etmək və təhlil etmək üçündür.
Logistikanın informasiya resursları bunlardır:
məlumatların elektron mübadiləsi (EDİ konsepsiyası), standartlar;
kompüterlər;
rabitə və kommunikasiya vasitələri;
ştrix kodlar.
Logistikanın informasiya təminatında
Dostları ilə paylaş: