Microsoft Word Logistika muhazir? konspekti 85 seh



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə9/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   5   6   7   8   9   10   11   12   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

nəqliyyat xidmətləri

daşıma və qeyri-daşıma işlərinə bölünür. 
Nəqliyyatın logistik xidməti bütün digər xidmətlər kimi keyfiyyətlə 
qiymətləndirilir. 
Keyfiyyət 
dedikdə xidmətin, müştərinin tələbatını ödəməyə imkan 
verən xüsusiyyətlər və xarakteristikalar toplusu başa düşülür. Keyfiyyətli xidmət 
göstərilməsi bahalı işdir mülahizəsi səhvdir. Əksinə, müqavilə ilə nəzərdə tutulmuş 
şərtlərin yerinə yetirilməməsi səhvin aradan qaldırılması ilə bağlı material və əmək 
resurslarının sərf olunmasına səbəb olur. 
Hazırda nəqliyyatın logistik xidmətinin keyfiyyəti Beynəlxalq Standartlar İSO 
9000:2005 ilə qiymətləndirilir. Bu standarta əsasən nəqliyyat xidmətində keyfiyyət 
aşağıdakı göstəricilərlə müəyyən edilir: 
a)
xidmətin əlverişli olması (istehlakçının marağı baxımdan); 
b)
sürətli xidmət (rahatlığın təmin olunması); 
c)
təhlükəsiz xidmət. 
Bu göstəricilər bütövlükdə nəqliyyat xidmətinin keyfiyyətini xarakterizə edir. 
Bütün dünyada nəqliyyat sahəsində rəqabət çox böyük olduğundan istənilən 
nəqliyyat şirkəti nəqliyyat xidmətini yüksəltməyə çalışır. 
Logistik xidmətin ən vacib məsələlərindən biri qiymətdir. Logistik xidmətin 
qiymətini müəyyən etmək, nəql etmənin qiymətini müəyyən etməklə müqayisədə 
xeyli çətindir. Müştərilərə optimal xidmətin seçilməsi xərclərin kəmiyyətinin 
dinamikası ilə müəyyən olunur. Müəyyən olunub ki, xidmət səviyyəsi 70% və daha 
çox olduğu hallarda, xidmət səviyyəsinin artmasından asılı olaraq xərclər 
eksponensial artır. Xidmət səviyyəsi 90% və daha çox olduqda servisin 
səviyyəsinin yüksəlməsi sərfəsiz olur. Mütəxəssislər hesablayıb ki, nəqliyyat 
xidmətinin səviyyəsinin 95-dən 97%-ə qədər qaldırılması zamanı iqtisadi səmərə 
2%, xərclər isə 14% artır. 
Xidmətin rasional səviyyəsini müəyyən etmək üçün xərclərin, gəlirin və 
mənfəətin müqayisəsi aparılır, kompromis həllin tapılması prinsipi yerinə yetirilir 
– firmalar qiymət və xidmət səviyyəsi, xərclər və gəlirlər arasında ən yaxşı nisbəti 
tapır. Faktiki olaraq prosedura xidmət səviyyəsinin artması ilə xərclərin artması və 
xidmətin sayı və keyfiyyətinin azalması ilə gəlirin azalmasının müqayisəsinə 
gətirilir. Müqayisə nəticəsində xidmətin optimal səviyyəsi tapılır (şəkil 4). 

Şəkil 4. Xidmətin rasional səviyyəsinin müəyyən olunması 


10 

Xidmət səviyyəsi yüksəldikcə xərclər artır (2 əyrisi), lakin xidmətin səviyyəsi 
azaldıqca itkilər artır, gəlir azalır (3 əyrisi). Göstərilən iki toplananın 
koordinatlarının cəmlənməsi nəticəsində qırıq-qırıq əyri (1) alınır. Müəssisələr 
tərəfindən optimal xidmət səviyyəsinin müəyyən olunması çox çətinlik 
yaratdığından xərclərin və gəlirlərin münasib nisbətinin tapılması kimi “lazımi 
qədər yaxşı həll yolu” seçilir. Ümumi məbləğin minimumuna uyğun gələn xidmət 
səviyyəsi (1 əyrisinin ən minimal qiyməti) ən optimal səviyyə hesab olunur. 
Beləliklə, bazarın real vəziyyəti 100%-lik xidmət səviyyəsini səmərəsiz edir. 
Onu da nəzərə almaq lazımdır ki, bu sahəyə tətbiq oluna bilən Pareto qanununa 
görə gəlirlərin 80%-i 20% müştəridən gəlir. 
Logistik xidmətin səviyyəsi aşağıdakı kimi tapılır: 

t

S
s

i



(1) 

t

i


burada 

− göstərilən xidmətlərin faktiki sayı; 

− xidmətin nəzəri mümkün sayı; 
t
i
 
– 

xidmətinin yerinə yetirilmə vaxtıdır. 
Nəqliyyatın işi istehlakçının sorğusuna əsaslanmalıdır. Müştərini minimal 
çatdırma vaxtı, daşıma zamanı yükün 100% mühafizəsi, yüklərin qəbulu və təhvil 
verilməsinin rahatlığı, tariflər, daşıma şərtləri və yükün yeri haqda doğru 
məlumatın alınması cəlb edir. Yalnız bu halda müştəri uyğun xərcləri çəkməyə 
razıdır. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə