Microsoft Word Logistika muhazir? konspekti 85 seh



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə5/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   2   3   4   5   6   7   8   9   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

LOGİSTİK PLANLAŞDIRMA 
 
Logistik zənciri, axını və şəbəkəni formalaşdırmaq üçün logistik 
planlaşdırmanın aparılması zəruridir. Logistik planlaşdırmnın bir neçə mərhələsi 
var və bu mərhələlər logistik prosesə sistemlər nəzəriyyəsi aspektindən yanaşma 
əsasında müəyyən olunur. Buna bəzən logistikaya sistemli yanaşma da deyilir. 
Logistik planlaşdırmanın əsas mərhələləri aşağıdakılardır: 
1.
Məqsədin formalaşdırılması; 
2.
Logistik problemlərin qoyulması; 
3.
Alternativ həll yollarının axtarılması; 
4.
Proqnozlaşdırma; 
5.
Qiymətləndirmə; 
6.
Qərarın qəbulu; 
7.
İcra olunmanın mümkünlüyü; 
8.
Əks reaksiya. 
Logistik planlalaşdırmanın bu mərhələlərini ayrı-ayırılıqda nəzərdən keçirək. 
1.
 
Məqsədin formalaşdırılması 
İstənilən logistik məsələ bir sistem formasında olduğundan həmin sistemin 
müxtəlif iyerarxiyaları mövcuddur (alt təbəqələr və ya alt sistemlər). Hər bir alt 
sistemin özünün onun fəaliyyət sahəsinə uyğun məqsədi vardır. Ona görə də 
logistik məqsədin formalaşdırılması “məqsəd ağacı”na uyğun olaraq 








müəyyənləşdirilir. Burada ilk öncə sistemləri təşkil edən ən yüksək təbəqənin 
məqsədi (ali təbəqə), ona müvafiq olaraq isə alt sistemlərin məqsədi 
müəyyənləşdirilir. Logistik zəncirə əsasən isə logistik məqsəd iki sonluqlu 
məqsədə (istehsalçı və istehlakçının məqsədi) əsasən müəyyənləşdirilir. Nəqliyyat 
loqistikası baxımından ali məqsəd zəncirin ucluqlarının məqsədlərinə əsasən 
formalaşır. 
2.
 
Logistik problemlərin qoyulması 
Logistik problem 
– 
faktiki və gələcək proqnozlaşdırma vəziyyəti və ya tələb 
olunan plan vəziyyəti arasında kənara çıxmadır. Logistik problemlərin qoyulması 
müəyyən edilmiş logistik məqsədə çatmaq üçün həlli vacib olan logistik 
məsələlərin yerinə yetirilməsi və onların zəruri ardıcıllığının müəyyən 
edilməsindən ibarətdir. Məsələn, zəncirin obyektlərinin mövcudluğu, nəqliyyatın 
növlərinin 
seçilməsi, 
marşrutların 
seçilməsi, 
qarşılıqlı 
münasibətin 
formalaşdırılması və s. Burada logistik təsirlər prioritetlər (vaciblik) üzrə 
ardıcıllıqla düzülməlidir. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə