39
kütlələrin zövqünə, ehtiraslarına hesablanır.
Faktiki olaraq dünya Roma imperiyası dövrünün estetik
parametrlərini yeni bir tarixi dönəmdə yaşadır: hər
şey olmazın dərəcədə primitivləşir və adiləşir.
Kolizey qeysərlərin, senatın və kütlənin birgəliyinin
təzahürü idi. Müasirliyin nəhəng stadionları da eyni
missiyanı indi yerinə yetirir: futbol oyunları bir
tərəfdən həm qladiatorların döyüşləri ilə, digər
tərəfdən isə hökumətin keçirdiyi aksiyalarla
(kompaniyalarla) müqayisələr zonasındadır. Köhnə
Kolizeylə yeni stadionların şəcərəsi eynidir. Mən elə
fikirləşirəm ki, Roma imperiyasını fərsiz və problemli
qeysərlər yox, Kolizey, kolizey ideyası dağıtdı,
Kolizeyə toplaşıb fıştırığa basmaqla, çəpik vurmaqla
hay-küy qoparan, bağıran azad çoxluq dağıtdı.
Müasir stadionlar Kolizey ideyasını özlərində
yaşadırlar.
Kütlə Kolizey divarları arasında yunan teatrında
olduğu kimi özünü tanıya bilmədi, öz missiyasını
görmədi və azğınlaşdı. Kolizey tanrıları, bütləri
qırdı, yasaqları aradan götürdü və kütləyə Kolizeyin
dışını göstərib sanki dedi: “Bax, ora dünyadır: bacar,
Kolizeyi dünya boyda elə!” Xristianlıq haradasa məhz
Kolizeyin qapılarından başlayır. Çünki bütpərəstlərin
bütün tanrıları Kolizeydə ölmüşdülər. Nəsranilik bura
hökmən gəlməliydi və qətL, qan, zorakılıq görün-
tülərilə beyni qızmış çoxluğu cilovlayıb onu yaşıl
otluğa buraxmalıydı: təbii ki, İsa Məsihin ardıyca.
Elə ona görə də “Varlıq” kitabında “sürü və çoban”
motivi qədərincə güclüdür.
Qədim yunanlar çoxluğu unison oxuyan ruhsal xor
kimi görmək istəyirdilər. Roma imperiyası isə
çalışırdı ki, bu kütlə özündə daima döyüşkən ordu
potensialını hiss etsin. Ol səbəbdəndir ki, roma
patrisiləri çoxluğu Kolizey ehtirasları ilə
“yemləyirdi”. Xristianlıq isə bu çoxluğu tanrı
quzularına çevirməyə başladı: emosiyaları söndürmək,
hissləri ram eləmək üçün əyinlərə rahat, amma
40
yaraşıqsız qara cübbələr geyindirdi, çörək və su ilə
dolanmağı, nəfsi qorumağı, zahidliyi fərdi ruhsal
kamilliyin zirvəsi bildi. Adi bir xaç kütləni sakit-
ləşdirmək qüdrətinə malik oldu. Əslində, xristianlıq
özünəməxsus zombilər (və ya fanatiklər) ordusu
(çoxluğu) yaratmaqla məşğul idi. Odur ki, teatr və
büt, Kolizey və qeysər əvəzinə nəsranilik kütləyə
liturgiya (xristianlığın əsas ibadət ayini) ilə
ikonanı verdi. Teatr və büt hamınındır və eyni zamanda
heç kimindir. Liturgiya ilə ikona isə hər bir zaman
konkret fərdlərə ünvanlanır. İkona hamıya baxa-baxa
həm də ayrıca sənə baxır, sənin olur, səninlə
individual ünsiyyət qurur. Liturgiya müddətində də sən
hamıyla bərabər ibadət ayini içindəsən; amma bu, həm
də sənin öz şəxsi ibadətindir. Deməli, belə çıxır ki,
nəsranilik romalıların “formalaşdırdığı” çoxluqda
fərd, fərdiyyət axtarışında idi? Əsla. Xristianlığın
bu jesti, sadəcə olaraq, individi fərdi şəkildə öz
Allahına bağladıqdan sonra, tanrıyla “nişanladıqdan”
sonra onu çoxluğa, sürüyə qatmaq istəyindən irəli
gəlirdi. Tanrı ilə şəxsi kontakt kitab dinlərinin
fəlsəfi, psixoloji və sosial-təşkilati strukturunun
özülüdür. Məsələnin məğzi budur ki, xristianlıq gücə
söykənən ordunu fanatik fərdlərdən ibarət çoxluqla
əvəzləməyi üstün sayırdı. Çünki güc hər zaman azad və
individual ola bilir, fanatizm isə yox. Fanatizm
fiziki gücdən daha davamlı və daha möhkəm psixoloji
gücdür.
Liturgiya və ikona “köhnə” çoxluğu fərdiləşdirmək
yolu ilə dekonstruksiya eləyib tamam yeni bir çoxluq
yaradırdı. Nəsraniliyin təşkilatlandırdığı kütlə
Kolizey tamaşaçıları kimi görüntüyə baxıb
qeyzlənmirdi, cuşa gəlmirdi: o, sözə, kəlama reaksiya
verirdi. Ol səbəbdəndir ki, ortaçağ Avropa
mədəniyyətində teatrın toplumdakı rolu bapbalacadır,
epizodikdir. Teatrın yunan polisində mövcudluğunu
yunan demokratiyası, xorda özünü tapmış çoxluq
şərtləndirmişdi. Roma qeysərləri bu demokratiyanı
41
pozub özləri hər şeydə birinci oldular: birinci
qəhrəman oldular, birinci natiq oldular, birinci
aktyor oldular, xorun korifeyi oldular və kütlələri
teatra yox, Kolizeyə göndərdilər.
Ortaçağ fanatizmi isə teatrın nəfəsini kəsdi:
meydanlarda keçirdiyi qətlləri, cadugərlərə (hətta
pişiklərə belə) divan tutulmasını, onların
yandırılmasını çoxluğun qorxu və emosional coşqu ilə
izlədiyi tamaşalara döndərdi. Bunu özünəməxsus Kolizey
variantı adlandırmaq mümkündürmü? Bəlkə də bu elə
qorxu və iztirab vasitəsilə arınmadır? Hər halda bir
şey danılmaz həqiqətdir ki, ortaçağların fanatik
kütlələrində qətllərə və ya diri-diri yandırılan
ifritə qadınlara, pişiklərə tamaşa edərkən aşkarlanan
sadizm heç də Kolizey divarları arasında vəcdindən
bağıran Roma vətəndaşlarının sadizmindən mahiyyətcə
fərqlənmirdi.
İctimai qətlləri
İntibah dövrü küçə
və
meydanlardan qismən yığışdırıb onları sanki teatrlara
tulladı. Çoxluq teatrlara axışdı: o yenə də lap
əvvəlki kimi qan, ölüm, döyüş, zorakılıq, sevgilər və
erotika görmək istəyirdi, kobud, şit zarafatlara
barmağını tuşlayıb gülmək istəyirdi. Və Məna onu heç
maraqlandırmırdı da. Teatrlara isə pul qazanmaq və
özünü yaşatmaq lazım idi. Təsadüfi deyil ki, Şekspirin
faciələri haradasa lap korridanı xatırladır: imkan
düşən kimi personajlar qətl törətməkdən çəkinmirlər.
Onun pyeslərinin iştirakçıları üç-üç, beş-beş ölürlər,
öldürürlər və yenə də doymurlar, səhnəyə baş kəsib
çıxarırlar, qol-qıç kəsib çıxarırlar. Bu dramaturqun
komediyalarında isə o qədər kobud zarafatlar var ki,
onları ciddi qəbul eləyən andaca ya gərək yıxılıb
öləsən, ya da gərək ömrün axırınacan təlxək qalasan.
Kütlə Şekspirdən məhz bunu tələb eləyirdi: doyunca
ağlamaq, dodaqlar əsənəcən həyəcanlanmaq və nəfəs
kəsilənədək gülmək. Beləliklə, kütlə birbaşa olmasa
da, dolayısı yolla tamaşaların, pyeslərin sifarişçisi
olurdu. Əgər Əhya dövrünün İngiltərəsində kütlə
Dostları ilə paylaş: |