Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə13/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   9   10   11   12   13   14   15   16   ...   123

 
39
kütlələrin zövqünə, ehtiraslarına hesablanır. 
Faktiki olaraq dünya Roma imperiyası dövrünün estetik 
parametrlərini yeni bir tarixi dönəmdə yaşadır: hər 
şey olmazın dərəcədə primitivləşir və adiləşir. 
Kolizey qeysərlərin, senatın və kütlənin birgəliyinin 
təzahürü idi. Müasirliyin nəhəng stadionları da eyni 
missiyanı indi yerinə yetirir: futbol oyunları bir 
tərəfdən həm qladiatorların döyüşləri ilə, digər 
tərəfdən isə hökumətin keçirdiyi aksiyalarla 
(kompaniyalarla) müqayisələr zonasındadır. Köhnə 
Kolizeylə yeni stadionların  şəcərəsi eynidir. Mən elə 
fikirləşirəm ki, Roma imperiyasını fərsiz və problemli 
qeysərlər yox, Kolizey, kolizey ideyası dağıtdı, 
Kolizeyə toplaşıb fıştırığa basmaqla, çəpik vurmaqla 
hay-küy qoparan, bağıran azad çoxluq dağıtdı. 
     Müasir stadionlar Kolizey ideyasını özlərində 
yaşadırlar. 
     Kütlə Kolizey divarları arasında yunan teatrında 
olduğu kimi özünü tanıya bilmədi, öz missiyasını 
görmədi və azğınlaşdı. Kolizey tanrıları, bütləri 
qırdı, yasaqları aradan götürdü və kütləyə Kolizeyin 
dışını göstərib sanki dedi: “Bax, ora dünyadır: bacar, 
Kolizeyi dünya boyda elə!”  Xristianlıq haradasa məhz 
Kolizeyin qapılarından başlayır.  Çünki bütpərəstlərin 
bütün tanrıları Kolizeydə ölmüşdülər. Nəsranilik bura 
hökmən gəlməliydi və  qətL, qan, zorakılıq görün-
tülərilə beyni qızmış çoxluğu cilovlayıb onu yaşıl 
otluğa buraxmalıydı: təbii ki, İsa Məsihin ardıyca. 
Elə ona görə  də “Varlıq” kitabında  “sürü və çoban” 
motivi qədərincə güclüdür. 
     Qədim yunanlar çoxluğu unison oxuyan ruhsal xor 
kimi görmək istəyirdilər. Roma imperiyası isə 
çalışırdı ki, bu kütlə özündə daima döyüşkən ordu 
potensialını hiss etsin. Ol səbəbdəndir ki, roma 
patrisiləri çoxluğu Kolizey ehtirasları ilə 
“yemləyirdi”. Xristianlıq isə bu çoxluğu tanrı 
quzularına çevirməyə başladı: emosiyaları söndürmək, 
hissləri ram eləmək üçün əyinlərə rahat, amma 


 
40
yaraşıqsız qara cübbələr geyindirdi, çörək və su ilə 
dolanmağı, nəfsi qorumağı, zahidliyi fərdi ruhsal 
kamilliyin zirvəsi bildi. Adi bir xaç kütləni sakit-
ləşdirmək qüdrətinə malik oldu. Əslində, xristianlıq 
özünəməxsus zombilər (və ya fanatiklər) ordusu 
(çoxluğu) yaratmaqla məşğul idi. Odur ki, teatr və 
büt, Kolizey və qeysər  əvəzinə  nəsranilik kütləyə 
liturgiya (xristianlığın  əsas ibadət ayini) ilə 
ikonanı verdi. Teatr və büt hamınındır və eyni zamanda 
heç kimindir. Liturgiya ilə ikona isə  hər bir zaman 
konkret fərdlərə ünvanlanır.  İkona hamıya baxa-baxa 
həm də ayrıca sənə baxır, sənin olur, səninlə 
individual ünsiyyət qurur. Liturgiya müddətində də sən 
hamıyla bərabər ibadət ayini içindəsən; amma bu, həm 
də sənin öz şəxsi ibadətindir. Deməli, belə çıxır ki, 
nəsranilik romalıların “formalaşdırdığı” çoxluqda 
fərd, fərdiyyət axtarışında idi? Əsla. Xristianlığın 
bu jesti, sadəcə olaraq, individi fərdi  şəkildə öz 
Allahına bağladıqdan sonra, tanrıyla “nişanladıqdan” 
sonra onu çoxluğa, sürüyə qatmaq istəyindən irəli 
gəlirdi. Tanrı ilə  şəxsi kontakt kitab dinlərinin 
fəlsəfi, psixoloji və sosial-təşkilati strukturunun 
özülüdür. Məsələnin məğzi budur ki, xristianlıq gücə 
söykənən ordunu fanatik fərdlərdən ibarət çoxluqla 
əvəzləməyi üstün sayırdı. Çünki güc hər zaman azad və 
individual ola bilir, fanatizm isə yox. Fanatizm 
fiziki gücdən daha davamlı  və daha möhkəm psixoloji 
gücdür. 
     Liturgiya və ikona “köhnə” çoxluğu fərdiləşdirmək 
yolu ilə dekonstruksiya eləyib tamam yeni bir çoxluq 
yaradırdı. Nəsraniliyin təşkilatlandırdığı kütlə 
Kolizey tamaşaçıları kimi görüntüyə baxıb 
qeyzlənmirdi, cuşa gəlmirdi: o, sözə, kəlama reaksiya 
verirdi. Ol səbəbdəndir ki, ortaçağ Avropa 
mədəniyyətində teatrın toplumdakı rolu bapbalacadır, 
epizodikdir. Teatrın yunan polisində mövcudluğunu 
yunan demokratiyası, xorda özünü tapmış çoxluq 
şərtləndirmişdi. Roma qeysərləri bu demokratiyanı 


 
41
pozub özləri hər  şeydə birinci oldular: birinci 
qəhrəman oldular, birinci natiq oldular, birinci 
aktyor oldular, xorun korifeyi oldular və kütlələri 
teatra yox, Kolizeyə göndərdilər.  
     Ortaçağ fanatizmi isə teatrın nəfəsini kəsdi: 
meydanlarda keçirdiyi qətlləri, cadugərlərə (hətta 
pişiklərə belə) divan tutulmasını, onların 
yandırılmasını çoxluğun qorxu və emosional coşqu ilə 
izlədiyi tamaşalara döndərdi. Bunu özünəməxsus Kolizey 
variantı adlandırmaq mümkündürmü? Bəlkə  də bu elə 
qorxu və iztirab vasitəsilə arınmadır? Hər halda bir 
şey danılmaz həqiqətdir ki, ortaçağların fanatik 
kütlələrində  qətllərə  və ya diri-diri yandırılan 
ifritə qadınlara, pişiklərə tamaşa edərkən aşkarlanan 
sadizm heç də Kolizey divarları arasında vəcdindən 
bağıran Roma vətəndaşlarının sadizmindən mahiyyətcə 
fərqlənmirdi.  
     İctimai qətlləri 
İntibah dövrü küçə 
və 
meydanlardan qismən yığışdırıb onları sanki teatrlara 
tulladı. Çoxluq teatrlara axışdı: o yenə  də lap 
əvvəlki kimi qan, ölüm, döyüş, zorakılıq, sevgilər və 
erotika görmək istəyirdi, kobud, şit zarafatlara 
barmağını tuşlayıb gülmək istəyirdi.  Və  Məna onu heç 
maraqlandırmırdı da. Teatrlara isə pul qazanmaq və 
özünü yaşatmaq lazım idi. Təsadüfi deyil ki, Şekspirin 
faciələri haradasa lap korridanı xatırladır: imkan 
düşən kimi personajlar qətl törətməkdən çəkinmirlər. 
Onun pyeslərinin iştirakçıları üç-üç, beş-beş ölürlər, 
öldürürlər və yenə  də doymurlar, səhnəyə baş  kəsib 
çıxarırlar, qol-qıç kəsib çıxarırlar. Bu dramaturqun 
komediyalarında isə o qədər kobud zarafatlar var ki, 
onları ciddi qəbul eləyən andaca ya gərək yıxılıb 
öləsən,  ya da gərək ömrün axırınacan təlxək qalasan. 
Kütlə  Şekspirdən məhz bunu tələb eləyirdi: doyunca 
ağlamaq, dodaqlar əsənəcən həyəcanlanmaq və  nəfəs 
kəsilənədək gülmək. Beləliklə, kütlə birbaşa olmasa 
da, dolayısı yolla tamaşaların, pyeslərin sifarişçisi 
olurdu.  Əgər  Əhya dövrünün İngiltərəsində kütlə 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə