Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə15/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   11   12   13   14   15   16   17   18   ...   123

 
45
teatrın öz iddiası var. Bu iddia ilə teatr kütlədən 
fərdləri qoparıb onları “özünküləşdirmək”, özünə sarı 
çəkmək istəyir. Kütlə  sənətin düşmənidir. Sənət və 
kütlə tandemi nonsensdir. Ən  əlverişli  şəraitdə belə 
üstün mövqe, latent təşəbbüs yenə seyrçilərin olaraq 
qalır. Teatr tamaşasının müəllifi rejissordan, 
aktyordan daha çox seyrçidir. Kütlə teatrda həmişə 
sifarişçi pozisiyasından “danışır”. Təsadüfi deyil ki, 
səhnə seyrçi salonundan daim “qorxur”, çəkinir, 
ehtiyatlanır. Odur ki, fərdiyyətə kütlədən (çoxluqdan, 
sürüdən) ayrılmaq hər bir vaxt həm çətindir, həm 
təhlükəlidir. Bizim bilincaltımız da bunu bizdən yaxşı 
bilir. Bu isə tamaşanın təsiri qarşısında ciddi 
psixoloji sipərdir. 
     Kino  sənəti, XX yüzil mədəniyyətinin törəməsi
kütlələrə, düzgün olar desəm, çoxluğa ünvanlanır. Onun 
hədəfi fərd deyil, kütlədir. Kino sənəti fərd 
axtaranda bir istehsalat kimi məhv olur. Bir gün 
ərzində bir tamaşanın bir teatrda yalnız bir dəfə 
oynanılmaq imkanı var: nadir hallarda isə uzağı iki 
kərə. Bir filmi isə bir gün ərzində müxtəlif 
kinoteatrlarda müxtəlif seanslarda dəfələrlə yayım-
lamaq mümkündür. Özü də teatrdan fərqli olaraq 
kinoteatrda filmə baxmaq heç bir xüsusi mərasim tələb 
eləmir. Ora hər cür geyimdə getmək məqbul sayılır. Bu 
da onu göstərir ki, kinoteatrda fərdiyyət yox, kütlə 
vacib hesab edilir. Kino sənəti öz yaranışından belə 
olub. Çarli Çaplinin filmləri ilk öncə kütlələri uğun-
durmaq üçün idi. Əgər bu filmlərdə Məna oyunbazlıqdan 
və  vələdüznalıqdan üstün olsaydı, seyrçi onun 
filmlərinin heç bir səhnəsində gülməyəcəkdi. Çünki 
insan düşünməyə başlayanda gülüş sakitcənə aradan 
çıxır. Kino sənətində intellekt oyunbazlıqdan irəli 
durduqca, adi seyrçi üçün “darıxdırıcı” filmlər  əmələ 
gəlir. Busa kinozalların boşalmasına gətirirb çıxarır. 
Kütlə kino sənətində nağılın vizuallaşmasının, yəni 
konkret obrazlar vasitəsilə 
sərgilənməsinin 
vurğunudur. Çoxluq primitiv nağılları xoşlayır. Məsələ 


 
46
bu ki, nağıllarda hər  şey son dərəcə aydındır. 
Nağıllarda düşünmürlər, yalnız qəhrəmanlıq göstə-
rirlər. Bizləri qorxaq edən düşüncələrimizdir. Nə 
qədər çox düşünürsənsə, bir o qədər də çox qorxaq 
olursan. Ancaq kamil düşüncə sahibi qorxaqlıq fövqünə 
yüksələ bilir. Düşüncə ilə  qəhrəmanlıq da bir araya 
sığmayan mənalardır. Təsadüfi deyil ki, əksərən məhz 
düşüncəsizlik (ehtiyatsızlıq) igidin həm 
qəhrəmanlığının, həm ölümünün səbəbidir. Kütlə özünü 
nağıllarda təsəvvür etdiyindən qəhrəman soraqlamağa, 
qəhrəman axtarmağa meylli olur və asancana öz nisbi 
idealını  qəhrəmana çevirir. Odur ki, Hollivud bir an 
belə dayanmadan kütlə üçün kinonağıllar, və  bəlkə  də 
susqun çoxluqdan ötrü efemer mikroxoşbəxtliklər 
istehsal edir. Hərçənd kütlə üçün qəhrəman fenomeni 
gerçək refleksiyadır. Susqun çoxluq isə bu qəhrəmanı 
bir nağıl kimi, yalan kimi qavrayıb onunla əylənir, 
xoşhallanır və zaman məsafəsini mütləq  şəkildə 
gözləməyi yadından çıxarmır. Bu kinonağılların 
qəhrəmanlarını seyrçilər adətən öz sevimli kuklaları 
kimi qəbul edirlər. Beləliklə, kino sənəti bir 
kinoindustriya qismində kütlədən ötrü qəhrəman-kukla 
istehsalından faydalanır. Kino sənəti özünə  həmişə 
fərd yox, kütlə axtarır, çoxluq axtarır, teatr 
sənətisə əksinə. 
     Ol  səbəbdən də  mən elə düşünürəm ki, şou-biznes 
kino-biznesin davamıdır, haradasa lap onun 
yetirməsidir.  Şou kino-biznesə daim lazım olan bir 
nəsnədir. Hətta belə  də demək mümkündür ki, şou-
biznesi kino dünyası öz məhsulunun satışı xatirinə 
törədib, yaradıb. Teatr sənətisə heç vədə biznesə 
çevrilmir. Bilmirəm, buna sevinmək gərəkir, yoxsa 
təəssüflənmək? Bu da öz növbəsində o deməkdir ki, 
teatr sənəti heç vədə kütlənin olmur. Kütlələrə isə 
həmişə teatr yox, tamaşa lazımdır. Bu tamaşanı da 
artıq uzun müddətdir ki, çoxluğa, kütlələrə siyasət 
verir. Son 20-25 il hüdudlarında siyasət qədərincə 
teatrallaşıb. Hər debat, hər diskussiya, siyasət-


 
47
çilərin seçkiqabağı dartışmaları kütlələri əyləndirə 
biləcək qədər suggestiv tamaşadır. Seyrçi reaksiyasına 
görə Amerika Birləşmiş  Ştatlarında aparılan seçki 
kompaniyaları futbol matçlarından bir elə 
də 
fərqlənmir. ABŞ prezidentlərinin inoqurasiya günü 
onları mütləq şou-biznesin ulduzları dəstəkləyir, belə 
deyək də, kütləni fərəhləndirir. Xeyli vaxtdır ki, 
çoxluğun assosativ təfəkküründə seçkiqabağı 
dartışmalar teleoyunlarla bir hücrədə yan-yanaşı 
durur. 
Şou günün siyasi, iqtisadi aktuallığına 
kütlənin reaksiyasını kütləşdirmək vasitəsidir.  Şou 
kütlənin səsini ALMAQ üçün effektiv siyasi priyomdur.  
Susqun çoxluq sosial girdabda şoularla qol-boyun olub 
xumarlanır. Odur ki, getdikcə kütlə  və teatr bir-
birindən daha çox aralanır. Orada ki teatr var, oraya 
kütlə axını yoxdur. Ora ki kütlələr toplaşır, orada 
teatra ehtiyac qalmır. Cəmiyyətdə bu gün teatra, teatr 
tamaşasına münasibətdə 
tələb minimaldır, yox 
dərəcəsindədir. Təklifsə var, bəlkə  də  aşırı miqdarda 
var.  Əgər bu vəziyyətdə dövlət teatrları bağlamırsa, 
onda bir çıxış yolu qalır: tələbin özünü istehsal 
etmək.  Əmtəə bazarında bu, artıq mövcud olan bir 
haldır. Hər hansı bir məhsul satılmayanda onun 
istehlakçısının istehsalına pullar xərclənir. Bu, 
bazar qanunudur. Hərçənd Brodvey teatrlarının 
təcrübəsi göstərir ki, seyrçinin “istehsalı” olduqca 
müşkül bir məsələdir. Sonuncu fikirlərim həm teatr, 
həm də kino sənətinə şamil edilir. Çünki çağdaş dövrdə 
kino sənəti şou-biznesin yedəyindən boylanır. 
     Bu 
məqalə böyük bir sosial-kulturoloji 
araşdırmanın fraqmenti kimi qavranılmağa iddialıdır. 
 
 
 
Ədəbiyyat:
 

Freyd Z. Psixoloqiya mass i analiz çeloveçeskoqo “Ya” // 
İskusstvo  kino. - 1990. - № 11. - S. 15.   

Yenə orada.  


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə