Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə12/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   8   9   10   11   12   13   14   15   ...   123

 
36
səsini, zövqünü almaq üçün mübarizədədir. 
Siyasətçidən, iqtisadçıdan tutmuş estrada müğənnisinə
şou-proqram aparıcısına qədər hamı fikirləşir ki, bu 
inert, passiv çoxluğu necə razı salaq, ondan necə SMS 
qoparaq. Saqqız, koka-kola, pop-korn, siqaret, pivə, 
teleoyunlar və digər milyonlarca cəfəng zir-zibil 
çoxluğu ev heyvanına çevirməkdən ötrü aparılan təlimin 
bir hissəsidir. Təki çoxluğun qarnı tox olsun, kefi 
kök olsun, əyləncəsi bol olsun. Deməli, çoxluq faktiki 
surətdə sürü həyatı yaşayır. Sürünü isə idarə etmək su 
içmək kimi bir şeydir. Bir çoban bir neçə köpəklə iri 
bir sürünü hayana istəsə, o yana da aparır. Çoxluq da 
belədir. O, rahat olanda başını aşağı salıb hər gün öz 
işinə gedir, işindən qayıdır və  nəbzini itirənəcən 
əylənməyə üstünlük verir. Elə əylənir ki, sanki sabah 
dünyanın sonudur. Çoxluq bu ritmdə yaşamağı xoşbəxtlik 
bilir. Ritm pozuldumu, yəni çoxluğun çörəyini və ya 
əyləncəsini 
əlindən aldılarmı, çoxluğa həməncə 
çaxnaşma düşür və şəhərdə kütlələr meydana çıxır. Niyə 
çoxluğun nazı ilə oynamaq vacibdir? Bu ona görə 
lazımdır ki, çoxluq lümpenləşəndə, proletariat olanda 
toplumda fəlakətlər yaşanır. Çoxluq kütlələr  şəklində 
birləşir və bu kütlələr qarşı-qarşıya dayanıb bir-
birini qırır. Kütlə  həmişə  hər  şeydən və hamıdan 
yuxarıda durduğunu, azman, mifik güc sahibi olduğunu, 
məqamın divi olduğunu anlayır və uçurub-
dağıtdıqlarından ötrü, törətdiyi qırğından ötrü 
peşmançılıq və  təəssüf hissi keçirmir. Çünki dünyaya 
yuxarıdan aşağı baxır. 
     Bu  qırğının, dağıntının özü də kütlə üçün bir 
əyləncədir, bir oyundur, bir tamaşadır. Kütlə olaya, 
hadisənin teatral tutum və qayəsinə  aşırı vurğundur. 
Kütlə görüntü ilə  çığırtı birgəliyindən həzz duyub 
eyforiya, vəcd halına düşür. Bodriyar onu yaxşı yazır 
ki, kütlələr hər nə desən, qəbul eləməyə hazırdırlar, 
təki burada baxılası bir şey, yəni tamaşa olsun. Kütlə 
tamaşalar dəlisidir. Bəzən küçədə  təsadüfi bir hadisə 
(yol qəzası, iki nəfərin dalaşması, tele və ya kino 


 
37
kameranın işləməsi və s.) kütlənin spontan şəkildə 
toplaşmasına siqnal olur. Nə üçün? Çünki burada tamaşa 
var, oyun var, əyləncə var. Tamaşa kütlələrdən ötrü 
anaşa, qəşiş kimi bir şeydir. Başqa sözlə, tamaşa 
kütlənin narkotikidir. Elə bilirsiniz, mən şişirdirəm? 
Xeyr: tarixə boylanmaq kifayətdir ki, buna şahidlik 
eləyəsən. 
    Qədim Yunanıstanda teatr kütlə üçün olub, yunan 
polisinin, yəni  şəhərinin simvolu olub. Sovet 
dönəminin sayılıb-seçilən kulturoloqu Sergey 
Averintsev  əbəs yazmırdı ki, attik teatrda faciənin 
nümayişi ümumxalq tamaşası idi və Yunanıstan 
vətəndaşlarının rusal-mənəvi birgəliyini gözlə 
görüləsi bir tərzdə sərgiləyirdi. “Elə məhz buna görə 
antik dövrün sonuna doğru teatr öz mənasını itirir. 
Ədəbiyyatın dramatik janrları artıq bir neçə  əsr 
olardı ki, letargiya vəziyyətində mürgü döyürdü. Roma 
imperiyası dövrü üçün yalnız Seneka faciələrini sada-
lamaqla kifayətlənirsən: hərçənd onlar da tamaşaya 
qoyulmaqdan ötrü yox, mütaliə üçün yazılıb. Teatr 
həmin çağlarda sanki ətalət qanunu üzrə yaşayırdı, 
ixtiyarsız olaraq yaşayırdı, qeysərlər rejiminin 
dekorativ elementi kimi yaşayırdı: yaşayırdı ona görə 
ki, buna adət etmişdi. Xristian düşüncəsi bu yavaş 
öləzimənin nəfəsini birdəfəlik kəsdi, onun ömrünü 
axıra yetirdi: Tamaşa ruhu, insanlar qarşısında özünü 
göstərmə, illyuzor “təlxəklik” nəsraniliyə çirkin və 
eyibli görsənirdi. Çoxtanrılı ellin mədəniyyətinin 
daha bir əlamətdar simvolu, - heykəl, abidə, - öncəki 
mənaları  və öz “bütpərəstlik”  ənənəsilə birgə 
unudulmalıydı. Bu zaman büt və teatrın yerini yeni 
simvollar tuturdu: bunlardan biri liturgiya idi, o 
biri də ikona: onların köməyilə icma öz ideallarını 
ifadə edirdi”.
 7 
     Teatr mərasim kökənlidir: lakin Bertolt Brext 
söyləmişkən, biz teatra ona görə teatr deyirik ki, o, 
mərasim deyil. Mərasim hər bir vaxt kütlə ünvanlıdır. 
Bir nəfərin özü üçün qurduğu mərasim  şakərdir, 


 
38
teatrallaşmış 
vərdişdir, psixolojinin davranış 
müstəvisində imzasıdır. Mərasim kütlənin özünü 
gerçəkləşdirmək üçün əldə etdiyi əla şansdır, ən rahat 
imkandır. Kim fikirləşirsə ki, teatr mərasimə 
oppozisiyadır, qarşıtdır, bərk yanılır. Mərasim 
teatrın ali primitivliyidir. Onunla teatr eyni bir 
qavrayış  rəfini bölüşür. Qədim yunan teatrı öz 
quruluşu etibarı ilə müasir stadionlara bənzəyib. 
Deməli, antik teatrın seyrçisi tamaşalara kütləvi 
şəkildə  gəlib, daha doğrusu, axışıb gəlib.  Əslində, 
yunan teatrı kütlə üçün yunan miflərinin reallığını 
görməkdən ötrü, bu reallığa şahid olmaqdan ötrü, yunan 
fəlsəfəsini anlamaqdan ötrü bir şans olub. Yunan 
teatrının xorunda kütlə özünü tanıyırdı: daha doğrusu, 
özünü xorla identifikləşdirirdi. Yunan idealı, 
yunansayağı demokratiya xorda öz təcəssümünü və  ən 
dolğun ifadəsini tapırdı. Onu konkret bir şəxsin 
aqibəti yox, eposun (mifin), tanrının, sonucda isə 
kosmosun taleyi maraqlandırırdı. Bu kosmosu onlar 
meydanların genişliyində, nəhayətsizliyində duya 
bilirdilər və bu duyğunu öz teatrlarına gətirirdilər. 
Qədim yunan teatr ənənələri Roma imperiyası dövründə 
ona görə öləziyir ki, kütləyə teatrın  əvəzinə  nəhəng 
Kolizey verilir və o, xorla oxumaq imkanından məhrum 
edilir.  Romalı artıq xor üzvü deyil, çoxluğun 
mikrofraqmentidir.  Kolizeydə xor oxumurlar, çığırıb 
bağırırlar. Müəyyən sistemin rejimi çərçivəsində 
çoxluq xor (ordu, kollektiv, kommuna) olur; rejim 
dağıldığı zaman xor urvatsız qışqırtıdan vəcdə  gələn 
kütləyə çevrilir. Mərasim, teatr, xor kosmik 
harmoniyanı modelləşdirir, dünya sahmanını sərgiləyir; 
Kolizey oyunları isə 
mərasimə, teatra, xora 
oppozisiyadır: xaosu eyhamlaşdırır.       
     Stadion da potensial Kolizeydir və “olum - ölüm” 
dixotomiyasını işarələyən tamaşaxanadır. Bütün oyunlar 
bu ikiliyin şərti obrazıdır. Dairə  qəribə  tərzdə 
qapanır: kütlə  həmişə at belindədir. Stadionlar öz 
primitivliyi, sadəliyi və möhkəmliyi etibarı ilə 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə