Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə11/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   7   8   9   10   11   12   13   14   ...   123

 
33
     “Kütlə” anlamının məzmununu dəqiqləşdirməyə 
çalışsaq, necə ki bunu Bodriyar yazır, cəfəngiyyat 
alınır; nədən ki, bu, mənası olmayana məna vermək 
cəhdidir. Kütlə qeyri-müəyyən amorf çoxluqdur. Onun nə 
irqi var, nə milliyyəti, nə  də  vətəndaşlığı.  “Sözdən 
məhrum kütlə  həmişə tarixdən məhrum söz sahiblərinin 
önündə müntəzirdir. Bu, deməyə sözü olmayan kimsələrlə 
danışa bilməyən kütlələrin  əla ittifaqıdır”
4
. Kütlə 
öz-özünə yığılır, öz-özünə dağılışır da. Ancaq əksərən 
kütlənin periferiyasının mərkəzdə baş verənlərdən, 
danışılanlardan xəbəri olmur və  bəzən də olur ki
periferiya heç bu qədər insanın niyə bir yerə 
toplaşdığını bilmir və 
məlumat fraqmentlərilə 
qidalanıb öz uydurduğu fantastik versiyalarla 
paylaşır, söylənilən  şübhələrdən qorxulu həqiqət 
kabusları düzəldir. Nədən ki, kütlə “sadəlövhdür, çox 
asancana təsirə uyur, tənqid duyğusundan məhrumdur və 
kütlədən ötrü inanılmaz heç nə yoxdur”.
5
 Bununla da 
kütlə məqsədsizləşir, yəni niyə kutlaşdığının fərqində 
olmur. Əslində, kütlə heç vədə heç bir məqsəd güdmür. 
O, “məqsəd”li olanların “məqsəd”lərini 
gerçəkləşdirməkdən ötrü vasitədir.  Kütlə axındır. Bu 
axından kimlərsə öz mənafeləri üçün faydalanır. Kütlə 
fərdlərin müvəqqəti qeyri-rəsmi birləşməsidir, onların 
sazişlə 
təsdiqlənməmiş müvəqqəti və kövrək 
həmrəyliyidir. “Məqsədsiz” kütlə artıq bayram 
kütləsidir və  əylənməyə  şərait, imkan axtarır. Hətta 
kimsə döyüləndə  və ya öləndə belə kütlə  əylənir. 
Kütlənin  üzərinə iri hərflərlə “karnaval üstəgəl 
faşizm” ifadəsini yazmaq mümkündür: onları “bayram” və 
“edam” sözlərilə  də  əvəzləmək olar. Karnaval faşizmlə 
qapıbir qonşudur. Faşizm qanlı karnavaldır, fəci 
karnavaldır. Karnaval sürünün keyfiyyətidir: onun 
gerçəkləşdiyi fiziki zaman intervalında insanlar sanki 
sürünü imitasiya eləyir. Karnaval fərqlərin silindiyi 
məqamda mümkündür. Kütlə ölümü də karnavallaşdırır. 
Meydan kütləyə  məxsusdur. Deməli, karnavalın müəllifi 
də kütlədir.  Kütlə içi qan, dava, gülüş, gop, 


 
34
şişirtmə, söyüş, hoqqa dolu bir axındır. O, heç kimi 
və heç kəsi vecinə almır; təkcə söz sahibi kimi 
qavradığı liderinə qulaq asır. Hərçənd ki, kütlədə hər 
hansı bir ekspressiv antireplika liderin özü üçün də 
təhlükə törədə bilər. Odur ki, müasir kütlələr heç 
vədə özbaşına buraxılmır. Bu kütlələrdə güc 
orqanlarının təcrübəli agenturası “məxfi tənzimləyici” 
funksiyası ilə  işləyir və çoxluğu arzuolunan səmtə 
istiqamətləndirir.  Amma kütlə coşanda agenturanın özü 
üçün də real təhlükə yaranır. Kütlə potensial vəh-
şidir. Onun növbəti addımını yüzfaizli dəqiqliklə 
planlaşdırmaq həmişə imkan xaricindədir. Kütlə heç 
vaxt azad deyil. Kütlə anarxistdir: o, istədiyini edir 
və mövcudluğu müddətində daha çox söküb-dağıtmağa, 
aşırmağa, uçurmağa, uçuruma, qiyama, üsyana, inqilaba 
meyllənir. Sürü mənəviyyatsızdır: çünki yalnız 
instinktlərlə yaşayır. Kütlə üçün də  mənəviyyatın 
işığı söndürülür. Kütlə, Z.Fğoydun sözü olmasın, gücə 
tapınır, gücə hörmət edir, xeyirxahlığı isə  zəifliyin 
əlamətlərindən biri sayır.

     Deyim  niyə? Kütlə  mənadan qaçır, mövcud bütün 
mənaları mənasızlaşdırır. Ondan ötrü ki, hər hansı bir 
məna konkret fəaliyyətə sövq edir, iş, davranış 
sxemləri ortaya qoyur, Tarixi, Mədəniyyəti, Siyasəti 
eyhamlaşdırır. Kütlə isə  fəaliyyət üçün yararsızdır. 
Onun fəaliyyəti antifəaliyyətdir, anarxist avaralıqdır 
və  hər zaman Mənanın  əleyhinə yönəlib. Odur ki, məna 
etibarı ilə “zəhmətkeş kütlələr” söz birləşməsi 
nonsensdir. Kütlə çoxluğun tənbəlliyinin ifadəçisidir. 
Zəhmətkeşlər kütlə  şəklində toplaşanda tənbəl olmaq 
qabiliyyətləri ilə öyünürlər. Çoxluq işləməyi sevmir. 
O,  əbədi bayramlarda yeyib-içmək, kefinə düşən vaxtda 
da yatmaq istəyir.  Əgər müşahidə etmisinizsə, 
kütlələri kütlə olmaq, haradasa lap avara olmaq 
məşğuliyyətindən ayırmaq son dərəcə  çətindir. Kütlədə 
olanlar evlərinə adətən narazı dağılışır. Səbəb budur 
ki, kütlə kütləliyini saxlayan məqama qədər təqvimdə 
yalnız qırmızı bazar günləri qalır. Çünki çoxluq 


 
35
işləməkdən daha çox yaşadığı gündən maksimal həzz, 
rahatlıq, kef götürməyi özü üçün planlaşdırıb və bunu 
yeganə müqəddəs məqsədinə çevirib. Cəmiyyətdə böyük 
əksəriyyət həmişə passiv mövqedədir. Onun üçün hər 
hansı bir futbol oyununun taleyi müəyyən bir sosial 
hadisədən daha əfzəl və daha mühümdür. Bu çoxluq 
aktivlik göstərməyə  də, hətta öz münasibətini 
bildirməyə  də  tənbəllik eləyir. Elə bu baxım 
bucağından açılan panoramdan əlüstü görünür ki, kütlə 
sosial mahiyyət daşımır: ancaq hər an toplumun təhlü-
kəli oyuncağı olaraq qalır. 
     Çoxluğun  əksəriyyəti kütləyə qoşulmaya da bilər, 
evində oturub, sadəcə, televiziya ekranı ilə 
yayımlanan kliplərə, roliklərə, şou-proqramlara tamaşa 
eləyər, siyasi icmallara qulaq asar. Ona görə yox ki, 
musiqi və ya siyasətlə maraqlanır. Əsla; ona görə ki, 
bekarçılıqdır, başı qatmaq lazımdır və boş vaxt 
ölməlidir, əyləncələrə qurban verilməlidir. Din burada 
əyləncənin bir növü kimi götürülə bilərmi? Elə isə 
əyləncə  nədir?  İş haqqında düşünməmək üçün vasitə. 
Kütlə çoxluq dalğasının zirvəsində gələn ağ köpük kimi 
bir  şeydir: ora-bura çırpılıb qayıdacaq; çoxluq isə 
qalacaq.  Jan Bodriyar demişkən,  çoxluq susqun 
çoxluqdur, inert çoxluqdur  və bu çoxluqda bir 
qoyunkimilik xisləti var. Çoxluğun ağlının,  şüurunun, 
psixolojisinin tanrısı informasiyadır. Hətta belə  də 
demək mümkündür ki, çoxluq informasiyanı qulaqları  və 
gözlərilə “yeyir” və bununla da maya ilə  xəmir 
acıdılan kimi acıdılır, idarə olunmaq üçün yararlı 
vəziyyətə  gətirilir. Müasir cəmiyyətin xarakterini, 
yaşam tərzini və yaşam ritmini, çağdaş düşüncə 
parametrlərini iki divxislətli nəsnə müəyyənləşdirir: 
çoxluq və informasiya. 
     Hərçənd toplum içrə  hər  şey bu çoxluğa görədir, 
bu coxluq naminədir: dövlət də, siyasət də, 
telekanallar da, radiodalğalar da, qəzetlər də, 
əyləncələr də, teatr da, kino da... və reklam da. Hamı 
bu çoxluqdan olub bu çoxluğun özünü, rəyini, pulunu, 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə