21
onu da qeyd etmək gərəkir ki, niqab müsəlman
aləmində təkcə niqab sahibindən ötrü yox, seyrçi üçün
də psixoloji məna daşıyırdı. Məsələ bu ki, niqab
müəyyən aspektdə seyrçiyə qarşı psixoloji həmlədir,
hücumdur, təcavüzdür, ünsiyyət zamanı təşəbbüsə
birdəfəlik və qəfil yiyələnmək vasitəsidir. Çünki
niqabı görən kimi müsəlman yüngül eyforiya keçirir.
Niyə? Ona görə ki, müsəlman qavrayışında niqab həməncə
Quran, Kəbə və həzrət Muhammədin özü ilə bir semantik
cərgəyə düzülür, onlarla müstəqim rəmzi əlaqədə
bulunur. Səbəb də bu ki, Quran niqab arxasından
söylənilmiş bir möcüzə. Peyğəmbərin üzü də daim niqab
arxasında. Kəbə də qara örtüyə (hicaba, çarşaba)
bürünmüş vəziyyətdə. Odur ki, niqabla qarşılaşan kimi,
daha doğrusu, üzdə niqab görən kimi müsəlman şaşırır,
elə həməncə acizləşir, mütiləşir, niqabın sehrinə,
psixoloji təsirinə ram olur, dönür balaca uşağa.
Burada maska ilə niqab bir-birilə qütbləşir.
Həqiqətən, maskada bir oyunbazlıq, şeytanlıq nişanəsi
var. Maska-totem tanrı və əcinə başlanğıclarını özündə
qapsayır. Niqab isə “ciddi”dir, “alicənab”dır, əgər
belə demək caizsə, nurludur, sakraldır. Elə onun üçün
də şahlar, sultanlar üzlərində niqab gəzdirməyi fəxr
bilərdilər, yaraşıq sayardılar və bununla da
müqəddəslər cərgəsində
dayandıqlarını vurğulayardılar.
MASKA NƏDİR? Maska üz əvəzinə ölü üzdür, “qansız"
üzdür, “soyuq” üzdür, daş üzdür. Maska ruhun
sərdabəsidir. Niqabsa qeyri-adi, misli görünməmiş,
tayı-bərabəri olmayan bir üzə işarədir. Maska yeraltı
dünya, ölülər səltənətilə ilişiklidir. Bunun
qənşərində isə niqab yalnız yuxarı, ilahi, sakral
dünyaya eyhamdır. Maska aldadır, yayındırır, üzün
həqiqətini ört-basdır edir. Niqabsa üzün əsl
mahiyyətini açıqlayır, bildirir ki, örtük (pərdə)
arxasında fenomenal insanın şəxsiyyəti məskunlaşıb.
Maska və niqabın hər ikisinin funksiyasında (yasaq
etmək, qorumaq, gizlətmək və şəxsiyyətə çevirmək)
22
qohumluq əlaqəsi aşkarlansa da, məna bildirmək, məna
aydınlatmaq baxımından onlar bir-birilərinə həmişə
qarşıdurum təşkil edirlər. Maska qaranlıq, niqab
işıqlı dünya ilə bağlıdır.
TEATR
VƏ MASKA. Maska-totem real həyat
vəziyyətlərinə birbaşa təsir göstərmək imkanından
məhrum olanda, ayin, mərasim gerçəkliyində yaşamaq
hüququnu, deməli, sehrini, tilsimini itirəndə,
panteonlaşmaq şansını əldən verəndə ya muzeyə pənah
aparır, ya teatra. Situativ maska isə teatrda ya
vizuallaşır, ya da yırtılır. Teatr maskalarla oynayıb
maskalı dünyaya qarşı üsyan edir. Ona görə də teatr
sənəti permanent olaraq yozumdur, təfsirdir, permanent
olaraq dekonstruksiyadır, nəsildən-nəsilə, dəbdən-dəbə
dəyişən dünya qavrayışının permanent olaraq
reviziyasıdır, toplumun sosial-siyasi modelinin və bu
modeldən görükən insan münasibətlərinin sınağa
çəkildiyi
yerdir.
Avropa mədəniyyətində teatr maskalarının meydana
gəlib səhnəyə “çıxması” faktı şərabçılıq və üzümçülük
tanrısı, başı kefdən ayılmayan tanrı, ölüb-dirilən
tanrı, bir növ qədim yunanların Xızr peyğəmbəri
Dionisin (Vakx, Liber) şəninə keçirilən rituallarla
əlaqələndirilir. Dionis iki dünya arasındakı sərhəddə
dayanıb və hər iki dünyanın qapıları onun üzünə
açıqdır. Ölüb-dirilmək, yəni əbədi qalmaq məhz onun
tanrı peşəsidir. Dionis ölüb dirilməlidir ki, dünyada
həyat ritmi pozulmasın. Lakin bəşər mədəniyyətinin
tarixini diqqətlə izləyəndə aydın olur ki, ayrı-ayrı
xalqların mifik təfəkkürü ölüb-dirilmək xassəsini
təkcə tanrılara deyil, ən adi heyvanlara belə şamil
edir. Ölüb yenidən dirilmək dəyişmək, başqalaşmaq,
təzə qiyafədə zühur etmək kimi mənalandırılır. Bir çox
xalqlar ilan ölümsüzlüyünün səbəbini onda görürlər ki,
bu sürünən “qabıq qoyur”, qabığından çıxır, köhnə
cildini yenisilə əvəzləyir, başqalaşır, təzələnir, bir
sözlə, ölüb dirilir. Qərbi Afrikanın Toqo vilayətinin
23
sakinləri elə güman edirlər ki, qurbağalar
əbədiyaşar canlılardır: quraqlıq zamanı ölürlər, yağış
mövsümündə dirilirlər. Guya bir zamanlar tanrı bu
keyfiyyəti insanlara bəxş edəcəkmiş; ancaq müxtəlif
əngəllər ucbatından bu xüsusiyyət tanrının insanlara
xoş xəbər aparmaq üçün qasid kimi seçdiyi canlıda
qalıb. Digər xalqların folklor nümunələrində də bu
motiv başqa personajlarla və başqa variantlarda təkrar
olunur. Əksərən ölüb dirilən, yəni mifik təfəkkürə
görə əbədiyaşar canlılar xtonik heyvanlardır. Ölüb-
dirilmək, əslində, torpağın öz funksiyasıdır: torpaq
vaxtaşırı dəyişir, yeniləşir, bir libasını çıxarıb
başqa libas geyinir. Dionis də qədim yunanların xtonik
tanrısı sayılır, baxmayaraq ki o, Zevslə Semelanın
oğludur. Çünki bir tanrı kimi Dionisin bütün
funksiyaları torpaqla bağlıdır. Məhz ol səbəbdən
Dionis ölüb-dirilən tanrıdır. Ölümündən sonra dirilmək
isə yeni üz tapmaq deməkdir, yeni “üz bağlamaq”, yeni
“üz gətirmək” deməkdir. Aydın məsələdir ki, hər ölüb-
diriləndə Dionisin yeni üzü olmalıdır. Elə ona görə də
qədim yunanların teatr maskaları həmişə Dionisin
üzlərini nişan verir, onun ovqat görkəmlərini
bildirir. Təsadüfi deyil ki, Fridrix Nitşe yunan
səhnəsinin bütün məşhur fiqurlarını (Proteyi, Edipi,
Oresti və b.) Dionisin maskaları hesab edir. Məsələ
burasındadır ki, Orta və Uzaq Şərq ölkələrinin teatr
mədəniyyəti dünyasında da maska bir qayda olaraq tanrı
üzüdür. Məsələn, hind Kathakali, yapon No(h)
teatrlarının tamaşalarında iştirak edən aktyor özünə
ya qrimdən tanrı üzü düzəldir, ya da tanrını
tanıtdıran maska taxır. Hətta hinduizmdə avatara
(nüzul etmə) konsepsiyası sübut edir ki, ilk
maskaların müəllifləri tanrılardır. Təbii ki, tanrının
hər bir zühuru onun yeni maskasıdır. Qədim Misir
fironları özlərinə həmişə tanrı üzü maska seçərdilər.
Özünü Exnaton (Günəş tanrısı Atona gərəkli, istəkli
olan deməkdir) adlandırmış IV Amenxotep arvadı
Nefertitilə üzlərini Günəş timsalında qrimlədərdilər.
Dostları ilə paylaş: |