Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə20/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   16   17   18   19   20   21   22   23   ...   123

 
61
demək caizsə, “üzə  çıxarır” və bununla da çalışır 
ki, qızı Gülnazın dul kişi Məşədinin tayı olmadığını 
məclis  əhlinə (potensial ictimaiyyətə) aydınlatsın. 
Çünki o, Gülnazın  İbad kişiyə  ərə getməsi faktı ilə 
heç cür barışa bilmir. Qızına “sən heç qorxub eləmə” 
dediyi məqamdan etibarən Rüstəm bəy nigahın baş 
tutmamasından ötrü bütün imkanlardan istifadə etməyə 
daxilən hazırdır. Ziyafət isə  hər ehtimala qarşı 
görülmüş  tədbirdir və müəyyən mənada Rüstəm bəyin 
özünü və sözünü sığortalamaq cəhdidir. Bu fikir necə 
yozula, necə başa düşülə bilər? Rüstəm bəy istəyir ki, 
işdi, əgər birdən vəziyyət dəyişsə və o, verdiyi sözü 
dəbbələsə, “hə”ni “yox” eləsə, bu zaman bir qız atası 
kimi camaat qarşısında “Siz özünüz gördünüz də, daha 
məni qınamayın” söyləməyə haqqı olsun. Fikirləşməyinə 
dəyər ki, nə üçün Rüstəm bəyin malikanəsində  təşkil 
olunmuş ziyafətdə onun və Məşədinin qohum-əqrabasından 
heç kim iştirak eləmir? Hər halda Üzeyir bəy bu 
məqamla bağlı bir dənə  də olsun replika-filan 
yazmayıb. Öz sualıma mənim cavabım belədir ki, Rüstəm 
bəyin evindəki 
ZİYAFƏT qohumların sevinclərini 
bölüşdürdüyü şadyanalıq məclisi deyil, Məşədini arxaik 
bir EKSPONAT, köhnəliyin qiyafəsi kimi nümayiş etdirən 
MƏCLİS-SƏRGİDİR. Elə bir sərgi ki, orada İbad kişi ən 
yarıtmaz rakurslardan görükdürülür. ANTİELÇİLİK məramı 
ilə keçirilən bu ziyafət “Leyli və Məcnun” poemasından 
məşhur elçilik səhnəsinin  şəbədə variantı kimi də 
çözülür. Mən yadınıza salıram Leyli atasının öz qızını 
ərə verməməkdən, “hə” deməməkdən ötrü gətirdiyi 
bəhanəni: “Qürbün bilirəm mənə  şərəfdir, amma xələfin 
əcəb xələfdir, “Məcnun” - deyə  tən edir xəlayiq, 
Məcnuna mənim qızım nə layiq?” Bu bəhanə-bəyanat bir 
güclü məntiq üzərində qurulur: Qeys dəlidir, məcnuna 
isə evlənmək yasaq buyrulur. “O olmasın, bu olsun” 
məsxərəsində isə Məşədinin üzünə deyilir ki, o, xalis 
oranqutan meymunudur. Hərçənd ki, onun arvad almaq 
hüququ bu “ittiham”a baxmayaraq qalır. Çünki əsl 
müsəlmandır.  Əslində, Həsən bəyin Məşədi  İbadın 


 
62
xeyrinə  gətirdiyi sonuncu dəlil çox zəifdir və 
ziyafətə yığılanların “kürəkən”lə ilişkili formalaşmış 
neqativ təsəvvürlərinə bir qırıq da təsir göstərmir. 
Nədən ki, ZİYAFƏT   lap əvvəldən Məşədi üçün sosial, 
mənəvi-əxlaqi bir İMTAHAN,  bir  SINAQ  kimi düşünülüb. 
Məclis  İbad kişiylə zarafatlaşır, ona öcəşir, bu 
baqqalın evlənmək şansına təcavüz eləyir ki, Məşədinin 
gözləri açılıb özünü görə bilsin. Türkpərəst 
“qəzetəçi” Rza bəy də elə qapıdan içəri gircəyin 
camaatın “isti aşına soyuq su qatır”, bir-iki replika 
ilə Rüstəm bəyi qızı Gülnaz xanımı “pul dağarcığına” 
ərə verməkdə günahlandırır. Bu, ziyafətin 
başlanğıcında Məşədi  İbada sataşmaqdan, öcəşməkdən 
ötrü elə bil ki bir siqnaldır. Çünki sonradan məclis 
əhlindən kim ayağa durub söz danışırsa, bu və ya digər 
tərzdə öz səviyyəsinə uyğun Məşədiyə 
şəbədə 
“bağlayır”. Beləliklə, bəy  TƏRİFLƏNMƏK  əvəzinə üst-
üstdən  TƏHQİR olunur və getdikcə  şən bir lətifənin 
(qaravəllinin, kölgə oyununun?) maymaq qəhrəmanı 
hüsnündə görükür. Məşədinin nüfuzuna endirilən 
axırıncı zərbənin müəllifi Həsən bəydir. Bu, gecikmiş, 
əks işarəli elçilik oyununun zirvəsidir. Nədən ki, 
Məşədi “meymun” adlandırılmaqla Gülnaza evlənmək 
şansından məhrum edilir. Xorun, - şəhər  əhlinin, -  
“deyirlər ki, toy olacaq, Məşdi  İbad qız alacaq” 
xəbəriylə başlanan ziyafətdə “hə”, yəni informasiyanın 
təsdiqi, birdən-birə dönüb “yox”, yəni informasiyanın 
inkarı olur. Bu səhnədə  Məşədiyə sözoynatmalar 
vasitəsilə bildirilir ki, axmaq bir iddiaya düşüb. 
Amma çifayda ki, İbad kişi bu fikri özünə yaxın 
buraxmır. O yalnız finalda ayılacaq. Odur ki, Həsən 
bəy Məşədinin meymunabənzərliyini, köhnə  əyyamdan bir 
eksponat kimi qaldığını  bəyan edən andaca məclis 
faktiki surətdə qurtarır. Bununla da elçilik-həngamə 
səhnəsi öz vəzifəsini tam yerinə yetirir: Qeysi 
“məcnun” adlandırıb yararsız eləmişdilər, Məşədiyə isə 
“meymun” deyib damğa vururlar. İmtina bəhanəsiylə dilə 
gətirilən sözlərin qafiyələnməsi də bir daha onu 


 
63
göstərir ki, Rüstəm bəyin evində verilən ziyafətdə 
“Leyli və  Məcnun” operasındakı elçilik səhnəsi 
məsxərəyə qoyulur. Təbii ki, bu, ciddi klassik 
mövzulara xalqın meydan mədəniyyətinin, gülüş 
mədəniyyətinin kontekstində formalaşmış zarafatyana, 
rişxəndcil,  şəbədəçi  münasibətin inikasından başqa 
bir şey deyil. 
     İndisə keçək Məşədinin Məcnuna istehzasına, ona 
lağ etməsinə. Aydın məsələdir ki, İbad kişi cavan Qeys 
kimi səhraya varıb sərgərdan ola bilməz,  əgər ona 
“yox” deyilibsə. Çünki Məşədi öz gücünə arxayındır; 
istər maddi təminatına, istərsə  də fiziki vəziyyətinə 
görə: maşallah-namxuda, quş kimi yüngüldür, dişləri də 
cabecadır, yəni yerindədir. Ol səbəbdən Məşədi fürsəti 
qaçırmayacaq və Gülnazdan ötrü kərgədan tərsliyilə 
mübarizə aparacaq, ziyafətdəki biabırçılığı eyninə 
almayıb çaparaq adaxlıbazlığa gələcək. 
Əgər 
situasiyanı  məntiqlə  təftiş eləsək, məlum olacaq ki, 
İbad kişinin adaxlıbazlığına heç bir ehtiyac yoxdur. 
Çünki Rüstəm bəydən Məşədinin icazəsi var: istədiyi 
zamanda təşrif buyurub Gülnazı görə bilər. Bəs onda 
İbad kişi, sinni bir adam, bu nə hoqqadır çıxardır, 
gündüzün günorta vaxtı hasara dırmaşır? Məşədi 
tərəfindən belə urvatsız davranış, zənnimcə, bu sayaq 
izahat bulur: tacir İbad, daha doğrusu, baqqal İbad 
hasara ona görə dırmaşır, ona görə adaxlıbazlıq eləyir 
ki, ziyafətdən sonrakı  pərtliyini aradan götürməyə, 
hələ  də cavan, ərköyün bir həyat sürdüyünə, evlənmək 
hüququna malik olduğuna özünü və başqalarını 
inandırsın. Bununla da Məşədi “mömin idbar qoca”, 
“köhnə 
əyyamın eksponatı” təssüratını bilmərrə 
dağıtmağa can atır. Nəticə isə  əksinə olur; Məşədini 
miskinləşdirir, amma onu “atdan sala bilmir”, yolundan 
döndərmir. Və  sən bir təsadüfə bax, Gülnazın ikinci 
adaxlısının mövcudluğu Məşədi  İbada həməncə “Leyli və 
Məcnun”  əhvalatını xatırladır. Deməli, Məşədi özünü 
eşq dünyasının əsl Məcnunu, Sərvərisə İbn Səlamı kimi 
qavrayır. Bu analogiya bir daha təsdiqləyir ki, “O 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə