Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə28/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   24   25   26   27   28   29   30   31   ...   123

 
85
BӘDӘN MİKROKOSMDUR, 
 
Ortaçağ müsəlman filosoflarının diliylə desək, aləmi 
səğirdir,
4
 
yəni kiçik aləmdir, bap-balaca bir 
dünyadır, miniatür bir dünyadır və öz-özlüyündə 
tamamlanmış “oxunulası” bir əsərdir. Orta əsrlərin 
“Afaqnamə” risaləsində Quranın “Fussilət” surəsinin 
53-cü ayəsinə
5
 istinadən bəyan edilir ki, bədənlə 
kainatın quruluşu güzgüvari inikasdan başqa bir şey 
deyil: 12 bürc insan bədənini 12 nahiyəsinə, 7 planet 
isə  bədənin 7 daxili üzvünə uyğun gəlir. Belə ki, 
bürclərdən Qoç insanın başını, Buğa boynunu, Əkizlər 
qollarını, Xərçəng döşünü,  Şir qarnını, Qız kürəyini, 
Tərəzi göbəyini,  Əqrəb rüculətini, Oxatan ombalarını, 
Dağ keçisi dizlərini, Dolça baldırlarını, Balıqlar 
ayağın pəncələrini, planetlərdən isə Ay ağ ciyəri
Günəş ürəyi, Ütarid (Merkuri) beyni, Zöhrə (Venera) 
böyrəkləri, Mərrix (Mars) öd kisəsini, Müştəri 
(Yupiter) qara ciyəri, Zühəl (Saturn) dalağı
6
 
eyhamlaşdırır. Müsəlman dünyadərkinə görə insan bədəni 
həm aləmdir, həm də  əlamətdir.
7
  Yəni ki, dünya insana 
sığışa bilir, insan bədənində modelləşir, obrazlaşır, 
aləm olur və aləm olub da əlamətə çevrilir: nədən ki, 
Allahı bildirir, Allahı  işarələyir. Bununla yanaşı 
bütün kainat da, sən demə, insan üzlüdür, insan 
bədəninin formaları ilə baxışır. İnsan bədənilə kainat 
arasındakı vizual oxşarlıq hələ  qədim risalələrdə 
vurğulanmışdı: deyilmişdi ki, insan başı göylərə, sinə 
havaya, qarın dənizə, ayaqlar yerə, sümüklər daşlara, 
damarlar budaqlara, tüklər otlara, duyğular isə 
heyvanlara bənzəyir. Bir çox xalqların mifik 
təfəkkürünə görə  bədən yaranış üçün, kosmoqonik 
təşəkkül aktı üçün ilkin materialdır. Akkad 
panteonunun qadın ilahəsi Tiamatı öldürən Marduk onun 
bədənini iki hissəyə bölüb Yeri və Göyü yaradır, İsida 
qardaşı (başqa bir invariantda isə  əri) ölüb-dirilən 
məhsuldarlıq tanrısı Osirisin (Dionislə, Xızr 
peyğəmbərlə müqayisələndir) meyidini tanrı Totdan 


 
86
gizlətmək naminə parça-tikə eləyib kainata səpələyir 
ki, Osiris xaosdan dünyanı bir daha vücuda gətirə 
bilsin.
8
 Hinduizmdə isə  bədən həmişə törədici enerji 
sayılıb.
9
 Bütün bunlar bir tərəfdən göstərir ki, 
bədən, həqiqətən, ontoloji xəritədir, mikroksmdur; 
digər tərəfdən isə makrokosm insanın ikonik əksidir. 
Ayrı cür də demək mümkündür: insan dünyanın balaca 
ölçülü avtoportretidir. Hürufilər “Allahın  əlamətini 
insanın qiyafəsində, insanda isə Allahın üzünü 
görürük” deyəndə heç də küfr danışmırdılar, sadəcə, 
dünyaları bir-birinin içinə geydirirdilər: vahid 
bölünüb çoxalırdısa, çoxluq da yığılıb vahidləşirdi. 
Kainat harmonik bütövdür: bu bütövlük invariant birin 
bütövlüyüdür, içi çoxluqlarla (variantlartla) dolu 
vahidin (təkcənin) bütövlüyüdür. Bədən kosmosla 
intensiv enerji mübadiləsindədir: heç nə itmir, heç nə 
qeyb olmur; hər şeyin ali planı var. Ona görə də 
 
BӘDӘN PROQRAMDIR
 
ontoloji proqramdır, kainatdakı proseslərlə ilişikli 
kosmik proqramdır, ilahi proqramdır, sakral və  məxfi 
proqramdır. Bu aspektdə bədən “mən”in taleyidir: bədən 
tale (bəxt, yazı, qismət) invariantıdır, “mən” isə 
gerçəkləşmiş tale variantıdır. Maraqlı bir deyim var: 
söyləyirlər ki, “tale özxoşuna gedənləri aparır, 
tərslik eləyənləri sürükləyir”. Əslində, mən bədənimin 
ardıyca yola çıxmışam. Mənim taleyimin “marşrutu”nu 
bədən məndən öncə bilir. “Alın yazısı” elə  bədən 
koordinatlarında “mən” üçün  proqramlaşdırılmış tale 
deməkdir. 
   Və  hətta  əl də insan bədəninə tale cədvəli kimi 
qoşulmuş özünəməxsus bir mikkroçipdir, mikrokosmdur. 
Hiromantlar insan əlinin içindəki cızıqları, 
nöqtələri, ulduzcuqları, qövsləri, əyriləri və onların 
əmələ 
gətirdiyi konfiqurasiyaları Adəm oğlunun 
taleyinin cədvəl-proqramı sayırlar. Qəribədir, biz 
azərbaycanlılar da, təbii ki, ruslarla bərabər, 


 
87
deyirik ki, “hər kəsin taleyi öz əlindədir”. Başqa 
xalqların folklorunda da belə söyləmlər qədərincə. Bu 
fikrin ictimai-sosial məna çənbərində belə bir ideya 
fokuslaşır ki, insan öz gücü, iradəsi, təpəri, zəhməti 
hesabına özünə tale düzəldir.  Əslində isə bu fikir 
bizi birbaşa hiromantiya müstəvisinə aparıb çıxarır və 
çox aydın, səlis və sadə bir şəkildə bəyan eləyir ki, 
hər bir şəxsin taleyi öz əlinə  həkk olunub və bundan 
qaçmaq olmaz. Adəm oğlunun taleyi onun əlinin içindən 
boylanır. Qədim zamanlardan hesab olunub ki, əl 
insanla göylər, hətta insanla cəhənnəm arasında bir 
ötürücüdür. Doğrudan da bütün ibadət formalarında  əl 
aktiv iştirakçı  və tanrıya ünvanlanmış mesajın 
translyatoru. “Əl magik möhürdür. Bu söz “pantakulum” 
(özündə  hər  şeyi qapsayan) kəlməsindən düzəldilib. 
Təbiət pentakldır (beşbucaqlıdır - kursiv A.T.); 
kainat pentakldır; insan isə kainatın təkrarıdır, yəni 
balaca dünyadır (aləmi səğirdir).  Əl isə insanın 
təkrarıdır: onun işgüzar mikrokosmudur”,
10
 oxuna bilən 
proqramdır. Halbuki alın yazısı tam məxfidir, gizlin 
tale cədvəlidir. Onda belə çıxır ki, bədən başdan-başa 
yazıdır,  şifrələnmiş sakral məlumatdır, eyhamdır. 
Deməli,  
 
BӘDӘN MӘTNDİR, 
 
“oxunub”, “dərk edilib”, “anlaşılıb” şərh edilməlidir, 
yozulmalıdır.  Əl də, alın da bədənin bir fraqmenti 
kimi  şifrələnmiş tale proqramının daşıyıcılarıdır. 
Bədən “tale” deyilən bir ömür qatarının lokomotividir. 
Bu mənada insanın taleyi onun bədəni vasitəsilə hamıya 
və  hər kəsə  əyandır. Bir tək oxumağı bacarmaq və 
bilmək gərək. Bədən dünyaya bir yazı qismində, lövhi-
məhfuzdan götürülmüş bir yazı, bir tale qismində 
göndərilir. Bir mətn kimi bədən artıq mədəniyyətə 
məxsus olur, mədəniyyətin parametrləri çərçivəsində 
bir bildirici statusunda bulunmaq hüququ qazanır. 
Burada bədən tədqiqat obyektinə, informasiya 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə