Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə31/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   27   28   29   30   31   32   33   34   ...   123

 
94
bu ki, mədəniyyət öz matris düzümündə canlı  nə 
varsa, qəbul etməz.  İdeya da, fikir də, ruh da 
maddilikdən məhrum. Mədəniyyət təbiətin 
qarşıdurumudur. Mədəniyyət ölü təbiətdir. Çılxa təbiət 
olaraq insan mədəniyyətə düşməndir. Nə üçün? Çünki 
mədəniyyət təlimdir, qanunlar toplusudur, adətlər 
çevrəmidir, insan isə  vəhşi. Vəhşini ictimailəşdirən 
mədəniyyətdir. Ol səbəbdəndir ki, mədəniyyət bədənin 
çılpaqlığından “qorxur”, hətta onun surətini, rəsmini 
belə müəyyən şərtlərlə qəbul edir. Belə ki, hər hansı 
bir vəziyyətdə  hər hansı bir təhrikçiyə (qıcığa) 
münasibətdə  bədənin özünü necə aparacağını  mədəniyyət 
öncədən proqnozlaşdıra bilmir. Ona görə ki, bədən 
yalnız və yalnız təbiət qanunları ilə idarə olunur, 
makroaləmlə bağlı  hərəkət edir və “bəd ayaqda”, yəni 
pis gündə, pis situasiyada asanlıqla mədəniyyətdən, - 
etik qaydalardan, ədəb və  mərifətdən, ictimai-sosial 
normaların, mənəvi-əxlaqi imperativlərin 
yasaqlarından, - vaz keçir (davamlı aclıq zamanı biz 
mədəniyyəti “qatlayıb” cibimizə qoyuruq)  və olur 
mədəniyyətdən ötrü real təhlükə obyekti. Fikir verin: 
qiyamlar, üsyanlar, inqilablar həmişə instinktlərin, 
emosiyaların, bədənlərin stixiyasıdır.  İnqilablar 
zamanı sosial maskalar, davranış modelləri pozulur və 
total həyasızlıq başlayır. Bu vaxt insanlar sanki 
fikirlərini, ideyalarını, həyalarını “soyunub” 
küçələrə nizamsız  şəkildə  vızıldadırlar. Yəni bədən 
hər an sosial dünyaya, toplum içrə mövcud əlaqələr və 
münasibətlər  şəbəkəsinə, deməli, mədəniyyətə qarşı 
üsyan edib, onu inkar edib təbiətə qovuşa bilər.  
     Mədəniyyətin qənimi çılpaq bədəndir. Çılpaq 
bədənlə üzləşəndə mədəniyyət bitib tükənir. Mədəniyyət 
insan bilincinin bədən üçün “kəşf” etdiyi buruntaq 
kimi bir şeydir. Geyimin astarından o yana mədəniyyət 
qurtarır. Bu yöndən baxanda görürsən ki, dəlilər 
təbiətə daha çox yaxınlaşmış bədənlərdir. Çılpaq bədən 
dəliləri utandırmır. Başqa sözlə, mədəniyyətin onlara 
dəxli yoxdur. Qəribədir, primitiv qəbilələrin adamları 


 
95
üçün də çılpaq görünmək, çılpaq yaşamaq və yaşadıqca 
qənşərində daim çılpaq bədən görmək problem deyildi. 
Onlar da heç vədə bir-birilərindən həya eləmirdilər. 
TƏBİƏT HƏYANIN NƏ OLDUĞUNU BİLMİR. HƏYANI  İNSANLARA 
MƏDƏNİYYƏT ÖYRƏDİR.  Həya mədəniyyətin problemidir və 
bu problem ona görə ortaya çıxır ki, mədəniyyət bədəni 
gizlədəndən, paltar, örtük içinə “bükəndən”, ipək-
qumaş  və ya cır-cındır  əsarətinə salandan sonra 
mədəniyyət olur, mədəniyyət kimi formalaşır. 
Mədəniyyət bədən üçün büllur qəfəs qismindədir. 
Soruşacaqsınız ki, bu niyə belə olmalıdır axı? Mən də 
öz növbəmdə sualınızı bu sayaq cavablayacağaM.: çünki 
MƏDƏNİYYƏT,  ƏSLİNDƏ, ZƏİF BƏDƏNLƏRİN MƏDƏNİYYƏTİDİR, 
ƏZƏLƏLƏRİN,  İNSTİNKTLƏRİN YOX, AĞLIN, DÜŞÜNCƏNİN 
MƏDƏNİYYƏTİDİR. Mədəniyyət ağlın bədən üçün çıxartdığı 
bəraətdir. Məhz o şəxslərin ki, bədən qüsurları var, 
əzalarında nöqsan, qüsur, eyib var, onlar istəməzlər 
bədənlərini bir kimsə görsün. Güclülərə  mədəniyyət 
gərək deyil. MƏDƏNİYYƏT ÖZÜNÜ  GÜCLÜ BƏDƏNLƏRİN 
TƏCAVÜZÜNDƏN QORUMAQ, MƏKANI, YAŞAM RESURSLARINI 
BƏRABƏR BÖLMƏK, PAYLAŞMAQ ÜSLUBUDUR, TƏRZİDİR. 
MƏDƏNİYYƏT ZƏİFİN ÖZ TƏBİƏTİNİ  GİZLƏTMƏK VASİTƏSİDİR, 
AŞKAR TƏHQİRLƏR VƏ  HƏDƏLƏRİN (ÖLDÜRÜLMƏK, DÖYÜLMƏK, 
QOVULMAQ) QARŞISINI ALMAQ CƏHDİDİR.    Elə  məqamındaca 
maraqlı bir fakta diqqət eləyək. Öz dövrünün ideoloji-
siyasi kontekstində müsəlman ruhanilərinin min cür 
hədyanından bezmiş M.Ə.Sabir, görün, sonucda din 
xadimlərinə necə bir ismarıc yollayır:  “Zahida, gəl, 
soyunaq, bir kərə paltarımızı, pişgahi-nəzəri-xalqa 
dutaq varımızı, görüb onlar dəxi təhqiq eləsin 
karımızı, hər kimin ağı qara isə, utansın, a balam”.
17
 
Burada Sabirin məramı zahidin zəif bədəninə, kişi 
qüvvəsinə sataşmaqdır, zahidliyin (zöhdün), 
“məxfiləşməyin” ilkin səbəbini  açıb göstərməkdir ki, 
“bəlkə illərcə yatanlar bir oyansın, a balam.” Bu 
çağırış,  əslində, qatı düşməni, rəqibi  ən xətasız 
döyüşə  səsləməkdir. Həmin xətasız döyüşün adı 
soyunmaqdır. Nədən ki, gücü, təbii enerji imkanlarını 


 
96
paltarsız asanlıqla müəyyənləşdirmək mümkün olur. 
Yəni daha dava-dalaş  nəyə lazım?  İnsan paltarlarını 
soyunanda sanki problemlərini də  “əynindən çıxarır”. 
Mədəniyyət zəiflərin ağıl hesabına düşünüb “kəşf” 
etdikləri fantom-himayəçidir; zəiflərin yaşamaq 
hüququnun təminatçısıdır, güclülər 
əleyhinə 
manifestdir.  MƏDƏNİYYƏT HƏR  ŞEYDƏN ÖNCƏ YASAQDIR, 
QANUNDUR, QADAĞALAR, QAYDALAR, ŞƏRTLƏR VƏ ÜSULLAR 
ŞƏBƏKƏSİDİR VƏ AÇIQ DƏYİŞKƏN SİSTEMDİR. MƏDƏNİYYƏT 
TOTEMLƏ  BİRGƏ YARANIR. Totemlə  bəyan edilir ki, 
insanlığın vəhşilik dönəmi, sürülük halı qurtardı. 
Kişisəl (maskuilin) toplumlarda mədəniyyət kişilərin 
nəzarətindədir, kişilərə xidmət edir. Siz bir baxın, 
təsviri sənətin tarixinə... qadın çılpaqlığına 
tablolarda, rəsmlərdə, heykəltəraşlıq nümunələrində 
daha tez-tez təsadüf olunur nəinki kişi çılpaqlığına. 
Bu, təkcə onunla izah edilmir ki, qadın bədənləri 
gözəldir və kişi gözlərinə xüsusi zövq verir, 
maskuilin cəmiyyətə ünvanlanıb. Bu onunla izah edilir 
ki, kişilər qadınlara nisbətən öz bədənlərindən, öz 
çılpaqlıqlarından daha çox utanırlar; istəmirlər ki, 
onların mümkün qüsurunu və ya kişi zəifliyini kimsə 
görsün. Elə buna görə  də qadınlar həmişə kişilərə 
nisbətən xeyli rahat, kompleks yaşamadan soyunurlar. 
Bəzi istisnalardan savayı... 
İnsan soyunanda 
mədəniyyətdən tam ayrılır; mədəniyyət virtual şəkildə 
qalır onun şüurunda. Təbiətdə  nəsil artırmaq məqamı 
yetişəndə  bədənlərin mübarizəsi və oyunu başlayır: bu 
prosesdə  zəif bədənlərə yer yoxdur. Bəs toplum içrə 
biz nə görürük? Cəmiyyətdə nigah (toy), yəni nəsil 
artırmaq üçün birinci əsas meyar sosial statusdur, 
ikinci maddi durumdur (və ya alverdir), nəhayət, 
sonuncu bədəndir. Təbiət zəifi həməncə siyahıdan 
silir, onun yaşamaq hüququnu əlindən alır, mədəniyyət 
isə,  əksinə, hamını, o sıradan da zəif bədənlini 
şanslı edir. Lakin... və bir də lakin... təbii gücü, 
nəsil artırmaq potensialı kifayət qədər yüksək kişilər 
mədəniyyətsiz də xoşbəxt ola bilir. Onlara mədəniyyət 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə