Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə34/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   30   31   32   33   34   35   36   37   ...   123

 
103
nəsibinə acı tale yazılıb: Zevsin istəyinə
iradəsinə uyğun o, 10 illik Troya savaşının 
təhrikçisinə çevrilib. Homerin “İliada” və “Odisseya” 
adlı  əsərlərinin səhifələri arasından da çoxsaylı 
meyitlər səpələnir mədəniyyət dünyasına. Esxilin, 
Sofoklun, Yevripidin faciələrində  də ideal bədənli 
insanlar tanrıların düzüb-qoşduqları  qəzavü-qədər 
oyunlarına ürcah olub balaca, köməksiz milçəklər kimi 
qırılırlar.  Elə isə burada hansı  bədən kultundan 
danışmaq olar? Bura ki əsl qədim  ət kombinatıdır. 
Məgər məhsuldarlıq tanrısı Dionisin  bədəni keçi 
(şaqqalanan cəmdək) timsalında mütəmadi olaraq 
işgəncələrə, ölüb-dirilmələrə  məruz qalmırmı?  Və elə 
bu məqamdaca mənim qənaətim gözlənilməzdir: qədim 
yunan mədəniyyəti kontekstində  gözəl bədən sahibi 
olmaq potensial əzabkeş olmaq demək idi. Mədəniyyət 
bir tərəfdən gözəl bədənlərə heyran olurdu, digər 
yöndən isə bədən sahibindən təbiətin ona verdiyi ideal 
“hədiyyə”yə görə sanki öc alırdı. Qədim yunan 
mədəniyyətində  bədən həmişə  təcavüz obyektidir. Belə 
ki, yunan allahları gözəl və güclü bədənlərin 
tanrılaşlmaq, müqəddəsləşmək iddiasından qorxurdular. 
Yunan tanrıları yunan miflərində enlikürək 
qəhrəmanların bədənlərini tale ilə  sınağa çəkirdilər 
və onlarla oyuncaq kimi məzələnirdilər. Amma hər 
ehtimala qarşı ehtiyatı da əldən buraxmırdılar. Odur 
ki,  bu mədəniyyətdə bədən TƏCRÜBƏ QABI, KOLBA, SINAQ 
ŞÜŞƏSİ kimi qiymətləndirilir. Yunan miflərinin 
qəhrəmanları potensial div kimi bir şeydirlər və ruh 
(can) bu bədənlərə bir növ ÇİLLƏ KEÇMƏYƏ göndərilib. 
Elə ona görə də qədim yunan üçün bədən taledir. Yunan 
mifologiyasının bütün personajlarının məqsədi öz 
bədənlərilə talelərinin  əksinə,  əleyhinə getməkdir; 
yəni bədənlə verilmiş taleni inkar etməkdir; sanki öz 
bədənlərindən “sıçrayıb” kənara tullanmaqdır, 
tanrılaşmaq istəyidir, tanrı  bədəninə sahib olmaq 
niyyətidir. Qədim yunan üçün onun öz bədəni ideal 
alətdir, vasitədir, güc və gözəllik “maşını”dır. Lakin 


 
104
yunan bilir ki, bu “maşın” nə vaxtsa sınacaq, 
korlanacaq. Ona görə  də çalışır ki, qəhrəmanlıq yolu 
ilə tanrılara məxsus əbədiyyəti alsın və bu əbədiyyəti 
öz bədəninə paltar kimi geydirsin. Dünya 
mədəniyyətində dirilik suyu (abi-zəmzəm) axtarışının 
kökü, şəcərəsi buradan gəlir.  
     Antik  yunan  mədəniyyətinin  əbədiyyət və ilahilik 
sorağında bulunan bədəni Roma imperiyasının 
küçələrində  kobud erotikaya qoşulub murdarlaşır, 
heyvaniləşir, sırtıq 
şəhvani oyunların abırsız 
təhrikçisinə çevrilir və hörmətdən düşür. Elə bu zaman 
insan öz bədənindən utanmağa başlayır. Halbuki bu 
bədən Zevsin (Yupiterin) öz bədəni idi. Situasiyanın 
dəyişməsinin  əsas səbəbi nədir? Məsələ bundadır ki, 
qədim Roma mədəniyyəti kontekstində bədən emosiyalarla 
dolu bir qabdır və bu qab hər an daşmaq  ərəfəsini 
yaşayır. Burada artıq bədən taleyin və  həzzlərin 
köləsidir və onun əbədiyyətlə, tanrılaşmaqla heç bir 
işi yoxdur. Odur ki, antik mədəniyyət öz sonuna 
vardığı  məqamda bədənlər “büzüşür”, kifirləşir, 
skeletə oxşayır, meyitləşir və üst-üstdən paltarlara 
bürünür. Çünki artıq bu zaman qapıda xristianlıq 
dayanmışdı. Xaçpərəstlik bədənə münasibətdə yeni 
qavrama modusu formalaşdırdı. Ortaçağ Avvropa 
mədəniyyəti kontekstində  bədən “mən” üçün bir 
özgəsidir və bu qarşıdurumda “mən” hökmən bədənə qalib 
gəlməlidir, təbiəti özündən kənarlaşdırmalıdır. Nədən 
ki, təbiət instinktlərdir, ehtiraslardır, istəklərdir. 
Elə bu səbəbdən xaçpərəstliyin mübarizəsi bədənlədir, 
cəhdi isə bu bədəni diri-diri monastr divarlarına 
hörməkdir, onu soyuq, daş hücrələrdə çürütməkdir və 
ruhu imtahana çəkməkdir. Lakin bununla yanaşı 
xristianlıq öyrədirdi ki, insanın bədəni “tanrı 
məbədgahı”
22
 kimidir. Hətta Kuzalı Nikolay Allahı 
“kəlisa bədəninin başçısı”
23
 hesab edirdi. Di gəl ki, 
bunların heç biri Orta əsrlər Avropasında dini 
kontekstə ciddi təsir göstərmirdi: bədən hər bir vaxt 
sadomazoxist hücumlar obyekti olaraq qalırdı. Məqsəd 


 
105
bədəni ram etmək, ehtirasları  bədən proqramından 
silmək, onu tanrıya itaət dolu bir lampaya və ya müti 
ipli kuklaya çevirmək idi. 
     Əhya (İntibah) dövrü Avropa mədəniyyəti calışacaq 
ki, antik yunan mədəniyyətində olduğu kimi bədəni 
yenidən tanrılaşdırsdın, onun gözəlliyini özünə 
qaytarsın, “mən”in ximerik iddialarının puçluğunu 
göstərsin. Amma bu istək tam gerçəkləşməyəcək
alayarımçıq baş tutacaq. İntibah rəssamlarının 
tabloları çılpaq qadın və kişi fiqurları ilə dolacaq, 
tişə ustaları ara vermədən çılpaq heykəllər 
yapacaqlar. Hərçənd bu bədənlər son dərəcə süst və 
ləms görünəcəklər, sanki meyit bənzərində olacaqlar: 
onların içində heç bir emosiya qışqırmayacaq. Sən bu 
bədənlərə baxacaqsan və orada İsa Məsihin çarmıxdakı 
inert bədənini seyr  edəcəksən. “Kəlisa bədəni” bütün 
instinktləri, refleksiyaları öldürülmüş  bədən kimi 
mənalanmırmı, yahu? Və ya... Ortaçağ Avropasında rahib 
cübbəsinə “bükülmüş”  bədən  Əhya dövründə  pırpızlaşıb 
qırçınlı, bahalı donların içinə girəcək, kukla kimi 
bəzənib düzənəcək və teatral bir görkəm alacaq. Bədən 
maksimal  şəkildə qrimlənəcək, maskalanacaq, çılpaqlıq 
minimuma endiriləcək. Bu o demək idi ki, İntibah 
xaçpərəstliyin bədənlə bağlı ideyalarını iki əks 
qütbdə  gəlişdirirdi. Bir qütbdə  çılpaqlıq aparıcı 
mövqedədir, digər qütbdə isə masakalanmaq. Qəribə bir 
paradoks. Xristianlıq tablolardan seyrçiyə baxan 
çılpaq bədənlərə necə dözürdü? Potensial meyitə necə 
dözərsən ha, bax, eləcə dözürdü. Bəs maskalanmağın 
izahı  nə ilə bağlı? Bu da elə birinci məqamla 
ilişikli: yəni heç bir paradoks-filan yoxdur. 
Xaçpərəstlik öz üslubuna xəyanət eləmir. Müsəlman 
miniatür müsəvvirlərinə  də insan şəkli çəkmək birbaşa 
qadağan olunmur, amma rəssam qarşısında  şərt qoyulur: 
çəkdiyini candan məhrum elə! Ona görə də miniatürdəki 
insan fiqurları çox vaxt maskada olub sənə iki gözlə 
tamaşa edirlər. Müsəlman rəssamı canlı  məxluqun  
həqiqi üzünü verdikdə isə onları seyrçiyə ya profildən 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə