Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə33/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   29   30   31   32   33   34   35   36   ...   123

 
100
bir yandan da tövlə sindromları, ictimailəşmək, 
əbədiləşmək çağırışı. Odur ki, insan təbiət və 
mədəniyyət, can və simulyakr, gerçəklik və imitasiya 
arasında girinc qalmış  məxluqdur. Bunun sonucunda 
insanın həyatında, anlaşmalar və davranışlar zonasında 
psixoloji tarazlıq pozulur, “mən”lə  şüuraltı  və 
bilincsizlik arasında çözülməz konfliktlər yaşanır, 
heçdən törəmiş problemlərin, dissonansların sayı 
artır: insan öz bədənini “eşitmir”, onu “dinləmir”. 
Nəticədə, bədənə kosmosdan ötürülən informasiyanı ya 
oxuya bilmir, ya da onu alayarımçıq başa düşür. Belə 
məqamlarda insan ritual qoynuna atılıb orada 
təmizlənmək, kosmosla əlaqəni bərpa eləmək, bəşəri 
harmoniya ilə qovuşmaq, eyniləşmək, onun içində əriyib 
itmək istəyir. Təbiətə (bədənə) yabançılaşmanın ilk 
pilləsi totem, növbəti pillələrisə ayin və ritualdır. 
Dünya mədəniyyəti tarixində ruh haqqında birinci ciddi 
söhbət totemlə bağlı başlayır. Totem atanın ruhunun 
obrazıdır və bu o deməkdir ki, bədən olmadan da 
keçinmək mümkündür. Bundan o yanası isə 
       FƏLSƏFİ-KULTUROLOJİ GƏZİŞMƏLƏRDİR.  
Ruh gözəgörünməz adam kimi bir şeydir: hamı bilir ki, 
o var, amma heç kim də onu görməyib. Bu, insanın 
yaratdığı  mədəniyyətin, fəlsəfənin paradoksudur və 
bəlkə  də fantomudur. Totem (maska) əcdadın ruhunun 
üzüdür. Biz əgər 
əcdadın ruhunun yaşadığına 
inanırıqsa, deməli, inanırıq ki, bizim ruhumuz da 
əbədidir. Ruhlar, fikirlər və idayalar ölümsüzdür. 
Çünki maddi deyillər, təbiətə aid deyillər. Yalnız 
bədənlər ölür. Odur ki, ruh bir totem (maska) arxasına 
sığışa bilir. Əslində, totem bədənsiz başdır.  İnsan 
ruhu bədəndən üstün tutduğundan onu başda bulur, başla 
əlaqəli bilir. Əbədinin, ölümsüzün yeri beyindir, 
beynin içində olan fikirdir. Ona görə totemə  bədən 
lazım deyil. O, ruhu eyhamlaşdırır. 
     Bədəni beyin “təşkil edir”, yaşadır, tənzimləyir, 
fəaliyyətə uyğunlaşdırır. Beynin imperativlərini bədən 
gerçəkləşdirir; daha doğrusu, beyin bədənin energetik 


 
101
nüvəsidir və  bədənin “hökmdarı”dır. Beyin həmişə 
bədəndən düz altı  dəqiqə artıq ömür sürür. Dəlilərin 
bədəni “olmur”. Dəlilik beyinlə  bədən konfliktinin 
gerçəkliyidir. Beynin nəzarətindən çıxan bədən özünü 
tanımır, sözünü, istədiyini bilmir. Beyinsiz bədən 
fiziki ölümdən öncə meyitdir. 
     Digər bir mülahizə... Bədən təbiətdən mədəniyyətə 
keçəndə meyit olur. MƏDƏNİYYƏT FİKİRLƏR,  İDEYALAR, 
TOTEMLƏR QƏBİRİSTANLIĞIDIR. O ŞEYLƏRİN 
QƏBİRİSTANLIĞIDIR Kİ, ONLAR ÇÜRÜMÜRLƏR.  MƏDƏNİYYƏT 
ÖLÜMƏ 
İTHAFDIR, MEYİTLƏRİN SAXLANC YERİDİR. 
Mədəniyyəti bədən yox, beyin yaradır. Toplumun heç bir 
fərdi özünü təbiət kimi qavramır. Kimdən soruşsan ki, 
“təbiət nədir” özündən dışarını göstərəcək; amma 
deməyəcək ki, təbiət elə  mən özüməm və ya mənim 
bədənim təbiətdir. Niyə? Çünki insan yaranışından 
təbiətdən qorxur, eymənir. Bu qorxu ölüm qarşısında 
olan qorxudur. Mədəniyyəti və  cəmiyyəti formalaşdıran 
da özünü təhlükədən qorumaq hissidir. Bütün canlılar 
qorunmaq istəyəndə özlərini cansız kukla, ölü kimi 
aparırlar. Qorunmaq üçün ən gözəl vasitə ölüyə, meyitə 
bənzəməkdir. Meyit üçün təhlükə olmadığından qorxu da 
yoxdur.  Əzrail meyitlərə biganədir, çünki onların 
alınası canı yoxdur. Ona görə insan mədəniyyətdən 
ikiəlli yapışır və  bədənini güdaza verir ki, öz 
“mən”inə etibarlı  sığınacaq tapmış olsun. İnsanın 
bədəni məzarlığa gömülməmişdən öncə onun “mən”i bir 
təcrübə kimi mədəniyyətə basdırılır.  İnsan güman edir 
ki, bu “qəbiristanlıq”  onu guya əbədiləşdirir. Bu da 
fiziki ölüm, unudulmaq, həmişəlik yox olmaq haqqında 
düşünüşləri qismən ağrısızlaşdırmaqdan ötrüdür. 
Əbədiliyə doğru yol mumiyalanmaqdan keçir. Misir 
fironları bu sayaq fikirləşirdilər. Amma neyləyəsən 
ki,  əgər meyit olmursa, mumiya da olmur. MƏDƏNİYYƏT 
İNSANIN “MƏN”İ ÜÇÜN MUMİYADIR.  “Mən” mədəniyyətə 
mumiyalanmaq sorağı ilə gəlir. 
     Elə bu andaca məndən soruşmaq gərəkir: bəs qədim 
yunan mədəniyyəti necə? O ki gözəl bədənlər 


 
102
mədəniyyəti idi və tam şəkildə  bədənə refleksiya 
eləyirdi. Bu da onu bildirir  ki, ruh və meyitlə bağlı 
nəzəri konsepsiya burada işləmir, relevant deyil. 
Doğrudanmı? Bəlkə  mən yanılıram? Həqiqətən, ilk 
baxışda adama elə görünür ki, qədim yunan mədəniyyəti 
bədənin, bədəndə mövcud təbiətin (maddiliyin, başqa 
sözlə,  əzələlərin) vurğunudur və bu təbiiliyi 
rəngləmək, çərçivəyə salmaq, onu paltarın içinə 
“dürtmək” barəsində düşünmür. Qədim yunan nə  çılpaq 
bədənə  həqarətlə baxırdı, nə  də başqalarından öz 
bədənini gizlədirdi. Bu mənada antik yunan mədəniyyəti 
ən “həyasız” mədəniyyətdir. Yaraşıqlı, proporsional 
bədən qədim yunandan ötrü elə dünyanın yarısına 
bərabər idi. Antik mədəniyyətlə ilkin tanışlıq zamanı 
elə təəssürat oyanır ki, bu mədəniyyət insan bədənini 
“bütləşdirib”,(tanrılar insan qiyafəsində) ortaya 
qoyub dövrəsinə 
fırlanır. Ancaq bu, xalis 
illyuziyadır, ilğımdır, yanlışlıqdır. Bəli, yunan öz 
bədənini çox sevirdi. Hərçənd onun ruhunu çaşdıran 
ağrılarla, ölümlə barışa bilmirdi və görürdü ki, bədən 
tanrıların  əlində yalnız və yalnız qəşəng bir 
oyuncaqdır. 
     Lakin  və bir də lakin... məsələ  təsəvvür 
edildiyindən də mürəkkəbdir. Fikir verin, dağ gövdəli 
qəhrəman Filoktetin
18
 meşəni lərzəyə salan bağırtısı 
içində onun bədəni zəifləyib, kiçilib saman çöpü boyda 
olur. Qəribə  də olsa, Homer əsərinin faktıdır ki, 
Filoktetin ağrısı onun bədənindən böyük və güclüdür. 
Digər bir misal: atlet bədənli Sizif
19
  əbədi 
işgəncədədir. O, dirigözlü psixi və fiziki zülmə 
məhkum edilmiş  pəzəvəngdir. Cəsur Edipi
20
 tale (alın 
yazısı, yəni bədən) elə mucul eləyir ki, o, gözlərini 
ovub potensial meyitə, kuklaya (kor adam kuklalaşır: 
çünki davranışında yardıma ehtiyacı olur, idarə 
edilir; digər tərəfdən isə  bəsirət, gələcəyi görmək 
istedadı qazanır) dönür. Nə tunc bədənli Heraklı, nə 
igid Odisseyi, nə də qəhrəman Axillesi xoşbəxt adamlar 
adlandırmaq mümkündür. Gözəllər gözəli Yelenanın
21
 da 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə