Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə32/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   28   29   30   31   32   33   34   35   ...   123

 
97
cəfəng qanunlar sistemi kimi görünür. Təsadüfi deyil 
ki, güclü kişilər ya cinayətkar olurlar, ya da 
idmançı: ya da hüquq-mühafizə orqanlarında işləyirlər. 
Razılaşaq ki, bunların hər üçünün arasında sərhəd 
şəffafdır. Mədəniyyət ağacı yonub istehsal taxtasına 
çevirdiyi kimi insanı da “yonub” ictimai fərdə (toplum 
mexanzminə) çevirir. Mədəniyyət çoxsaylı  zəiflərin 
azsaylı güclülərə birgəyaşayış haqqında yolladığı 
ismarıcdır, təklifdir. Zəif bədənli kişi potensial 
xacə variantıdır.  MƏDƏNİYYƏT PERMANENT ŞƏKİLDƏ XACƏ 
KİŞİLƏRİN MƏDƏNİYYƏTİDİR.   Xacə isə potensial 
meyitdir, kukladır. Bəyəm mədəniyyəti “süni təbiət” 
adlandırmırlar?  Əgər bir şey cansızdırsa, deməli, 
ölüdür. Semiotik bilgilər müstəvisində 
bədənin 
qarşıdurumu meyitdir. Bədən burada aktivdədir, meyit 
passivdə. Qəribədir, sən demə, mədəniyyət bədən yox, 
meyit üstündə, daha doğrusu, ölümdən sonrakı  həyat 
üstündə köklənib. Çünki mədəniyyət 
əbədiyyətə 
iddialıdır. 
MƏDƏNİYYƏT ÖZÜNÜ ƏBƏDİYYƏT ÜÇÜN 
PROQRAMLAŞDIRMAQ VASİTƏSİDİR. Busa yalnız müəyyən 
bildiricilərin köməyilə gerçəkləşir. Bədən ölüb gedir: 
onun keyfiyyəti var. İşarə isə fikrin kodunu özündə 
daşıyır: o, bədənə yox, ideyalar, fikirlər dünyasına 
aiddir və ölümsüzdür. Çünki həyatdan dışarıda 
mövcuddur. 
İnsan özünü əbədiləşdirəndə fikirdə 
əbədiləşdirir. Mədəniyyət eyhamlar, işarələr 
sistemidir və bu bildiricilər ruhsuz, cansız 
nəsnələrdir.  İnsanlarla birgə  işarələr də yox olur. 
Mənasını itirən işarə mövcudluğunu itirir və hər hansı 
bir tədqiqatçı üçün araşdırma obyektinə çevrilir. 
Mədəniyyət  əgər işarələri öz içində tutub saxlayırsa, 
onlara  əbədiyyət verirsə, deməli,  bildiricilər və 
mənalar qəbiristanlığıdır. Ona görə  də  mədəniyyət ölü 
təbiətdir, xacələrin, rahiblərin, məcnunların, 
müxtəlif tipli divanə danəndələrin yapdığı fikir 
oyunbazlığıdır, zəif bədənli insanların paltarıdır, 
çanağıdır, zirehidir, dəbilqəsidir. Zəifi mədəniyyətə 
təbii güc qarşısındakı qorxu gətirir. Mədəniyyət zəifə 


 
98
mövcudluq statusu verir və onun yaşamını 
mənalandırır.  Əbəs yerə Füzulinin Məcnunu özünü zəif 
adlandırıb demir ki, “Gəl, təcrübə eylə mən zəifi”... 
Qeysin apriori öz “zəif”liyini bəyan etməsi patologiya 
əlamətidir, yoxsa fiziki qüvvənin real 
qiymətləndirilməsidir? Axı niyə  Məcnun pəhləvan 
cüssəli ola bilməz? Fiziologiya ilə ruhsal dünya 
arasında nə kimi tərs mütənasiblik mövcuddur? Bu 
suallar bizi qəribə bir nəticəyə doğru 
istiqamətləndirir:  MƏDƏNİYYƏT AĞRI VƏ  İZTİRABA CAVAB 
REAKSİYASI KİMİ FORMALAŞIR.  Yadınıza salın, Aristotel 
də, Fğoyd cənabları da elə bunu söyləyirdilər. Amma bu 
nəticəyə  gələnə  qədər onların keçdikləri yollar tamam 
başqa-başqa olmuşdu: bu şəxslərin ikisi də bədənə adi 
cism kimi baxmışdılar. Mədəniyyət zəif bədənin gücə 
cavabıdır. Burada bədən özünü ruhda, fikirdə, ideyada 
tanımağı öyrənir. Belə ki, insan mədəniyyət vasitəsilə 
bədəndən (cismdən) xilas olmağa, qurtulmağa çalışır. 
Bədəni unutmaq ağrı  və iztirabı yaddan çıxarmaq 
deməkdir,  əbədi rahatlıq bulmaq deməkdir. Bu imkanı 
adama bir də ölüm verir.  MƏDƏNİYYƏT HƏYAT VƏ ÖLÜM, 
BƏDƏN VƏ MEYİT ARASINDA MARGİNAL ZONADIR Kİ, BURADA 
BASQILAR, AĞRILAR NEYTRALLAŞIR, SUBLİMASİYA OLUNUR. 
MƏDƏNİYYƏT AĞIL VƏ  BƏDƏN KONFLİKTİNİN GERÇƏKLİYİDİR. 
BU KONFLİKT RUHA ÇATIB HƏLLİNİ TAPIR.  Mədəniyyət 
çərçivəsində insan unudur ki, onun bədəni kainatın bir 
parçasıdır, qəlpəsidir və teyxa təbiətdir. Çünki 
cəmiyyət insanı konkret bədən sahibi kimi yox, ictimai 
məkanı dolduran fərd-subyekt kimi qavramağı üstün 
tutur. Bədən toplumda ictimai-sosial funksiyanı yerinə 
yetirən alətdir. Bədən cəmiyyət içrə sanki şüşə qab 
altında saxlanılan həşərat təəssüratı oyadır. Bu şüşə 
qabda (ictimai kolbada) bədəndən  əlavə bir “Mən” də 
düzəldilir, bu “Mən” olur bədənin toplumsal olum 
konsepsiyası.  İnsanlığın bütün faciələri bu “mən”-
konsepsiya ucbatındandır.  BƏDƏN ÜÇÜN FACİƏ, DRAM, 
KOMEDİYA YOXDUR. TƏBİƏT AĞLAMAĞIN, KƏDƏRLƏNMƏYİN, 
GÜLMƏYİN NƏ OLDUĞUNU BİLMİR. Yalnız “mən”-konsepsiya 


 
99
özünü ontoloji identifikasiya xatirinə  təbiətdə 
oxşar şəkil və obrazlar axtarmağa başlayır. Nədən ki, 
bədənin ontoloji statusu cəmiyyətdən ötrü heç bir önəm 
kəsb etmir. TOPLUM QİDA ÜÇÜN YARARSIZ ƏT KOMBİNATIDIR. 
Bu kombinatın ehtiyatları isə daima artır: intensiv 
çoxalma yaşam resursları, yaşam arealı  uğrunda 
mübarizəni maksimal həddə çatdırır. Bədənin yeri 
təbiətdir, ağıl isə onu sürükləyib kombinata və ya 
tövləyə 
gətirir. 
Şəhər və ya kənd tövlənin 
invariantları deyilsə, onda bəs nədir?  Şəhər (kənd) 
cəmiyyətin insanları saxlamaqdan ötrü fikirləşib 
tapdığı ideal tövlədir. Bunu faşizm bir dəfə  əyani 
şəkildə sübut elədi. Faşizm onu da sübut elədi ki, 
tövlədə azadlıq olmur. Odur ki, bədən toplum içrə heç 
cür öz komfortunu bula bilmir. İnsan ağlının ictimai 
çabaları, onun sosiaL, fəlsəfi və ruhsal düşüncələri 
bədən rahatsızlığının şərtidir. Bu rahatsızlığı qismən 
azaltmaq, tövlədəki həyata dad gətirmək üçün insan 
ayin və rituallar fikirləşib tapır və özünü tövlə 
dünyasına “zəncirləyir”. Təsadüfi demirlər ki, insan 
mədəni bir varlıq kimi öz şəxsi ritual əməllərinin 
nəticəsidir. Yəni bədən rituallar şəbəkəsində, daha 
düzü, mədəniyyət sistemində insan olur. Toplum dışında 
insan çılpaq vəhşi bədəndir. Ona görə  də ictimai-
sosial dünyanın ilişgilər məngənəsinə addımlayan 
bədənin makrokosmla, kainatla rabitə intensivliyi 
azalır. Beləliklə, bədən toplumsal rahatsızlıqlar 
zolağına düşür. Yaşam  ərazisində  sıxlıq maksimaldır, 
bioenerjilər isə xaotik şəkildə bir-birini 
“döyəcləyir”. Bədən inciyir, qavrayışda isə küy əmələ 
gəlir. Bu, artıq total əziyyətdir, total 
diskomfortdur. Bizim dünyamızda məhz texniki komfort 
bu total duyğular, yaşantılar diskomfortunu qismən 
yumşaltmaq, itkiyə  əvəz vermək məqsədini güdür. 
Bununla da, insan “körpüləşir”. Körpü isə fenomendir: 
çünki aralıq bir durum seçib özünə... və heç cür 
müəyyənləşdirə bilmir ki, hara getsin, hansı sahilə 
çıxsın. Bir yandan bədənin kosmosdan aldığı siqnallar, 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə