Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə29/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   25   26   27   28   29   30   31   32   ...   123

 
88
dağarcığına çevrilir. Onu öyrənirlər ki, dünyadan 
baş  çıxarsınlar; onu öyrənirlər ki, ruhu tapsınlar; 
onu öyrənirlər ki, tanrıya yaxınlaşsınlar. Odur ki, 
mədəniyyət kontekstində 
 
BӘDӘN BİLGİ FORMASIDIR, 
 
yazının, yəni talenin, ayrı sözlə, tanrı qismətinin 
məkan içrə plastik fiqurudur, obrazıdır, görkəmidir. 
Bədən tale haqqında bilgidir ki, onu da adi, öləri 
insan bilə bilmir. Qədim çinlilər car çəkirdilər ki, 
“bədən bizim təcrübəmizə tapşırılmış bir nəsnədir. Biz 
doğulanda və idraka çatanda bədənimiz çoxdan vardı. 
Məğz etibarı ilə  bədən, Çjuan-tzı demişkən, bizim 
“əzəli görkəmimiz” olub “biz dünyaya gələnə  qədər 
mövcuddur”. Sonucda Daonun (yolun, yazının, taleyin? - 
kursiv A.T.) özünün bədəni olan bu batini, noumenaL, 
xalis simvolik bədən (bədənlər bədəni - kursiv A.T.) 
maddi cismlərdən ayrılmaz və onlara qovuşmaz bir 
vəziyyətdə yaşayır. Bu ona bənzər ki, təmiz güzgüyə 
bütün nəsnələr sığsa da, güzgü özünü onlarla 
eyniləşdirmir, təxəyyülün gücü isə bütün obrazları 
aşkarlayaraq seyr edilən predmetlə  məhdudlaşmır”.
11
  
“Biz dünyaya gələnə  qədər mövcud olan” bədən tale və 
ya bilgi kələfidir; bu kələfi isə “mən” əyirir, açır: 
başqa cür desəm, “mən” məxfi  şəkildə  və  təkrarı 
mümkünsüz variantda yalnız ona (ancaq bir nəfərə) 
göndərilmiş bilgini öyrənir, mənimsəyir. Daha doğrusu, 
“mən” bu bilgini özünə hopdura-hopdura formalaşır. 
Bədəndə şifrələnmiş bilgiyə sahib çıxmaq, yəni bilgini 
bilmək “mən” olmaq, tale yaşamaq deməkdir. Tale 
bədəndə gizlədilmiş bilgidir və bu bilgidən “mən”in 
çalışmaları və çabaları nəticəsində zühur edir. 
     Lakin...  və bir də lakin...  hər bir şəraitdə, 
hər bir vəziyyətdə insan fəaliyyətinin amplitudası 
bədənin fiziki imkanları ilə  şərtlənir. Fiziki 
imkanların özü də elə bilgi formasıdır. Sözümün canı 
bu ki, BƏDƏNİN  İCAZƏ VERDİYİNDƏN ARTIQ NƏSƏ  BİR  İŞ 


 
89
GÖRMƏK MÜMKÜN DEYİL. Beləliklə: bədən bilgidir və bu 
bilgi insanın  şifrəli taleyidir. “Mən” bu şifrəni 
öyrəndikcə “mən” olur və  bədənin  əbədi dustağı 
statusunda qalır. “Mən” bədənin qiyamçı köləsidir, o, 
bilgini, yəni taleyi bildiyindən üsyana qalxır, amma 
nəyisə  dəyişmək (yazıya pozu yoxdur) iqtidarında 
bulunmadığını anlayıb da özünü yenidən bədənin 
stixiyasına atır. “Mən” bilincin (şüur) və milli 
mentallığın bədənə, bədəndə şifrələnmiş məlumatlara və 
instinktlərə, dışarıya, topluma münasibətdə reflektiv 
olaraq yaratdığı  fərdi həyat konsepsiyasıdır. Bədən 
bazisdir, “mən” üstqurum, özünüdərkin 
əlaməti. 
Özünüdərk bədən bilgisinə, yəni taleyə “yiyələndikdən” 
sonra gerçəkləşir. “Mən” bədənin geyindiyi tanıtım 
maskasıdır, bədənin  şəxsləndirilməsidir, toplum içrə 
hüzur  şərtidir. Amma di gəl ki, nə “mən”in mütləq 
maddi gerçəkliyi var, nə ruhun: nə o görükür, nə bu; 
görükən bir təkcə  bədəndir ki, o da, bu da bədənə 
məxsus. Ruh bədəndə yaşayan həyati enerjidir, bədənin 
enerjisidir, özününküdür, doğmasıdır, ancaq onun 
“mən”lə ilişkisi daha artıq. Düzdür, ruh bədənin 
içində “bişir”, “yanır” və sonradan “mən”i idarə 
eləyir: ondan tələb eləyir ki, bədəni (taleyi, yazını) 
“oxusun”, anlasın və taleyinə  tərslik göstərməsin. 
“Mən” bədəni itirəndə  həməncə  məhv olur, ruh isə, 
əksinə, digər zaman və  məkan ölçüləri bulub ayrı 
gerçəklik koordinatlarında yaşayır. Nə qədər ki, insan 
diridir, 
 
BӘDӘN RUHUN EVİDİR, 
 
həm mətbəxidir, həm məbədidir, onun yaşam mühitidir, 
müvəqqəti məskunlaşdığı  mənzilidir, karvasarasıdır, 
mehmanxanasıdır. Ruh bədənin “kirayənişin”idir. Dao 
fəlsəfəsini düzüb-qoşanların dediyinə görə “bədən ruh 
və enerjinin anbarıdır, enerji ruhun anasıdır, ruh 
enerjinin oğludur”.
12
  Şərqin dahi sufisi Fərid  əd-Din 
Əttar söyləyirdi ki, “bədən ruhdan fərqlənməz: çünki 


 
90
biri o birisinin əlavəsidir. Birlikdə isə onlar 
Bütövün hissələridir”.
13
 Lakin qoca Ərəstunsa 
(Aristotel) belə buyururdu ki, bədəni ruh idarə edir. 
İnanmıram, boş söhbətdir: Aristotel yanılırdı.  RUHU 
İDARƏ EDƏN BƏDƏNDİR.  Enerji bədəndən ayrılır. Bədən 
ruhun səciyyəsini, keyfiyyətini müəyyənləşdirir. Ruh 
fiziki enerji olmaqla yanaşı 
həm də fikrin 
enerjisidir, düşüncənin enerjisidir, ağıl ünvanlıdır. 
Amma bizim gümanımız var ki, ağlımız bədənimizə 
hakimdir.  Əsla: bədən ruha, “mən”ə  və  ağıla heç vədə 
tabe olmur. BƏDƏN HƏMİŞƏ “MƏN”DƏN AĞILLIDIR. Adamların 
çoxusu müəyyən bir hadisədən (olayın qarşısındakı 
işarəni, olayın miqyasını  nəzərə almadan) sonra öz 
doğmalarının, tanışlarının yanında 
əksərən 
səmimicəsinə etiraf eləyir ki, ürəyi ona əvvəlcədən nə 
olacağını  xəbər vermişdi: yəni bədəni öncədən 
duymuşdu, bilmişdi bunu. Bədən hər bir vəziyyətdə ani 
də olsa ağlı, ağılla çıxarılan məntiqi qərarı 
qabaqlayır. Belə  məqamlarda qədim çinlilər  ərz 
edərdilər ki, DAO BƏDƏNDİR.  Əslində isə  bədən bütün 
ömrünü, varlıq enerjisini ruha sərf eləyir; bədən 
“mən”ə görə yox, ruh üçün yaşayır və həyatda axıracan 
“yanıb” maddiliyi olmayan mistik enerji fazasına 
keçir,  tam ruhlaşır; ölüm faktından sonra bədənin 
ömrü qurtarır, bədənin ruh dönəmi başlayır. Məsələni 
bir az daha aydınlatmaqdan ötrü mən istərdim filosof 
İskəndər Tağıyevin  əlyazma hüququnda mənə  təqdim 
etdiyi  əsərindən bir sitat gətirəM.: “Bir çox 
mədəniyyətlətdə  və dinlərdə ölüyə 40 gün ərzində yas 
saxlamaq adəti var. Din xadimləri (gəlin,  İbrahimim 
məzhəblərindən danışaq) sizə izah edə bilməyəcəklər 
ki, nə üçün xristianlarda ölümdən sonra birinci, 
üçüncü, yeddinci və ya doqquzuncu, və qırxıncı günlər 
(müsəlmanlarda da həmin günlər önəmlidir) qeyd olunur. 
Çünki onlar Ruhun bədəndən ayrılaraq yeni təcəssümlər 
bulması ilə  əlaqədar prosesdən xəbərsizdirlər. Mən 
hələ ondan söz açmıram ki, hətta ekzoterik qatda bu 
dinlər reinkarnasyon (təzədən təcəlla - kursiv A.T.) 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə