Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə30/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   26   27   28   29   30   31   32   33   ...   123

 
91
ideyasını  qəbul etmirlər. Beləliklə, Ruhun yeni 
təcəssümü insanın ölümündən sonra bir neçə  mərhələdə 
baş verir. Birinci gün ölüm faktı təsdiqlənəndə Ruhdan 
fiziki bədən ayrılır. Üçüncü gün növbə insanın efir 
bədəninə çatır. Efir bədəninin fiziki bədənlə enerji 
bağlantısı olduğundan (efir bədəni fiziki bədənin 
matris düzümüdür) bu məqamda (müəyyən işıqlanma 
zamanı) həmin bədəni bir kabus kimi ölmüş adamın 
məzarı üstündə görmək olar. Əgər meyit hər hansı bir 
səbəb üzündən basdırılmayıbsa (məsələn, xristianlar 
ölünü üçüncü gün dəfn edirlər), bu hadisəni otaqda da 
müşahidə etmək mümkündür. Yeddinci gün Ruh bədənin 
astral qılafından azad olur. Xristianlar bu 
münasibətlə doqquzuncu günü qeyd edirlər. Və  nəhayət
qırxıncı gün Ruh mental bədənlə “vidalaşır”. Mental 
bədən Ruhun ayrıldığı axırıncı  aşağı  qılafdır. Bundan 
sonra Ölümsüz Ruh öz təcəssümünü qurtarıb müəyyən 
müddət Göylə Yer arasında (əraf, bərzəh) mövqelənir. 
Ölümsüz Ruh üç bədəndən ibarətdir: Ali Eqo Bəbəni və 
ya Kauzal bədən, Budda bədəni və Atman bədəni. Ruh 
ölüm faktından ötüşən zaman boyunca bu prosesdən keçib 
ilahi dünyaya, - Müqəddəs Üçbucağa, - adlayır və orada 
öz yeni təcəssümünü gözləyir”.
14
 Bununla da mənim 
bayaqdan söylədiyim fikirlərdə tamam yeni bir dönəm 
meydana gəldi:  bədən ruhun fiziki dünyada görünən 
obrazıdır, onun məkanda konkret təcəssümüdür. Ölümdən 
o yana bədən ruh kimi yaşayır. Bu zaman bədən həmişə 
ruhun yaddaşındadır, onun enerji qılafının matris 
düzümündədir. Amma bir məsələ  də var: fiziki dünyada 
bədən görünə bilməyəndə mifə dönür. Varlığın formaları 
içərisində görünər olmaq bədənin  əlamətidir. Halbuki 
bədən bizə görünən ruhdur. Biz ruhumuzun şəkli, 
qiyafəsi, görkəmiyik. Onda belə  çıxır ki, Ərəstun 
bunları bilməyə-bilməyə (bəlkə də bilirmiş) haqlı olub 
və deyib ki, bədəni ruh idarə edir. Ruhsuz bədən 
meyitdir, kukladır, çürüntü materialıdır.  
   Lakin... və bir də lakin... problemin həlli yolları 
çeşid-çeşid, hamısı da təzadlı. Amma iş bu ki


 
92
mədəniyyət bədəndən utanır, çılpaq 
əzələlər 
fakturasından utanır. Mədəniyyət ruhun sferasıdır, 
onun mövcudluq parametrlərini ruh müəyyənləşdirir. 
Əgər qəbul olunursa ki, bədən ruhun evidir, ruhun 
məkan görkəmidir, onda bunu necə başa düşək: körpə 
doğulur və əlüstü bələnir: insan ölür və meyit həməncə 
kəfənə (xristianlar ona ən yaxşı paltarlarını 
geydirirlər) tutulur. Qəribədir, mədəniyyət permanent 
surətdə  bədənin çılpaqlığını gizlədir, çılpaqlığı 
yasaqlayır; elə bil ki, mədəniyyət çılpaq insandan, 
yalxı bədəndən çimçişir, onu murdar sayır. 
 
BӘDӘN MURDARDIR, RUH MÜQӘDDӘS. 
 
Çünki bədən mədəniyyətdə daim özgəsidir. Mədəniyyət 
var qüvvəsilə, bütün mümkün vasitələrlə, müxtəlif 
suggestiv 
əqli hücumlarla bədəni təbiətdən 
uzaqlaşdırmağa, onu öz imkanlarına görə öz sferasında, 
öz koordinatlarında, öz laboratoriyasında təkrar 
istehsal etməyə (kuklalar, robotlar, klonlar) çalışır.   
   Bədəni məxfiləşdirib onu eyhama çevirmək müsəlman 
mədəniyyətinin ən cəlbedici oyunlarından biridir. 
   Ortaçağ xristian mədəniyyətində bədən az qala ruhun 
düşməni kimi qavranılır; sanki iri bir çuvala 
(katoliklərin cübbəsi, rahib və rahibələrin geyimi) 
salınır və  dışarı mühitlə  təması minimuma endirilir. 
Burada məqsəd bədəni iztirabla sınaqlardan 
keçirməkdən, onu “məhv” etməkdən və 
bədənin 
əsarətindən çıxıb ruhlaşmaqdan ibarətdir. 
     İntibah dövründən ta bu günə  qədər avropalı 
dərzilər insan bədənini təkidlə  ədabaz, pırpız 
dizaynda biçilmiş paltarlara, qaftan və tumanlara, 
nəfis,  əlvan corablara “bürüməklə”, obrazlı desəm, 
insanı kuklalaşdırmaqla məşğuldurlar. 
İslam 
mədəniyyətisə VII yüzildən üzü bəri kişi və qadın 
geyim dəblərində mütəmadi olaraq bədəni görükdürməmək, 
gizlətmək tendensiyasına sadiq qalır və  müsəlmana 
“sən potensial ölüsən” ideyasını  aşılayıb onu öz 


 
93
kəfənini (əmmamə) başında daşımağa kodlaşdırır. 
Sufilik də burada yeni heç nə demir və insanı Allahın 
kuklası bilir. Bir tək Uzaq Doğu mədəniyyəti (aborigen 
tayfaların bədənə münasibəti barəsində xüsusi 
danışılacaq: ancaq bu olacaq irəlidə) bədənə qismən 
azad nəfəs almaq imkanı verir. Lakin buna baxmayaraq 
Uzaq  Şərqin gələnəksəl mədəniyyəti kontekstində  bədən 
daim rəsmi bəyan edilməmiş “təcavüzə” məruz qalır: 
insanın ruhu, iradəsi, təcrübəsi, bilgisi şüurlu 
surətdə öz bədənini arası  kəsilməyən treninqlər 
nəticəsində keyfiyyətcə  dəyişməyə, onu potensial 
meyitə (yoqa) və ya ideal kukla-robota (Şərqin ənənəvi 
əlbəyaxa döyüş  sənəti) çevirməyə yönəlir.  Əgər yoqa 
istirahəti zamanı idrak söndürülməyibsə, bədən  meyit 
kimi deyilsə, bu onu bildirir ki, bədən gərgindir və 
kamilləşməyə hələ çox müddət var. Şərq əlbəyaxa döyüş 
növlərində isə  bədən öz enerjisini reaksiyanın, 
davranışın mexanikləşməsinə, robotlaşmasına 
istiqamətləndirir. Bununla da bədəndən “bədənlik” 
alınır: təlimlərin köməyilə bədənin “ruhlaşması” və ya 
ruhun materiyadan xilas olması prosesi gedir. 
Mədəniyyət Ruha (sakral enerji) iddialı olduğundan 
Bədəni öz oyuncağı, kuklası qismində görür. MƏDƏNİYYƏT 
RUHA DÖNÜŞÜN, RUHA QAYIDIŞIN MANİFESTİDİR. Ona görə də 
mədəniyyət müqədəs mətnlərin diliylə deyir ki, Ruhun 
yeddi qiyafəsi var: fiziki bədən, efir bədəni, astral 
və mental bədən, kauzal bədən, Buddha bədəni, Atman 
bədəni. Bunlar da öz növbəsində  Səmavi Loqosun 
ifadəsidir.
15
 Yəni mədəniyyət insanın əlindən öncə onun 
bədənini alır və onu yalnız bir bildirici statusunda 
qəbul edir. 
 
BӘDӘN EYHAMDIR
16
,
 
 
işarədir, kukladır, oyuncaqdır. Sonucda mədəniyyətin 
məqsədi də insandan məhz kukla, uyuq, müqəvva 
yapmaqdır. Nə ki sadaladım, bunların hamısı ruhsuz bir 
şey olub meyitə müsavi gələrlər. Bunun mənası  nə?  İş 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə