Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə38/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   34   35   36   37   38   39   40   41   ...   123

 
115
mülhüd adlandırılıb. Bəs onda “dərisi soyulsun” 
hökmünü nə ayağa yazmaq mümkün? Belə bir edam üsulu 
haradan gəlib düşüb fitva verənin beyninə? Bəlkə dövr, 
zəmanə mifləşmək, mifə çevrilmək astanasında bulunanda 
əfsanəvi ölümə ürcah edilmiş sakral qurban ideyasını 
gerçəkləşdirməyə  tələsir?  Olsun ki, mən yanılmıram. 
Lakin bu, “dərisi soyulmaq” həqiqətinin yalnız 
kulturoloji və  nəzəri tərifidir, onun mifopoetik 
kontekstə gömdürülməsidir. Amma mənim belə bir gümanım 
da var ki, Nəsiminin özü bu müdhiş edam hökmünün 
təhrikçisi olub. Gümanım öz yerində... və  təbii ki, 
mübahisə obyekti ola bilər. Ancaq bununla yanaşı  mən 
haradasa tam əminəm ki, Nəsimi öz karmasından xəbərdar 
idi və  şüurlu surətdə ömrünün fəci sonluğuna doğru 
gedirdi. O, bundan nə inciyirdi, nə  də peşmançılıq 
çəkirdi. Əks təqdirdə yazmazdı ki: 
                              
        «Yığıldı şeyxü şabilər ki, yəni soyalar məni 
         muradım bu idi həqdən, irişdim mən bu gün kamə». 
      
     Dərisinin soyulması  Nəsimi üçün sakral arzunu 
gerçəkləşdirib ali mətləbə varmaq, kama çatmaq 
deməkdir, dünya sirrinə güzgü tutub onu aşkarlamaq 
deməkdir, özünü bəşəri bir qurban kimi anlamaq, dərk 
etmək deməkdir, faş olub bəyana gəlmək, bəyanı özündə 
görükdürmək deməkdir, qələbə simvoluna çevrilmək 
deməkdir. Gör nəmənədir ki, bu cür əcayib-qərayib bir 
nişanə  Nəsimiyə  hətta xoşdur, hərçənd bu nişanənin 
özündə bir nişansızlıq əlaməti mövcud. Bu xüsusda bir 
neçə Nəsimi beyti: 
                                                        
      «Soydular, çıxardılar başdan ayağa pustumu
1
,    
       Aşiqəm, ah eyləməm, qurbanə xoşdur, yaxşıdır. 
       Həm soyan, həm soyduran zahid mənəm, səndən deyil
       Cümlədə ayinəyəm PÜNHANƏ, xoşdur yaxşıdır. 
    MƏNSUR
2
 oldum, çün bu gün aləmdə faş oldum sizə 
       Mən ənəlhəq söylərəm, ürfanə xoşdur, yaxşıdır». 
 


 
116
     Soyulmaq 
Nəsimidən ötrü libasların 
dəyişdirilməsindən başqa bir şey deyil, bir surətin 
digəri ilə  əvəzlənməsidir. Çünki mahiyyətdə bütün 
mənaların surəti eynidir, məğzi, cövhəri birdir: 
 
       «Çü birdir sürətü məni sənin zatində ey arif
       Çıxardım surəti-kisvət
3
, yenidən geydim uş camə
4
» 
 
     Yəni hansı paltarda, geyimdə, surətdə olursan ol, 
fərq eləməz, həyat özünün saysız-hesabsız, rəngli və 
rəngsiz təzahür formalarında 
əbədidir, məkanca 
hüdudsuz, zamanca sonsuzdur. Aləmdə  nə varsa, 
növbələşib yaşayır. Növbələşmək daimilik əlamətidir, 
varlığın  əbədi qalmasının  şərtidir. Bu daimilik içrə 
dəyişən bir tək GEYİMDİR, libasdır, növbəsini gözləyən 
tükənməz təzahürlərin formasıdır. Söylədiyim 
fikirlərin kontekstində mümkündür ki, insanın dərisinə 
də ötərgi bir libas qismində yanaşılsın. Bu əsnada 
digər bir məsələni də inmformativ bilib qeyd etmək  
məqbul: arxaik mədəniyyətlərdə “dərisi soyulmaq”, 
“qabıq qoymaq” uzunömürlülük və müdriklik, çox zaman 
isə  əbədi olumun nişanəsi sayılırdı. O canlı ki, 
qabığını  dəyişdirdi, yaşamaq üçün yeni bioenerji 
qazanmış hesab olunurdu. Məqamın ayrı bir aspektini də 
vurğulamaq, məncə, vacib və  gərəkli: məgər barama 
soyulub da KƏPƏNƏK  şəklində zühur eləmir?  İmaməddin 
Nəsimi də öz ömrünü elə yaşamışdı ki, axır sərəncamda 
o, barama kimi cildini, libasını  dəyişib, qabığından 
çıxıb kəpənəyə çevrilməliydi. Hələ “yer ilə göy bina 
olmazdan  əqdəm” bu, Nəsiminin tale cədvəlinin, alın 
yazısının mərkəzi hadisəsi kimi götürülmüşdü. Göylərdə 
cızılmış bu proqramı,  əlbəttə, yaxşı, ya pis icra 
etmək olardı, amma pozmaq yox. Nəsimi də bu sakral 
sifarişi  əla bir üslubda yerinə yetirdi, soyulub 
“kəpənəkləşdi”, cismindən və canından qurtulub sirri 
bəyana gətirdi, özündən qopdu, ilahi dünyaya vardı. 
Görünür, Nəsimidən ötrü dərisinin soyulması heç də 
hüzn və kədərlə ilişikli bir olay deyildi, sadəcə tale 


 
117
dönəmi, mütləq bir olacaq, formanı, libası  dəyişib 
özündən çıxmaq, başqalaşmaq mərasimi idi, “bəndi həsar 
içindən” sıçrayıb dünyanın digər ölçülərində var 
olamaq, yaşamaq cəhdi idi: 
 
         «Fəzli-ilahə canını eylə fəda, Nəsimi, sən, 
          Olma məlul, ayıtma kim, bəndü-həsar içindəyəm». 
 
     Bu  sayaq  faktların qarşısında, qənşərində özünü 
“tilsimi-pünhan”, “əzəli sirr” adlandıran bir adamın 
dərisinin soyulması ilə bağlı bütün fəci motivlər 
artıq arxa plana keçir. İş bu ki, baxım bucağını 
təsəvvüfün və hürufiliyin rəmzi bildirmələrindən 
azacıq yana çöndərib Nəsiminin deyimlərinin məntiq 
müstəvisinə tuşladıqda onun dərisinin soyulması 
“tilsimi-pünhan”ın aşkar edilməsi, “əzəli sirr”in 
məkan içrə, konkret olaraq meydanda, bəyana 
gətirilməsi kimi görükür. “Başını top eyləgil, gir 
vəhdətin meydanına” və ya “Başını top eyləgil, meydanə 
gir mərdanə  sən” deyən Nəsiminin ifadə  tərzindən
misrasının arxitektonik və ritmik quruluşundan gizli 
bir üsyan, azman güc, qaytansız ehtiras, saymazyana 
dəliqanlılıq fışqırır. O, sanki hamını özü əleyhinə 
qaldırıb tufan qoparmaq, mübarizə, qarşıdurum, dünyəvi 
mübahisə  təhrik etmək istəyi ilə söz PÜSKÜRÜR; hətta 
yeri gəldikcə  fələyə  də, taleyə  də öcəşir ki, bəlkə 
onlardan bir tutarlı cavab eşidə: 
 
«Bu dərin məani gör ki, bəyan qılır Nəsimi, 
        Fələyin dili tutuldu bu ulu bəyan içində». 
  
     Lakin  fələyin lallığı  qənşərində “anəstunarən”
5
 
deyib də hayqıran, coşan Nəsiminin emosional durumu
ovqatı  və yaşantılarının  təbiəti, məncə, onunla izah 
edilir ki, çox böyük enerji potensialına malik bu adam 
heç cür bir yerdə  qərar tutub aram ola bilmirdi, 
gəzərgi həyat sürdüyündən köç havasını heç vədə 
beynindən çıxarmırdı: 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə