Microsoft Word lord talibzadeh doc


«Dünya duracaq yer deyil, ey can, ondan səfər eylə»



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə39/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   35   36   37   38   39   40   41   42   ...   123

 
118
 
      «Dünya duracaq yer deyil, ey can, ondan səfər eylə» 
 
    Və ya: 
 
      
 «Bu nə bərgüzidə
6
 candır ki, gəzər bu can içində» 
 
    Yaxud: 
 
       «Bu canı tərk edib keçdim cahandan» 
 
    Və hətta: 
 
       
«Məkansız oldu Nəsimi, məkanı yoxdur anın, 
        Məkana sığmayan ol biməkan məkanı nedər!». 
 
 
    Yəni məkandan bilmərrə imtina və  hər cür köçün, 
səfərin sonu. Təbii ki, burada qəribə, təəccüblü, 
gözlənilməz heç nə yox. Çünki orta əsrlər müsəlman 
Şərqinin poeziya dünyası sufi ideyalarına ürcah. Ötəri 
bir paralel. Məgər Sənai də Nəsimi deyəni demirdi ki, 
“cism və canda mənzil tutma gəl, biri ikrah doğurur, o 
biri sevgi, hər ikisini tərk elə, nə onda ol, nə 
bunda”
7
. Beytdə laməkan ideyasının dominantlığı 
şəksizdir. Bəs belə olan surətdə bu məsələni Nəsimi 
ilə bağlı  məxsusi qabartmağına dəyərmi? Elə bilirəm 
ki, dəyər. Çünki bu, Sənaidən ötrü yalnız mənəvi 
imperativdir, ruhla ilişikli oyundur, intellektual 
macəradır. Nəsimi isə buna həqiqət, reallıq, həyat 
məqsədi kimi baxır, bütün varlığı ilə məkansızlığa can 
atır və öz məkansızlığından az qala bir ayin yaradır, 
onu kulta çevirir. Məkansız olduğuna Nəsimi bir şair 
kimi yox, bir insan kimi inanır... və  hətta bunun 
sübutuna çalışır. Mənim fikrim budur ki, Nəsiminin 
laməkan kulturoloji ideyasına münasibəti də onun 
karması ilə diktə edilir. Hətta şairin təxəllüs seçimi 
də, mən elə düşünürəm ki, onun karmasının birbaşa 
təsiri ilə gerçəkləşmişdir. Çünki “Nəsimi” 


 
119
təxəllüsünün mənası ilə  şairin ideyaları  və tale 
yazısı arasında qəribə bir əlaqə, bağlantı aşkarlanır. 
Azərbaycan  ədəbiyyatşünaslığında qəbul edilmiş  rəsmi 
bilgi ondan ibarətdir ki, «Nəsimi» təxəllüsü «Nəimi» 
sözünə  həmahəng səsləndiyinə görə,  şair Seyid Əli 
tərəfindən bəyənilib. Seyid Əli, yəni  İmadəddin 
Nəsimi,  Şərq mədəniyyəti  ənənələrinə uyğun Ustadına 
kəc baxmayıb və  Nəimiyə  bəslədiyi sevgisini, öz 
sədaqəti ilə birgə  təxəllüsündə  də  rəmzləşdirib. 
Şübhəm yoxdur ki, bu, bir həqiqətdir. Ancaq mən onda 
da bir “əmma” buldum. “Nəimi” «cənnət adamı», 
«cənnətməkan» deməkdir. Quranda zikr edilən iki cənnət 
bağından birinin adı 
Nəimdir. Hürufiliyin 
pərvərdigarı, ustad Fəzlullahın təxəllüsü də buradan 
gəlir. «Nəsimi» təxəllüsü isə «nəsim» sözündən 
alınmadır. Ərəb dilində «nəsim» kəlməsi ilə səba yeli
səhər mehi bildirilir. «Nəsimi» deyəndə  səhər mehi 
içrə yaşayan, kökü, şəcərəsi səhər mehinə bağlı olan 
adam başa düşülür. Və bundan əlavə önəmli sayılacaq 
başqa bir çalar: müsəlman mədəniyyəti  şəbəkəsində 
insan ruhunun təbiəti meh kimi, hava axını kimi 
təsəvvürə  gətirilir.  «Nəimi» və «Nəsimi» təxəllüsləri 
bir-birinə  həmqafiyə, lakin onlar arasındakı  məna 
fərqi böyük, haradasa lap ziddiyyətli: biri konkret 
təsvirə malik məkanla bağlı, digərinin isə  məkanı 
bulunmaz.  Nəsimi məhz bu məqamda Nəimi ilə qütbləşir 
və 
hətta onu “üstələyir”: “nəsimi” “nəimi” 
konkretliyindən daha geniş, uca və  əlçatmazdır. 
Həqiqətən, o, yalnız yeldir ki, nə  məkana sığar, nə 
bəyana gələr, nə yeri məlum olar, nə  də görkəmi. 
Qısası, problemin məğzı ondan ibarətdir ki, Nəsimi 
timsalında  şəxsiyyət ilə  təxəllüs eyniləşib, qəribə 
şəkildə bir-birinə nüfuz edib psixoloji fenomen 
yaradır:  təxəllüs “böyüyüb” nəsimiliyə çevrilir və 
şairi öz içində 
“əridir”. Nəsimi ömrünün 
dolanbaclarından boylandıqda görürsən ki, şair sanki 
bilərəkdən həyatını öz təxəllüsünün bəraətinə  həsr 
eləyir. Bəlkə elə buna görədir ki, Nəsimi bir yerdə 


 
120
lövbər salıb uzun müddət qalmağı heç cür 
bacarmayıb, məkana, bəyana sığmadığını söyləyə-söyləyə 
səba yeli, sübh mehi kimi cümlə cahanı dolaşır. Yəni 
belə  şey olurmu heç? Möcüzəmi, ilahi? Doğrudan da 
təəccüblənməyə bilmirsən:  TƏXƏLLÜS hürufi şairinin 
ideyalarının, poeziyasının və 
HƏYATININ 
paradiqmasıdır, CƏDVƏLİDİR, bir növ onun şəxsi lövhi-
məhfuzudur.  Qəribədir, təxəllüs  şairdə yox, şair 
təxəllüsündə yaşayır. Belə bir təxəllüsün seçilməsi 
adi təsadüfdür, zərurətdur, 
şairin özü ilə 
intellektual oyunudur, sonucda Nəsimidən öc alacaq 
fələyin qurduğu tələdir, ya nədir? Bəlkə karma 
dedikləri elə bu? Dəqiq söyləmək çətindir. Hər halda 
bir məsələ gün kimi aydındır: təxəllüs  şair Seyid 
Əlinin sakral həyatının nişanəsidir, verbal 
bildiricisidir, onun ilahi dünya ilə birbaşa 
əlaqəsinin təminatçısı  və  mənəvi, ruhi ömrünün 
simvoludur: 
 
   
«Meraca çıxdı ruhi Nəsimi Buraq ilən» 
 
     Həqqən ki, Nəsimi bütün ömrü boyu özünü səhər 
nəsimi, səba yeli, yaranış mehi bilib: heçdən zühur 
edib, qəfil gəlib, qəfildən də heç olub gedib. Onun 
üçün merac bəyana gəlməyən  şəffaf çılpaqlığa ürcah 
formasız və  çəkisiz ruhun meracıdır. Bu baxımdan 
həyatda «nəsimi» olmaq elə meracda zamansız və 
fasiləsiz bulunmaq de-məkdir. Məhz buradaca yazı-
fantaziyanın tamam yeni və haradasa gözlənilməz bir 
dönümü.  Əcəba, Nəsiminin “kəpənəkliyi” də bu səbəb 
üzünə yozulmazmı? Nədən “Fəzl ilə  həqqə çatmış olan” 
Nəsimi özünü “pərvaneyi-nicat”, yəni “nicat pərvanəsi, 
nicat kəpənəyi” adlandıra?  KƏPƏNƏK  nəsimin, mehin 
vizual dəlaləti ola bilməzmi? Bəlkə  kəpənək səhər 
nəsiminin, sübhdəm mehinin məkan içrə zühur 
formasıdır, bəyanda görükmək tərzidir? Yenə birbaşa 
cavabı olmayan suallar. Təbii ki, əsas məsələ  nə 
sualdır, nə cavab: əsas məsələ suala qədər cızılan 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə