Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə36/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   32   33   34   35   36   37   38   39   ...   123

 
109
dairə qapanır. Mədəniyyətləri ölüm kabusu
Apokalipsis kabusu dolaşır. Çünki insan artıq başa 
düşüb ki, mədəniyyət təkcə onun xilası olmayıb, həm də 
onun məhvinə, Axirətə imza atıb.  İnsan artıq başa 
düşüb ki, praktiki surətdə 
hər bir inkişaf 
antiinkişafdır.  İnsan artıq başa düşüb ki, inkişaf 
ideyasının özü absurddur. “İnkişaf” mədəniyyətdən 
impuls alır. Bunu ayrı cür də demək mümkün: mədəniyyət 
inkişafdır, inkişaf - mədəniyyət. Hər inkişafın içində 
isə mütləq bir ölüm “gəzir”. Təsadüfi deyil ki
mədəniyyət antibədən mədəniyyətidir,  bədənə (təbiətə) 
qarşı  təcavüz mədəniyyətidir. Mədəniyyət yaranışından 
təbiəti korreksiya və ya redaktə etməyə çalışır. Amma 
heç nə alınmır.  İnsanın hər yeni kəşf etdiyi nəsnə 
sonucda çönüb onun məhvinə, ölümünə  fərman verir, 
yaşamının  əleyhinə yönəlir. Bu gün mədəniyyət insanın 
(kişinin) fiziki zəifliyindən, gücsüzlüyündən ictimai 
ekrana atılmış 
mənfi enerjini (öc hikkəsini) 
sublimasiya eləyir. Və bu sublimasiyanın nəticəsində 
çağdaş  mədəniyyət hər  şeyə (ideyalara, formalara, 
ənənələrə, mənəvi-əxlaqi prinsiplərə) qarşı abırsız, 
sırtıq təcavüz, ikrah və inkar mədəniyyətinə
simulyakr mədəniyyətinə, kölgələrin virtual 
mədəniyyətinə çevrilir. Mədəniyyət öz 
antimədəniyyətini təşkil edir, təbii ki, bədən və ruh 
oyunlarını saxlamaq naminə. Burada isə ruh artıq 
intellektual blef, fiksiya kimi, aldanış  və ilğım 
stratusunda qavranılır. 
     Müasir  dünya  mədəniyyəti zibil paketləri kimi 
siyasət tərəfindən təkrar-təkrar istehsal olunur. 
Həmin paketlər kütlələrin ayrılmaz atributudur. İndi 
mədəniyyət tamamilə siyasətə məxsusdur və onun başlıca 
təməl “kərpici” informasiyadır. Qəribədir, informasiya 
da bədənsizdir. O, yəni informasiya, yəni təməl 
“kərpici” mədəniyyəti dağıdan, çürüdən, zibil qalağı 
kimi bir yerə toparlayan virusdur. Ona görə də çağdaş 
dünya mədəniyyəti bir “mədəniyyətsizləşmək”, 
virtuallaşmaq durumu yaşayır. Çünki o, başa düşüb ki, 


 
110
mədəniyyət və  əbədiyyət insanla birgə var olur, 
insanla birgə  də yox olur; ölüm qorxusu isə 
uydurmadır. O şey ki olacaq, olasıdır. Kütlə içində 
sən ölümə yuxarıdan aşağı baxırsan. Cənnətlə  cəhənnəm 
isə  mədəniyyətin hüdudlarıdır. Mədəniyyət bədənin 
normal həyatının  əyləcidir. Kütləvi mədəniyyət isə 
bütün əyləcləri aradan götürüb bədənlərə instinktlərlə 
olmaq imkanı verir. İnstinktlərdən isə dünya qopur. 
Kütlə qadağalardan, yasaqlardan çıxanda mədəniyyəti 
dağıdır, dünyanı dağıdır. 
        
                                           
    ƏDƏBİYYAT VƏ İZAHLAR 

Syökida K. Praktika dzen: jeleznaya fleyta. - M.: 1993. - 
s.139 

Qolosovker Y.E. Mifin məntiqi. - B.: 2006. - s.173-188.  

Pyat filosofskix traktatov na temu “Afak va anfus”. - M.: 
1970. - s.22.    
4
 Bax: Nazarli M.Q. Kosmoqoniya i tvorenie v sevefidskoy 
  jivopisi XVI v. // Vostok. - № 1. -1993. - s. 83-98.   
5
 Qurnanin 41-ci surə 53-cü ayəsində deyilir: “Quranın 
  haqq olduğu müşriklərə bəlli olsun deyə, biz öz qüdrət 
  nişanələrimizi onlara həm xarici aləmdə  (kainatda, 
  göylərin və yerin ətrafında), həm də onların öz 
  daxilində mütləq göstərəcəyik.(Ya peyğəmbər) Məgər   
  Rəbbinin hər şeyə şahid olması(sənin dediklərinin 
  doğruluğuna) kifayət deyilmi?” - Qurani-Kərim. 
  - Bakı-Kiyev, 1994. - s.172.     
6
 Pyat filosofskix traktatov.., - s.16. 
7
 Bax: Şukyurov Ş.M. İskusstvo srednevekovoqo İrana.  
  - M.: 1989. - s.103-104.   

Bax: Frezer Dj. Zolotaya vetv. - M.: 1980. - s.418-423. 
   
9
 Bax: Qanevskaya E.V. Yantra i obraz // Neverbalnoe  
  pole kulturı. - M.: 1995. - s.26-32.   
10
 Debarrol A. Taynı ruki. - M.: 2002. - s.267-268. 
11
 Antoloqiya daosskoy filosofii / Sost. V.V.Malyavin. 
  - M.: 1994. -  s.122-123. 
12
 Yenə orada, s.162-163. 
13
 Bax: İdris Şax. Sufizm. - M.: Klışnikov, Komarov  


 
111
  i K, 1994. - 446 s.     
14
Taqiyev İ. Era vodoleya - zolotoy vek v istorii 
  çeloveçestva (o planetarnom voznesenii): traktat 
  v pyati kniqax / Kniqa 4: O sokrovennıx tsiklax i  
  periodax. - s. 7. - elektronnaya versiya. - 2007. 
  (kniqa poka ne opublikovana i poetomu avtor prinosit 
  svoi izvineniyz qospodinu Taqiyevu.)           
15
 Yenə orada: Kniqa 1: “9” - svyaşennoe çislo Drevneqo 
   Mira. - c.39. 
16
 Bax: Mehdiyev N.M. Orta əsrlər Azərbaycan estetik  
   mədəniyyəti. - B.: 1996. - s.6-47.     
17
 Sabir M.Ə. Hophopnamə. - B.: 1979. - s.159. 
18
 Yunan mifologiyasına görə Filoktet başqa igidlərlə 
   bahəm Troya (İlion) savaşına yollanır. Amma Filoktetin 
   ayağında pis qoxu verən yara əmələ gəlir. Dostları bu 
   qəhrəmanı adada tənha buraxıb yollarına davam edirlər. 
   Lemnos meşələrində Filoktet Heraklın ona bağışladığı 
   oxlar hesabına dolanır, ac qalmır. Sonradan belə məlum 
   olur ki, Heraklın oxları işə düşməyincə Troya 
   savaşında qələbə əldə edilməyəcək. “Kiçik İliada”ya  
   görə Filoktet Odisseyin onu aldatdığını bilib    
   müharibəyə getməkdən boyun qaçırır. Bu zaman, mifə 
   əsasən, Filoktet ilahiləşmiş Heraklın teyfini görür və 
   məlum olur ki, əgər o, Heraklın oxları ilə döyüşlərə   
   qatılsa, yarası sağalacaq. 
19 
Sizif yunan mifologiyasında çar Eol və Enaretin 
  oğludur. Bir mənbəyə görə o, quldur olub. Ayrı bir 
  yerdə isə yazılıb ki, Sizif müdrik və ehtiyatlı bir 
  adam kimi tanınıb. Guya o tanrıların bütün sirlərini 
  bilirmiş. Sizif məhz Zevsin Eginanı özünə məşuqə 
  seçdiyini qızın atası Asopa xəbər verir. Bu satqınlığın  
  üstündə Zevs onu cəzalandırır və cəhənnəmə göndərir.   
  Onun taleyinə ölmək yazılmayıb, əvəzinə əbədi 
  işgəncədə bulunmaq yazılıb. Sizif yekə bir daşı hər gün 
  dağın zirvəsinə qaldırmalıdır. Daş isə hər dəfə zirvəyə 
  çatar-çatmaz yenidən aşağı yumbalanacaq. Beləliklə, 
  onun işi heç vədə bitməyəcək, zəhməti azalmayacaq.
      
   
20 
Edip Fiv çarıdır, bilməməzlik üzündən atasını öldürüb 
  anasına evlənib, uşaqlarının həm atası olub, həm 
  qardaşı. Həqiqəti öyrənəndə isə gözlərini çıxardıb,  
  qızı-bacısı Antiqona ilə Yunanıstanı səyahətə başlayıb.   
  Fransız strukturalisti K.Levi-Stros Edipin taleyini 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə