Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə44/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   40   41   42   43   44   45   46   47   ...   123

 
133
                                                             
                    
              “İnsan uçurum üzərindən çəkilmiş burazdır.” 
                                        Fridrix Nitşe               
                                                                    
                      “Uçurum: qaranlıq, çıxılmaz yolum, 
                       Uçurum: uçurum həp sağım, solum. 
                       Uçurum: duyduğum həgigət, xəyal, 
                       Uçurum: uçurum yıldızlı amal. 
                       Uçurum: çağlayanlar, kəhkəşanlar, 
                       Uçurum: dənizlər,dağlar, ormanlar. 
                       Uçurum: üfüqlər, əngin fəzalar. 
                       Uçurum: uçurum çılğın dəhalar, 
                       Uçurum: sürəkli, coşğun alqışlar, 
                       Uçurum: uçurum süzgün baxışlar, 
                       Uçurum: bu çirkin, bu alçaq həyat, 
                       Uçurum: uçurum bütün
 kainat...” 
                                 Hüseyn Cavid 
 
     Qəribədir, uzun müddətdir ki, Azərbaycan 
mədəniyyətində kulturoloji mifin, filoloji əfsanənin 
“Cavid  əfəndi” kimi tanıtdırdığı bir yazar, onun 
dramaturgiyası, bu dramaturgiyanın bədii məkanında 
müəllifin məskunlaşdırdığı personajlar, qurduğu 
ünsiyyət şəbəkəsi məndən ötrü bir sirr, müəmma olaraq 
qalır. Bu sirr də, bu müəmma da, valllah, “calibi-
heyrət”. Çünki Cavid mətnlərini oxuyan, ya da ki 
dinləyən insan həməncə “ovsunlanır”: belə deyək də, 
sözün mənasına, səslənməsinə, pafosuna, cümlənin 
təlqin enerjisinə “uyur”. Əgər mənim Azərbaycan 
ədəbiyyatı tarixindən Cavid  əfəndinin  şəxsiyyətilə 
ilişkili məlumatım olmasaydı, bəlkə  də  şübhələnərdim 
ki, bu mətnləri hansısa bir dərviş yazıb, özü də 
avazla oxunmaq üçün yazıb, sanki opera üçün yazıb. Son 
dərəcə maraqlı bir rakurs. Hərçənd güman eləmirəm  ki, 
mənim bu məqaləm Cavid yaradıcılığının “qapıları”ndan 
məxfilik örtüyünü, müəmmalar pərdəsini birdəfəlik 
götürəcək. Buna heç iddiam da yoxdur. 


 
134
     Amma və lakin... Görəsən, Hüseyn Cavidin bədii 
söz aləminin energetik cövhərini nə kimi ideyalar
duyğular müəyyələşdirir?  Bu ideyaların, duyğuların, 
yaşantıların kökü harada? Öncə  məqalənin fikir 
“xəritə”sini cızacaq bir neçə  TEZİS  və ya DÜŞÜNCƏLƏR 
ÜÇÜN MANİFEST. Onlar mənə uçurumlardan adlamağa imkan 
verəcək burazlara bənzərlər. 
      Tezis 
nömrə 1. Hüseyn Cavid Azərbaycan 
maarifçiliyinin eqzistensional fəlsəfəsinin 
müəllifidir. Onun əsərlərindən maarifçiliyin 
intellektual üsyanı və faciəsi boylanir. 
     Tezis  nömrə 2. Ümumtürk mədəniyyətinin, və olsun 
ki, bütün müsəlman  Şərqinin Nitşesi Cavid əfəndidir. 
Dramaturqun pyesləri Nitşe fəlsəfəsinin davranış, 
rəftar, münasibət güzgüsündə  aşkarlanan modelidir. 
Maarifçiliyin axırıncı söykənəcəyi ÜSTİNSANDIR. 
Üstinsan  İblisdən Allaha doğru uçurumlu bir yoldur. 
X1X yüzildə Bodenştedt Azərbaycanı Almaniyaya apardı,   
XX  əsrdə isə Almaniyanı Cavid Azərbaycana gətirdi və 
Doğunun  ədəbi üfüqlərində tarixən birinci “İBLİSNAMƏ” 
müəllifi oldu, Faustun şərqli variantını yaratdı: 
üstinsanı tanrı və mələk arasında çabalayan bir məxluq 
kimi görükdürdü. 
     Tezis nömrə 3. Uçurum yaşantıları Cavid 
dramaturgiyasının  əsasıdır. Esxatoloji ovqat onu heç 
vədə rahat buraxmayıb: bəşər axirətinin uçurumu elə 
bil ki, həmişə Rasizadə  cənablarının bir addımlığında 
olub. Və  nəiki bir addımlığında... Bu insanın içində 
əcayib bir uçurum mürgüləyib. 
     Tezis nömrə 4. Hüseyn Cavidin bədii dünyasının 
zaman və  məkan ÇƏRÇİVƏLƏRİ   uçurum HÜDUDSUZLUĞU 
parametrlərində konkretləşdiyindən bu ifadə tamam bir 
şərtilik. Nədən ki, onun personajları  rəqs edə-edə 
talelərini boşluq içrə  yırğalanan UÇURUM burazlarına 
tapşırmış faciə kəndirbazlarıdır. 
      Tezis nömrə 5. Cavid yaradıcılığında  Şərq və 
Qərbin mədəni, mənəvi-əxlaqi dəyərləri türkün düşüncə 
müstəvisində  gəlişib, sintezə  uğrayıb təhlilə  çəkilir, 


 
135
tədqiq edilir. Tədqiqat obyekti türk təfəkkürünün 
XX 
əsr gerçəkliyinə inteqrasiyasının törətdiyi 
problemlərdir ki,  onlar da Avropa uyqarlığının 
astanasında türkün öz milli varlığını, qutsal ruhunu, 
ziddiyyətlər dumanına bürüyür. 
     Tezis nömrə 6.  Mən Cavidin özünüifadə  tərzində 
Orta çağ sufi zikrlərinin modifikasiyasını görürəm. 
Suggestiv təkrirlər, təlqinlər onun şeirlərini, 
pyeslərini vird konstruksiyasının effektinə 
yaxınlaşdırır. 
     Tezis nömrə 7. Hüseyn Cavidin olumu da, ölümü də 
və  hətta yazıları da başdan-başa mistika içindədir. 
Onun hər pyesinə öz şəxsi həyatının sürgün faciəsi 
latent şəkildə gömdürülüb. 
     Allahın tezisi: YARADIM. 
     İblisin tezisi: UÇURUM. 
     İnsanın tezisi: YA İBADƏT, YA ÜSYAN. 
     Bəzən mən bir kitabı bir məqaləyə  sığışdırmaq 
əzmində bulunuram. Odur ki, elə indi də sürətli bir 
şahmat partiyası: əlbəttə, xiridarlar üçün, Cavidə XX1 
yüzilin virtuallığından baxmaq üçün. 
     Mən Cavid əfəndiyə, onun yaradıcılığına pillə-
pillə yaxınlaşıram və hələ də bu yolu yarı eləməmişəm. 
Nədən ki, hər pillədə Cavid yenidir, başqadır, təzədən 
kəşf olunası dünyadır. Bu dünyanın bir üzündə  İBADƏTƏ 
düzülmüş möminlər səf bağlayır, o biri üzündə isə 
ÜSYANA  qalxmış insanlar qaynaşır. Yəni Allah və  İblis 
“atəşlə suyun öpüşdüyü” məkan içrə əbədi çarpışmada... 
Cavid pyeslərində 
mən qəribə bir sonsuzluq
intəhasızlıqla qarşılaşıram və bu intəhasızlığı bir 
simvol kimi qavrayıram,  bir mistika əlaməti kimi 
yozuram. Müəllifin faciələrinin arxitektonik quruluşunu 
çözdükcə  mən bu qənaətə  gəlirəm ki, Cavid sürgün 
edilməmişdən qat-qat öncə ruhən Sibir torpaqlarına 
getmişdi, Sibir “uçurum”undan keçən burazın üzərilə 
FİKİR “KƏNDİRBAZI” kimi gəzişmişdi.       
     SİBİR EYHAMDIR, BƏŞƏR TARİXİNİN  ƏN MÜDHİŞ 
UÇURUMUDUR. 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə