Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə52/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   48   49   50   51   52   53   54   55   ...   123

 
157
qrşıdurum. Bəlkə  də gil qab ALLAH - İNSAN - İBLİS 
üçbucağının ortaq övladıdır. Olsun ki, onların 
birgəliyinin obraz şərtiliyidir. Məncə, bu yöndə 
masştablı fəlsəfi-etnoqrafik araşdırmanın yeni spektri 
işıqlanır. Hərçənd azəri türkcəsində “dulus” sözünün 
semantik çənbəri mövzunu tamam ayrı bir səmtə 
yönəldir. 
       Mən elə fikirləşirəm ki, DULUS “su ilə dolu” 
deməkdir. “Dulus” sözü o qədər güclü çənbərə malikdir 
ki, “ulu” və “ulus” kəlmələrinin mənalarını da maqnit 
kimi çəkib özünə yapışdırır. Dolmaq qabın 
xüsusiyyətidir. Bu aspektdə dulus/dulusçu qabları su 
ilə, yem ilə dolduran mənasında anlaşılır. Təsadüfi 
deyil ki, “DOL” və “DÖL” sözlərinin mənaları eyni bir 
semantik çənbərə ürcah. Belə ki, əgər bətn dolmasa, 
döl əmələ gəlməz. Dolça dölün yeridir.  
     “Dul” bu iki sözün (dol və döl) antitezidir: 
bildirir ki, döl yaratmaq imkanı  sıfra bərabərdir. 
Azəri türkcəsi sanki “dulus” sözünün mistik örtüyünü 
kənara itələyib onun arxaikasını gündəmə  gətirir. 
Arxaika isə bundan ibarətdir ki, qədim zamanlarda 
dulusçuluqla  QADINLAR  məşğul olublar. Məhz  QADIN 
gildən özünə  bənzərini istehsal edib. Gil qab qadın 
başlanğıcı rəmzləşdirir. Başqa sözlə, hər bir GİL QAB 
potensial  QADINDIR. Gil qab haradasa sulu bətndir, 
qadın döşüdür; yedizdirmək, içizdirmək, doyuzdurmaq 
qabiliyyətinə malikdir. MƏTBƏXİN DİLSİZ QADINI GİL 
QABDIR. Bəlkə elə buna görədir ki, aşpazlıq sənətinin 
ən mahir biliciləri kişilərdir. Palçıq (gil) və ya 
xəmir kündə qadının övladıdır, onun davamıdır, onun 
bətnindən düşəndir. Bu model hər bir vaxt qadının 
qarşısındadır.  Əgər nəzərə alsaq ki, keçmiş çağlarda 
qadınlar yalnız yerdə (həsir, palaz, xalça üstündə) 
əyləşib iş görərdilər, onda bu məqamın çözülmə 
perspektivi daha da çoxalar. Bu perspektivin 
üfüqlərini mən aşkar təsəvvür edirəm. Amma hələliyə 
“bəs” deyim ki, oxucu yorulmasın. 


 
158
     “İntellektual mozaika” kiçik bir araşdırma 
silsiləsini qapatmaq, tamamlamaq üçün düşünülmüşdü. 
Zənnimcə, o öz missiyasını yerinə yetirdi. Xalqların 
yaşam tərzindən ötrü, daha doğrusu, bu yaşam tərzini 
diktə edən adi, zəruri, gündəlik məişət tələbatı 
mədəniyyətlərin qohumluq paradiqmasının özəyini, 
millətlərin passionarlığı isə  mədəniyyətlərin fərq 
cədvəlinin strukturunu, mətris düzümünü 
müəyyənləşdirir. Müxtəlif millətlərin arxaik 
mədəniyyətlərinin açarını onların mətbəxində tapmaq 
mümkündür. Bütün mədəniyyətlər mətbəxlə  qəbiristanlıq 
arasında şifrələnmiş sistemlərdir. 
Ədəbiyyat: 
 
1
 Eliade M. İzbr. soç.: Aziatskaya alximiya. - M.: Yanus-K, 
1998. - s.184. 
    
                            2000-ci il 
 
 
 
              
İSLAM MƏDƏNİYYƏTİNDƏ SƏS: 
TEATR VƏ MUSİQİ 
(“şikəstə ruh”un havacatı) 
 
             
 
                “Fəhm qıl,gör ki, nədir cəngü dəfü bərbətü ud,  
                    Nədir onlarda bu ahəngü bu ləhnü bu sürud, 
                   Arif ol, rəmz bil, ey mahəsəli-qeybü şühud, 
                      Ud hər ləhzə gəlib şurə deyər: ya məbud, 
                   Tar hər ləhzə gəlib vəcdə deyər: ya səttar”. 
                                       Seyid Əzim Şirvani 
 
     Fəhm qıl! Yəni idrak elə, qulaq as! 
     Haradan Seyid Əzim başlayırsa, çalışaq ora gedək, 
görək, fəhm qılsaq, nələri aşkar edəcəyik. 
     Hər hansı bir mədəniyyətdə ki, “DİNLƏMƏK” 
“BAXMAQ”DAN  əfzəldir, qutsaldır, mübarəkdir, ol yerdə 


 
159
SEYR estetikasının qapıları yavaşca qapadılar. 
Sufilər bica söyləmirdilər ki, “əgər Allahı dərk etmək 
istəyirsənsə, gözlərini iynə ilə tik”, yəni 
baxışlarını  sənə mane olacaq fanidən, zahirin ötərgi 
gözəlliyindən ayır, batinə yönəlt və tam daxili 
sakitliyin, rahatlığın içində Onu dinlə, Onu eşit. 
Məhz bu, “ürəyi mənəvinin səltənətinə doğru” aparmağa 
qadir. Orta çağların islam dünyasında “seyr” 
estetikası heç vədə  dəstəklənməyib.  Şaşırıb da 
soruşacaqsınız ki, niyə? Cavablayıram. Çünki seyr 
müsəlman üçün tamah, həsəd,  şəhvət, qürur, hirs 
təhrikçisi.  İnsan görüb də paxıllıq edir, paxıl olur, 
bulud kimi tutulur, rəng verib rəng alır.  Əbəs yerə 
hədislər Muhamməd peyğəmbərin  “dinini, malını, bir də 
arvadını gizlin saxla” deyimini müsəlmanın gündəmindən 
ötrü vacib saymırlar ki? Dinləmək fəhmlə bağlıdır, 
baxmaq nəfslə. Buna görə də seyr neqativdədir, qeyri-
rəsmi  şəkildə yasaqlanır: gərçi qutsal sayılsaydı, 
müsəlman aləmində  şahlar, sultanlar və müqəddəslər 
hicablanıb, pərdə arxasında  əyləşib  SƏS vasitəsilə 
ünsiyyətə üstünlük verməzdilər. Bir də islam 
mədəniyyəti çərçivəsində baxılıb da SEYR ediləsi nə 
var ki? Ornamentdir, şəbəkədir, miniatürdür, 
tikmələrdir, xalçadır. Hərçənd bu sıranı bir balaca da 
uzatmaq mümkün. Lakin görk üçün bir neçə önəmlisi elə 
bunlardır: hamısı da bəzəkdir, yaraşıqdır; utilitar 
mahiyyət daşıyır, kontekst elementidir, müşayərçidir, 
diqqəti heç vaxt mənadan, cövhərdən yayındırıb özünə 
çəkmir, məişətin içində “əriyib” itir, adiləşir. Nədən 
ki, gərək ibadətə, Allah zikrinə heç nə əngəl olmaya, 
fikri azdırmaya, möminin diqqətini tanrısından 
yayındırmaya. Bu, birinci motiv. İkinci motiv də budur 
ki, “dünya duracaq yer deyil, ey can, səfər eylə”: 
yəni nə mövcudsa, fanidir, yox olacaq! Ona görə  də 
baxıb heç nəyə mehr salma, heç nəyə həsəd aparma, heç 
nəyə bağlanma, heç nəyə təəssüflənmə və yalnız Allahın 
ətəyindən tut ki, əbədi Odur! Hər bir SEYR isə 
vurğunluq astanasıdır, sevginin başlanğıc məqamıdır, 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə