Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə55/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   51   52   53   54   55   56   57   58   ...   123

 
166
başqası  gəlir, amma halına fərq eləmir. Məcnun 
Azərbaycan üçün zamansızdır: əbədi qalır. Əhsən. Milli 
sənət tarixindən ötrü şedevr opera. XX əsr Azərbaycan 
teatr mədəniyyətinin emblemi və simvolu: mayasında 
nouhə, mərsiyə ahəngi, təziyə hüsnü, şiə matəminin 
ovqatı. Müəllifi də millətin bir nömrəli şairi və bir 
nömrəli bəstəçisi. Füzulinin “Leyli və  Məcnun”u janr 
parametrlərinə görə bir eşq  şəhidi haqqında rövzədir. 
Burası  məlum, aydın: mənim fikrimsə, hələlik müəmma, 
sirr. Milli mədəniyyət hüdudlarında Məcnunun  əks 
qütbü, onun astar üzü, meydan variantı baqqal Məşədi 
İbad. Onları “qohumlaşdıran”, “birləşdirən” yeganə 
cəhət Məşədi  İbadın da Məcnun kimi TENOR  olmasıdır. 
Hələ bu nədir ki? Bambılı gimnazist Sərvər (“O 
olmasın, bu olsun” operettasının personajı) də, “qutu” 
kimi cavan oğlan  Əskər bəy (“Arşın mal alan” 
operettasının qəhrəmanı) də tenordurlar. Hətta Müslüm 
Maqomayev də öz bəstələrində “götürüb” cəngavər  şah 
İsmayılı  TENOR eləyib. Lap yaxşı. Nəyi pisdir ki? 
Müqayisə üçün onu deyim ki, italyan  operalarının 
əksəriyyətində  əsas partiyalar tenor səslərdən ötrü 
yazılıb. Rus bəstəçilərisə bas səsləri üstün sayıblar. 
Yəni müəllif seçimi sərbəstdir. Lakin bu məqama da 
qəribə bir paradoks pərçimlənib: tenor qadın səsinə 
bənzəsə  də, basa nisbətən uyuşqan və mütəhərrikdir, 
imkanları genişdir. Odur ki, kompozitorlar adətən 
tenor müğənnilərdən yararlanırlar. Muğam sənəti də ki 
məlum məsələ: tenor səslər üzərində  pərvəriş tapıb. 
Bəlkə də elə buna görə də Üzeyir bəy Koroğlunu, böyük 
bir eposun türk bahadırını, özünün eyniadlı operasında 
tenor səslə oxutdurub? Opera şərtiliyini qəbul edib və 
canımı dişimə tutub söyləyirəm ki, razıyam, mümkündür, 
qaydaya müvafiqdir. Amma yenə  də  içimdə bir etiraz 
püskürməkdə. Məgər dağ cüssəli Koroğlu nərəsi tenorda 
alınarmı? Alınar, ancaq bülbül cəh-cəhinə oxşar, xoş 
olar, di gəl ki, heç kəsi diksindirməz, lərzəyə 
salmaz, qorxutmaz. Pəzəvəng, boynuyoğun qoç Koroğlunun 
tenor səslə oxunması  məntiqə  nə  dərəcədə uyğun? 


 
167
Koroğlu imicinə, Koroğlu görkəminə, və  nəhayət, 
monumental xalq dastanına tenor səs yaraşmır  əsla! 
Düzdür, o da var ki, bunu Üzeyir bəyin özü də bilirdi: 
bilirdi ki, azərbaycanlılar “bas” səslər üzərində 
gəlişən oxumaları sevmirlər. Örnəyi, sübutu muğam və 
aşıq sənəti. Nə üçün? Bunun ənənəsi harada, gələnəyi 
hansı kulturoloji məqamlarla ilişikli? Məsələni lapdan 
açıqlamyacağam ki, bir kimsə xoflanmasın,  şaşırmasın. 
Problemin məğzinə doğru aparan yolu pillə-pillə 
enəcəyəm. Professor Niyazi Mehdi meyllidir ki, bunu 
şiəliyin “şikəstə ruh”unun boynuna yıxsın. Mən 
filosofun söylədiklərini bəyənirəm və onun 
fikirlərinin düzənləndiyi müstəvini fraqmentar şəkildə 
işıqlandırmaq istəyirəm: “Şiəlik 
şəhidlik və 
faciəvilik psixoloji kompleksini islam üçün 
fəallaşdırıb islam estetikasına özəl bir pay 
vermişdir.  Şiəliyin sayəsində müsəlman dünyasında  s  ı 
n m ı ş  ü r ə k,  y a n ı q l ı  ü z,  b a x ı ş,  y 
a n ı q l ı          s  ə  s (saçmalar mənimdir - A.T.) 
kültürün bir çox önəmli bölmələrinin simasına, 
bilintisinə çevrilmişdi. Bütün bu yanıqlılığı bir 
tutumlu sözlə, “şikəstə ruh” sözü ilə  də bildirmək 
mümkündür. Azərbaycan muğamları şikəstə ruhun, şikəstə 
qutun təzahürüdür və dolayısı ilə  şiə psixolojisinin 
törəməsidir. Azərbaycan dini mədəniyyətində  şikəstə 
ruhun təzahürü olan musiqi cizgiləri başqa bir 
anomaliyanı da yaradıblar. Musiqişünaslar qarşısında 
bu anomaliyadan dərinliyimizə açılan yollara çıxmaq 
vəzifəsi durur. Həmin anomaliya isə bundan ibarətdir: 
şiə ruhaniləri Qurani-Kərimi musiqi dilində oxuyanda 
sınıq ürəyin,  şikəstə ruhun “naləsində” oxuyurlar. Bu 
isə Allahın Qurani-Kərimdəki əzəməti, zəhmli, enerjili 
danışığına heç uyğun gəlmir. Estetikada belə 
uyğunsuzluğun mənalı  təsirini “kontrapunkt” terminilə 
açırlar. Sual doğur k, Quranın  şiə oxunuşunun 
arxasında hansı 
şiə metafizikası (bəlkə fars 
metafizikası - kursiv A.T.) gizlənir? Hələ ki nə bu 
sual qoyulub, nə də ona cavab olacaq düşüncələr ortaya 


 
168
çıxıb.  Şikəstə ruh, sınıq qəlb incəlik, nazikliklə 
bağlıdır (“nazik ürək” deyimini yada salaq). Təsadüfi 
deyil ki, musiqili nazik səsin Azərbaycan kültüründə 
kultu var. Sözləri cazdakı kimi, rokdakı kimi dalın, 
xırıltılı oxuyan səslər isə azərbaycanlı qavrayışında 
“sarı sim”ə  zəif toxunur”.
6
  Məsələ  bəllidir, amma 
izahı yox. Şiəlikdə şikəstə ruh ovqatının, təziyələrin 
faciəvi  şəhidlik üzüntüsünün, rövzə, nouhə  və 
mərsiyələrin kədərinin, ağı  və oxşamaların, dərviş 
oxumalarının tenor səslə ifadə edilməsi müsəlman 
mədəniyyətinin faktıdır və heç bir vəchlə danılmaz. 
Azəri türkləri də bir şiə toplumu qismində tenor 
xanəndələrin sənətinə alışıb, vərdiş eləyiblər. Niyə? 
Faktın çözümünü təkcə  şiəliklə  əlaqələndirmək nə 
dərəcədə düzgün? Mümkünmü ki, “şikəstə ruh” yerinə 
“ŞİKƏSTƏ  BƏDƏN” yazaq? Bəyəm ruh bədənin davamı, 
energetik cövhəri sayılmırmı? Problemin baxım bucağını 
azacıq dəyişmək kifayətdir ki, hər  şey öz-özünə 
xırdalanıb sadələşsin, tarixiləşsin və əyaniləşsin. 
     ORTAÇAĞ islam dünyasının rəsmi şəkildə yazılmamış 
qanunlarından biri də budur ki, KİŞİ (MƏRD,  ƏR) olan 
bəndə yüngüllük eləməz: təbii ki, oxumaz, çalmaz, 
oynamaz, bərkdən gülməz. Hətta XX yüzilin əvvəllərində 
belə, mən hələ XIX əsri demirəm, Azərbaycan 
hüdudlarında, bir müsəlman məmləkəti civarlarında  x a 
n  ə n d ə l i k  etmək kişidən ötrü ayıb işlər 
cərgəsində dayanırdı. Hətta Yaponiya kimi bir qeyri-
müsəlman dövlətində  də Orta yüzillərdə  şögünlərin, 
daymyölərin, samurayların, varlı, nüfuzlu insanların 
oxumasına və ya akytorluq etməsinə pis baxırdılar. 
Lakin  Şərqin müsəlman aləmində bu sənətlərlə, yəni 
musiqilə, rəqslə, sazəndəliklə xüsusi adamlar məşğul 
olurdular ki, onlara da “mütrib”lər
7
 deyirdilər. Sözün 
etimologiyasına varmıram. Hesab edirəm ki, bundan öncə 
yazılanlar bəsdir. Mən məsələnin ayrı bir aspektini 
vurğulamaq istərdim. Müsəlman toplumları mütribləri 
heç vədə k i ş i  statusunda qavramayıb. Orta əsrlərdə 
onlar xacə, təlxək, məsxərəbaz, dovşan, beçə, 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə