Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə53/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   49   50   51   52   53   54   55   56   ...   123

 
160
çaşqınlıqdır və mömin üçün qorxulu bir həddir.  
Bundan əlavə hər bir vurğunluğun növbəti mərhələsi və 
ya pilləsi vurğun olduğun,  əzizlədiyin nəsnəni 
(insanı, vərdiş predmetini) bütləşdirməkdir, ondan büt 
yapmaqdır. Ol səbəbdən islam mədəniyyəti seyr 
obyektini hər vəchlə  bəsitləşdirib urvatsızlaşdırır. 
Ornament, 
şəbəkə, xalça müəyyən bir cizgilər 
kompozisiyasının dəfələrlə  təkrarıdır, miniatürsə 
bədii tekstin süjetini, onun sosial-tarixi, fəlsəfi-
psixoloji, mifoloji və kosmoloji qayəsini eyhamlar 
müstəvisində güzgüləyir; statik görüntüdür, donuqdur. 
Xalça (palaz, cecim və s.) yerə döşənir, həmişə 
ayaqlar altındadır, tapdalanır, süpürülür, çırpılır; 
ornament isə divarları  bəzəyir,  şəbəkə - pəncərələri, 
miniatür də - kitab səhifələrini.  “SEYR” problemini 
müsəlman heç zaman gündəmə  gətirmir: burada əsas 
məsələ nəsnənin fayda əmsalıdır. Bütün bunlar o mənaya 
gətirib çıxarır ki, hər şey axır, olduğu kimi qalmır, 
ona ayrılmış ömür payını yaşayıb səhnədən gedir. İnsan 
da belədir, cansız  əşya da. Müsəlman  şəhərləri də 
sanki torpaqdan öz-özünə uzun qərinələr müddətində 
pırtlamış palçıqlı göbələklərdir, dəqiqənin tamamını 
gözləyirlər ki, yerlə yeksan olsunlar, yenidən torpağa 
qarışsınlar
1
. Sözümün canı bu ki, islam mədəniyyəti 
hüdudlarında  “seyr” estetikası daima “mürgülü”, 
“hicablı”, “çarşablı”, “pərəncəli”. Hətta Ortaçağ 
müsəlman məmləkətlərinin mərkəzi  şəhərləri də, bəzi 
nadir nümunələrdən savayı, seyr ediləsi mənzərələrdən 
məhruM.: onların hamısı bir-birinə oxşar; sıxlığı çox, 
yastı,  əyri, qozbeltəhər, damları alçaq, gümbəzli. 
Gümanım var ki, mən bilirəm, bunun kökü haradan gəlir. 
Mömin bəndə  xəbərdardır ki, ALLAH  zaman və  məkan 
dışındadır, kosmik təbəqələrin fövqündədir və bir 
kimsəyə...  GÖRÜNMƏZ. Allahı ancaq EŞİTMƏK mümkündür. 
İslam mədəniyyətinin hüsnünü müəyyənləşdirən də elə 
budur. Daha doğrusu, bu mədəniyyətdə  DİNLƏMƏK 
təzahürlərin yaşam üslubunu, yaşam tərzini təyin edir. 
Əslində,  İSLAM bir DİN kimi DİNLƏMƏKDƏN BAŞLAYIR.  


 
161
Azəri türkcəsində “din” sözü danış əmridir, “dinlə” 
isə  “danışma, sakit olub qulaq as” imperatividir. Bu 
mənada  “DİN-MƏK”  və  “DİN-LƏMƏK”  islam  DİNİNİN 
mayasındadır. “Din” sözü həm də  mədəniyyət anlamına 
uyğun gəlir; yəni dinmək haradasa xaosdan kosmosa, 
sahmansızlıqdan düzənə, ruhun qaranlığından ruhun 
işığına adlamaq deməkdir. Hər bir mədəniyyət dindən, 
yəni sistemləşdirilmiş etiqad tərzindən başlayır. Amma 
bir az daha dərinə varsam, elmiliyin miqdarını 
artırsam, onda görəcəyik ki, “din” xüsusi bir 
termindir (istilahdır) və özündə “məhkəmə, hökm” 
(aramey-yəhudi dillərində), “inam” (pəhləvicə), “adət, 
davranış 
tərzi” (ərəbcə) mənalarını qapsayır: 
“simvolik davranışın normativ sistemi kimi din 
dindarın rəftarlar kodeksidir”
2
. Lakin bununla yanaşı 
din həm də qutsal bilgilər toplusu kimi qavranılır. 
“Avesta”da din “dayena”, yəni Göydən “endirilmiş 
Bilgi” (bax: Şərifzadə B. Zərdüşt, Avesta, Azərbaycan. 
B.: 1996. - s.34) kimi anlaşılır.  Əsl Bilgi isə heç 
vaxt danışığı “sevmir”. Çünki özü səssizcə danışır və 
yalnız onu dinləyənlərə ünvanlanır.  Şərq müdrikliyi 
əbəs bəyan eləmir ki, “danışan bilmir, bilən 
danışmır”! 
     Müsəlman qavrayış koordinatlarında söz, səs, avaz 
qeybdəndir, sehrə malikdir, təbiəti mistikdir, 
möcüzəlidir, laməkan uca tanrının varlığına bir 
sübutdur, bir dəlildir.  AVAZ  həmişə  HAQDANDIR, 
ALLAHDANDIR: onun başqa variantı olmur. Bu müstəvidə 
Quran avaza, səsə müsavidir. Belə ki, Qurani-Kərim 
müqəddəs kitab kimi cildlənməmişdən, tərtib 
olunmamışdan öncə laməkandan (Göylərdən) “süzülüb” 
Muhamməd peyğəmbərin qulağına çatan, təkcə onun 
qulaqlarının eşidə biləcəyi quru səs idi, mömin 
müsəlmanlar arasında Allahın lütfünü gerçəkləşdirib 
əyaniləşdi: 
əvvəlcə 
dinlənildi, sonra yazıya 
köçürüldü, vizual görkəm aldı. Quran ilahi mətndir, 
ilahi “Oxu”dur, sakral monoloqdur, Allahın ifadəli 
qiraətidir, radioteatr nümunəsidir, həm də özünəməxsus 


 
162
bir not sistemidir ki, adına “VƏKF” deyirlər. Vəkf 
hərəkələr (cızıqlar),  sükunlar  (kiçik dairəciklər) və 
səcavəndlərdən (sətirüstü xırda hərflər) ibarət 
işarələr toplusudur. Onun köməyilə Quranı avazla o x u 
m a q  asanlaşır. Bu göstərişlərə düzgün riayət 
etdinmi, oxu müəyyən ritmə köklənəcək, avaz öz-özünə 
düzələcək və bir növ qutsal mətnin musiqisi zühura 
gələcək. Hərçənd bu oxu ənənəvi nəğmə deyil, mahnı 
deyil, hətta mərsiyə və nouhə də deyil, əruz vəzninin 
rəməl bəhrinə yaxın oxu tərzidir. Vəziyyətin, təhlilin 
çətinliyi və mürəkkəbliyi ondadır ki, Ortaçağ islam 
dini təfəkkürü musiqi problemlərinin müzakirəsini belə 
məqbul saymırdı. Çünki onu yasaq edilmiş  həzzlərdən 
bilirdi.  Şəriət musiqini haram yox, məkruh buyurub, 
ədəbsiz, nalayiq işlər cərgəsinə qoşub. Ona görə  də 
məscid divarları arasında heç vədə musiqi eşidilməz. 
İslamda çalıb-oxumaq günah kimi qiymətləndirilmir, 
urvatsız  əmələ  bərabər tutulur. Şəriət bunu aşkar 
bəyan eləsə  də, heç kəsi birbaşa pərpiləmir, ifa 
sərbəstliyini, seçim sərbəstliyini müsəlmanın öz 
öhdəsinə buraxır: yəni kim necə istəyirsə, davransın, 
lap bu urvatsızlığı, yüngüllüyü boynuna götürsün, 
onsuz da Allah qarşısında qiyamət günü özü 
cavabdehdir. Hətta bu nisbi liberallığın qənşərində 
belə  hənəfi, hənbəli, maliki və  şafii məzhəblərinin 
musiqi ifaçılığına qurşanmış mömin bəndələrlə davası, 
mübarizəsi səngimirdi. Müsəlman dünyasında bütün 
xanəndələrə, sazəndələrə, rəqqaslara (onların hər 
türünə) sanki şudralara
3
 yanaşan kimi yanaşırdılar. 
     Lakin...  və bir də lakin... sufilər dedilər ki, 
“hal”, “vəcd”, “səma”  musiqidəndir. Onlar zikr və 
təlqinlər üzərində qurulmuş  məclislərini musiqiyə 
köklədilər,  ney, rübab, tənbur  çaldılar,  küdümdən 
(zərb aləti) bəhrələndilər, bu alətləri mistik 
mənaların bildiriciləri qismində tanıtdılar. Hələ bir 
üstəlik Mövlanə
4
  də söylədi ki, ney Allahından ayrı 
düşmüş, Sevgilisindən uzaqlaşmış insanın səsidir. Onun 
naləsi Allaha qovuşmaq, Allahda heçləşib, 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə