Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə54/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   50   51   52   53   54   55   56   57   ...   123

 
163
əlamətsizləşib  əbədiləşməyin mümkünsüzlüyündəndir. 
Əhməd Qəzəlinin fikrincə  dəfin sağanağına iç tərəfdən 
bərkidilmiş beş balaca zınqırov elçilərin, 
peyğəmbərlərin, dostların, imamların və  xəlifələrin 
vaqe olduqları  məqamları bildirir  (Şaman qavalında da 
biz buna bənzər bölgüylə rastlaşırıq). Göründüyü kimi 
artıq X-XI əsrlrdən etibarən musiqi alətləri sufiliyin 
dini-mistik paradiqması hüdudlarında tamam yeni bir 
aspektdə yozulur, mənalandırılır və bir çox ruhani 
mətləblərin simvoluna çevrilir. Nədən ki, musiqi 
kamillik yolunda sufinin müşayətçisidir. Bunu bir ayrı 
cüqrə  də demək caiz: sufinin Allaha doğru yolu 
musiqidən, səmadan keçir. Mövləvi qardaşlığının 
xanəgahında dərviş zikrlərinin gerçəkləşdiyi musiqi 
otağı, olsun ki, elə bu səbəbdən, “səmaxana” 
adlanırdı. Bir xeyli vaxt bundan əqdəm apardığım üzücü 
araşdırmaların nəticəsində belə bir qəfil, 
“küfrsayağı” qənaətə 
gəldim ki, səma musiqi 
dinləməkdən ötrü sufilərin mistik bəhanəsidir, mistik 
don geydirilmiş oyunudur, intellektual hiyləsidir, 
onların musiqini, rəqsi islam dünyasında leqllaşdırmaq 
cəhdləridir. Fikrin alternativi də mövcud: səma üçün 
bəhanə və ya ideya müstəvisi musiqidir. Heç nə konkret 
aydınlaşmadı, eləmi? Həqiqətən, sufilər səmanın 
izahını, elmi-fəlsəfi  şərhini elə dolaşdırıb, elə 
qatışdırıb, elə bir estetik nəzəriyyəyə döndəriblər 
ki, heç cür bəlli olmur, nə nədir. Təsadüfi deyil ki
Mövlanə kimi bir təsəvvüf mürşidi də  səmanı  SİRR, 
müəmma kimi qələmə verir. Sirr isə  SEHR astanası. 
İSLAM MƏDƏNİYYƏTİ  DƏ  SƏSİN, SÖZÜN SEHRİNƏ, AHƏNGİNƏ 
ÜRCAH.  Ona görə  də bu mədəniyyətin kod açarı,  şifrə 
sözü “əs-səma”: hərfi mənası “qulaq asmaq”, “müqəddəs 
mətni dinləmək”. Deməli, səma birbaşa Quranla, sakral 
Oxu ilə ilişikli. Sufilərin fəlsəfi gəzişmələrinin və 
improvizələrinin bəraəti  şəriətdir. Səma bir termin 
kimi Quran ayələrinin, nətlərin avazlı oxunuşunu, 
musiqi ritmləri, rəqslərlə müşayət edilən dərviş 
zikrlərini bildirir. Bu anlayışın konkretliyidir. 


 
164
Fəlsəfə müstəvisində isə  SƏMA  aşkar ilə müəmmanın, 
varla yoxun (səsi eşidirsən, amma görmürsən; görmək 
üçün işıq lazımdır: dinləməkdən ötrü isə heç bir maneə 
oa bilməz), ölərilə 
əbədinin, gerçəkliklə 
virtuallığın,  bəndə ilə tanrının stalkeridir, 
mediatorudur, ötürücüsüdür; insandan Allaha qədər olan 
yoldur, bir tək səslə keçilir. Mən tanrını  eşidirəm, 
tanrı da məni. Allah məni görür, mənsə onu yox. 
Deməli, islam mədəniyyətdə ideal ünsiyyət danışmaq və 
dinləməkdən hasil olan ünsiyyətdir: görmək bir elə də 
vacib deyil. Qutsal bilgi sahibləri  əbəs yerə 
vurğulamırlar ki, kor adamın fəhmi artır. Qədim yunan 
mifologiyasında tanrıların kor etdiyi insanlara 
həməncə  əla falçılıq istedadı (korluğun  əvəzi kimi) 
verilir. Bu mənada  SƏMA sanki fasiləsiz sufi 
çabalarının, onun tanrıya olan hüdudsuz sevgisinin, 
sədaqətinin əvəzidir, sufinin meracıdır, tanrı vəslinə 
yetişdirən imkandır, xoşbəxtlik məqamıdır, onun 
Allahına qovuşub mütləq varlıqda, tanrının 
mahiyyətində,  
məğzində, yəni HAHUT aləmində qərq olmasıdır.  
     İslam dünyasının  ənənəvi musiqisi və teatrı öz 
mənbəyini səmadan
5
 götürür. Nağılçının (müəzzin, 
rövzəxan, mərsiyəxan, aşıq), kuklaçının teatrının 
əsasında səs modulyasiyaları dayanır. 
İslam 
mədəniyyəti sanki radioteatr effektinə hesablanmış 
mədəniyyətdir. Bu “radioteatr” isə Quran qiraətinə  və 
Azana köklənir.  Müsəlman mədəniyyəti kontekstində 
musiqinin təbiəti teatraldır, teatr formaları isə 
musiqinin bətnindən doğur.  Mənim qavrayışıma görə 
səsin meracına “səma” deyilir. Bu, adi səs yox, insan 
ruhinin səsidir. Səma ruhun teatral oyunudur. İslam 
mədəniyyətinin mayası burda. 
 
SӘMADAN MÜTRİBLİYӘ: 
GENOTİP VӘ TEATR 
 


 
165
     Müsəlman mədəniyyətinin bir sıra təzahür 
formalarının bədii-estetik qayəsini müəyyənləşdirən 
əsas amil şiəlik. Musiqi sənətinin və milli teatrın 
ənənəvi təzahür formalarının gəlişməsində onun rolu 
böyük, təkzibedilməz.  Şiəlik üzüntülü, iztirablı 
islamdır, ağını, hönkürtünü, naləni, qeyzi, patetik 
emosiyaları aktuallaşdırmış, qadın psixolojisinə 
yaxınlaşmış islamdır.  Şiəlik islamın qadın üzüdür. 
Ortaçağ müsəlman mədəniyyətinin cövhəri  şiəliklə 
sufiliyin sintezi kimi zühura gəlir.  Bu  xüsusda belə 
bir faktı gündəmə gətirməyi lazım bilirəm. 
     Fikir 
verin, 
Azərbaycan milli operasının 
əvvəlinci personajı  Məcnun öz ahu-fəğanı,  əzabı, 
zilləti, sadomazoxist davranış  tərzi etibarı ilə 
şiəliyin təmsilçisidir, yəni xalis şiədir. Mən heç 
şübhə etmirəm ki, Məcnun haradasa islam tarixində 
Kərbəla hadisələrinin qəhrəmanı imam Hüseynin 
invariantıdır: pərvanə kimi özünü oda yaxıb yandırır, 
bilə-bilə faciəyə girib yaşayır. Füzulinin “Leyli və 
Məcnun”  əsəri mərsiyələrdən ibarət rövzədir və bu 
rövzənin qəhrəmanı Qeys şiələrin  şəhid imamını 
xatırladır. Qeys eşq dünyasının  şəhididir.  Bu Allah 
sevgisinə ürcah adəm övladı, zəif, xəstə, nərmənazik, 
isti səhranın imamxislət  şairi  MƏCNUN dahi Üzeyir 
bəyin operasında... tenordur. Niyə  də olmasın? 
Gözəldir, ilgilidir, vəssalam. Muğam bas və bariton 
səsləri qəbul eləmir. Ayrı bir variantda da ifadə 
etmək olar bu fikri: bas və bariton səslərin muğamda 
uğur qazanmaq ehtimalı çox az. Azərbayacanın bütün 
aşıqları da tenor. Buna baxmayaraq zəngulə və avazının 
Azərbaycan teatrında eşidildiyi gündən üzü bəri Məcnun 
nəsil-nəsil azəri türkünü qocalı-cavanlı, kişili-
arvadlı, böyüklü-kiçikli cuşa gətirib dəsmal-dəsmal 
ağladıb, permanent şəkildə onların ruhuna dad verib, 
zövq verib. İndi yüzildən də artıq bir vaxt keçir 
“Leyli və  Məcnun” (1908) operasının bəstələndiyi 
tarixdən. Məcnunsa azəri türklərinin hədsiz sevimli 
qəhrəmanı kimi səhnədən düşmür. Bir xanəndə gedir, 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə