Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə62/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   58   59   60   61   62   63   64   65   ...   123

 
187
harada ki yasaq var, yoxlama var, nəzarət var, 
orada karnaval yaşamır. Karnaval stixiyadır. Onu idarə 
etməyə çalışanda, nəzarətə götürəndə karnaval dönüb 
parad olur, nümayiş olur, yasaqlarla çərçivələnmiş 
yürüş olur. Karnaval familyar ünsiyyətdir.  İslam 
aləmində isə bazar münasibətlərinin normativləri 
məsciddə “təsdiqlənir”. Həqiqətən, müsəlman  şəhərində 
məscid kimi, karvansara kimi bazar da aktiv ünsiyyət 
bölgəsidir və bu ünsiyyətin “qəlib”ini  şəriət 
imzalayır.  
     Lakin... və bir də lakin... Bazar nə qədər şəriət 
qanunları ilə 
tənzimlənsə 
də, yenə meydan 
ənənələrindən,  meydana xas hüzur karnavallığından  əl 
çəkmir.  Əslində isə, tam əksinədir:  BÜTÜN DÜNYA 
MEYDANLARI BAZARDAN YARANIB. Nədən ki, meydanı meydan 
eləyən bazar olur. Meydan permanent şəkildə bazardır. 
Çünki bazar onun zühur müstəvisidir. Bazar olmasa, 
meydan olmaz. Açıq məkanı meydana çevirən bazardır. 
Bazar meydandan götürüldükdən sonra da meydan bazarı 
yaddaşında saxlayır. Bazar xalqındır, məscid 
mominlərin: biri kütlənindir, o biri elitanın.  Şərqdə 
xalq dünyaya bazar və  məbədgahdan baxır.  Bu baxım 
bucağında gerçəkləşən sintez şərqlini karnaval içində 
əriyib itməyə qoymur. Ona görə da Şərq aləmində 
karnaval nonsensdir. Hərçənd bu fakt bazar meydanı 
üçün xas dəyərlərin (dünyəvi, intellektual, ruhsal, 
mənəvi-əxlaqi) təftişi məsələsini aradan götürmür. 
Bazar nırx (qiymət) meydanıdır. Burada Sözün, Fikrin, 
Əməlin və Adamın  əsl həyat gücü və yaşamaq hüququ 
sınağa çəkilir. Ancaq müsəlman harada olursa olsun, nə 
iş görürsə görsün, istər ibadətdə bulunsun, istərsə də 
ticarətdə, bir an da unutmur ki, Allah onunladır. 
Başımızın üstündə Allah, bizə  şah damarımızdan yaxın 
olan Allah, bizim içimizdə Allah.... Əgər Allahdan 
gizlənməyə yer yoxsa, onda karnaval alınmır. 
     Ortaçağ Avropa mədəniyyəti meydanda kilsəni 
karnavallaşdırırdı; Covanni Bokaçço ilə  İeronim Bosx 
isə bu karnavalın qütblərini, gerçəkləşmə 


 
188
amplitudasını müəyyənləşdirdi. Təbii ki, müsəlman 
dünyası öz bazar meydanında məscidi (məbədi) 
karnavallaşdırmağı bacarmadı, Allahı avropalılardan 
özünə daha yaxın duydu, daha yaxın bildi. Belə ki, 
islam aləmində  hər yer Allah evidir, hamı Allah 
qonağıdır. Ona görə bazardan Allah kəlamı heç vədə 
əskik olmaz. Məscid  əbədiyyətin, bazar dünyəviliyin 
simvoludur: karvansara isə bu yolun yolçularının 
müvəqqəti dayanacaq məkanını eyhamlaşdırır. Məscid, 
bazar, karvansara müsəlmanın həyat tərzinin 
xəritəsidir. Müsəlman yaşamının və  mədəniyyətinin 
ritmi, ahəngi, qayəsi və qiyafəsi  MƏSCİD, BAZAR  və 
KARVANSARA ilə müəyyənləşir. 
Əgər Allah hər 
yerdədirsə, mövcudiyyətin, varolmanın müəllifi Odursa, 
onda nə  fərqi var ki, bura Məsciddir, Karvansaradır, 
yoxsa Bazar?!  
 
        
Ədəbiyyat və izahlar: 
 
 

Muslim Saints and Mystiks / Episodes from the “Tazkirat 
 al-Auliya” (“Memorial of the Saints”) by Farid ad-din 
 Attar: translated by A.J.Arberry. - Chikaqo, 1966. -  
 p.64 
2
 Ardalan N., Baxkhtiar L. Sense of unit: the sufi 
 tradition in Persian architecture. - Chikaqo & London, 
 the University of Chikaqo Press, 1976. - s.73   

Nəsimi İ.Seçilmiş əsərləri. - B.: Maarif, 1985. - s.42.  

Yenə orada. 

Yenə orada, s.23. 

Bu barədə bax: Salqanik M. Qarmoniya islama: zametki na 
  polyax odnoy kniqi // İL, № 5-6, 1992. - s. 304.       

Yenə orada.
 
8
 Grabar O. The formation of İslamic art. - London: Yale  
  University press, 1973. - s.108-109.    
9
 Bammat N. Konsepsiya prostranstva v musulmanskom mire 
  // Kulturı: YUNESKO. - № 1. - 1983. - s. 45.   
10 
Bax: Baxtin M.M. Tvorçestvo Fransua Rable i narodnaya 
  kultura Srednevekovya i Renessansa. - M.: Nauka, 1965. 
  - 527 s. 


 
189
11 
Qurani-Kərim / Tərcümə Nəriman Qasımoğlunundur.  
   
                                                             
                           1993-cü il 
 
 
MÜSƏLMAN VƏ MƏHƏLLƏ 
(ruhun labirinti) 
 
     Dünyada  müsəlmana məhəllə  qədər  əziz olan ikinci 
bir yer tapmaq çətindir,  əlbəttə ki, şəriətin nişan 
verdiyi qutsal məkan bölgələrindən savayı. Çünki 
məhəllə müsəlmanın ictimai evi kimi bir şeydir, 
müsəlmanın kommunal küçəsidir. Məhəlləni müsəlman öz 
doğma evinin davamı bilir. Bura insanların, 
vərdişlərin,  ənənələrin təmas nöqtəsidir. Məhəllə 
hamının evinin EVİDİR, BİZİM EVLƏRİMİZİN EVİDİR. 
Hamının qapısı  məhz bu tavansız  ÜMUMİ  EVƏ  açılır. 
Məhəllə mənim tanışlarımın, qonşularımın toplaşdığı və 
mütəmadi ünsiyyətdə olduğu məkandır. Doğru. Lakin... 
və bir də lakin... Məhəllə müsəlman mədəniyyətinin 
unikal anlayışıdır.  Əslində, “məhəllə  nədir” sualına 
cavab yoxdur. Çünki “məhəllə”yə  dəqiq, konkret elmi 
definisiya, təyin vermək olmur. Hərçənd müsəlman 
şəhərində azan səsi harayacan gedib çatırsa, bax, 
məhəllə həmin hüdudlaracandır. Bu təyinin də aydınlığı 
nisbidir. Səslə məkanı ölçmək nə demək? Bu sözü başqa 
dillərə çevirməyin də müşkülü var. “Məhəllə” ərəbcədən 
ruscaya “yer”, “məkan mövqeyi”, “yaşayış yeri” kimi 
tərcümə edilir. İngilislər məhəlləni “blok” kimi başa 
düşürlər. Bura nə rayondur, nə küçədir, nə dalandır, 
nə nə də məskunlaşma ərazisi. “Yaşayış yeri” anlamı da 
amorf bir bildirici: semantik çənbərinə ölkə də, küçə 
də, ev də daxil olmağa  şanslı. Rayonun, küçənin, 
dalanın, həyətin, mənzilin konkret məkani hüdudları 
bəlli: yəni buradan ora qədər. Di gəl ki, məhəllə 
harada başlayır, harada qurtarır, məlum eləməz: hər 
şey təqribi, tin hesabı götürülər. Ona görə  mən elə 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə