Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə70/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   66   67   68   69   70   71   72   73   ...   123

 
211
“mərasim” “ritual” kimi sözlərin qapsadığı mə-
nalardan sosial-ictimai məkana birbaşa qapılar 
açılır. Mövləvi zikrlərininsə toplumsal dünya ilə 
ilişkisi çox az. Bu zikrlər fərdlə tanrı arasında 
gerçəkləşən ünsiyyət qatlarının, bir növ, bədii-
vizual obrazı.  Bəs səma törəninə məclis demək nə 
qədər caiz? Bunun üstünlüyü nədə? Və niyə  məhz 
məclis?     
       Çünki 
məclis müsəlman mədəniyyətində 
mütəhərrik çərçivə funksiyası daşıyıb hər hansı 
bir mövzuda keçirilən hər hansı bir söhbəti 
“qucmağa”,  əhatələməyə, sahmanlamağa qadirdir. 
Məclis özünəməxsus kanonik, tənzimləyici, teatral 
formadır və bir çərçivə, haşiyə olmaq etibarı ilə 
sakral və urvatsız dünyalar arasında ötürücü 
missiyasını yerinə yetirir. Məhz Ortaçağ  Şərq 
mədəniyyəti üçün xarakterik olan belə teatral 
formaların daxilində tamaşa cizgilərilə cuğlaşmış 
səma məclislərinin kompozisiya elementləri 
aşkarlanıb üzə  çıxır. Bütün sufi qardaşlıqlarına 
xas dərviş zikrlərində güclü bir teatrallıq var. 
Ancaq onların heç birinin kompozisiyası  səma 
məclislərilə müqayisəyə gəlməz. 
       İndi görək səma nə deməkdir? Bir sıra 
şərqşünaslar dərvişlərin çoxsaylı  hərlənmələrdən 
ibarət rəqsinə, daha doğrusu, onların zikrlərinə 
“səma” deyirlər. Başqaları isə bu sözü zikrin 
icrası vaxtı çalınan musiqilə ilişkili hesab 
edirlər. Belə ki, “səma” sözü ərəbcə “qulaq 
asmaq”, “müqəddəs mətni dinləmək” mənalarında 
anlaşılır. Hər iki müəyyənləşdirmədə  məntiqə  və 
həqiqətə uyarlıq tapmaq mümkündür. Lakin “səma” 
haqqında Mövlananın fikri belədir: “Səma öz 
varlığınla mübarizədir, quşların qan tökmədən 
apardığı vuruşdur, döyüşdür; ruhun uçuşudur... 
Səma sirrdir.” Göründüyü kimi burada bir qeyri-
müəyyənlik var. Odur ki, səmanı mövləvi məclis-
lərinin hər hansı bir kompozisiya elementilə 
əlaqələndirmək düzgün deyil. Amma həqiqət bu ki, 


 
212
SƏMA aşkar ilə müəmmanın, varla yoxun, ölərilə 
əbədinin, gerçəkliklə virtuallığın mediatorudur; 
ötürücüdür, insandan Allaha doğru olan yoldur ki
bir tək səslə keçilir. Mövləvi qardaşlığının kol-
lektiv zikrlərində 
də 
səma insanın ruhi 
vəziyyətinin bildiricisidir. Ona görə  səma öz 
öləri cismindən ayrılıb ərşə qovuşana qədər, vəsl 
məqamına yetişənə qədər uzanan virtual kamilləşmə 
yoludur, insan ruhunun uçuşudur. Bu səbəbdən də 
məclisin yalnız bütöv kompozisiyasını “səma” 
adlandırmaq düzgündür. Səma mövləvi dərvişinin 
meracıdır. Səma bir ayağı ilə  Şəriət üzərində 
dayanıb o biri ayağı ilə  Təriqətin kamillik 
vadilərindən dönə-dönə Həqiqətə can atan dərvişin 
ruh “nərdivanı”dır. “Səmaya girdinmi, iki 
dünyadan da çıxıb gedirsən...” Mövlana deyir 
bunu...  
       Beləliklə, dönən dərvişlərin məclislərində 
səma məqsəd və vasitə birgəliyini ifadə edir. 
Fırfıra dərvişlərin səma məclisləri, ilk növbədə, 
XIII əsrin dahi sufisi Mövlana Cəlaləddin Ruminin 
Amalı, Eşqi və bütün ömrü boyu aradığı  Həqiqətlə 
bağlıdır.  Mövləvi qardaşlığının zikrləri, yəni 
səma məclisləri hər həftənin cümə axşamından 
cüməyə keçən gecə musiqi sədaları altında 
gerçəkləşərdi. 
Eşq dönən dərvişlərin səma 
məclislərinin təbiəti, ideyası, fəlsəfəsidir. Bu, 
“vəhdət əl-vücud”un harmonik birgəliyilə cuğlaşmış, 
varlığın hər bir təzahürünə doğru yönəlmiş 
platonik, “ilahi eşq”dir. Bunun təsdiqini 
Cəlaləddin Ruminin öz deyimlərində  də tapmaq 
mümkündür:  “Torpaq eşqlə  fələklərə yüksəlir. 
Həzrət Musanın tanrı ilə danışdığı Tur dağı eşqlə 
rəqsə  gəlir”.  Lakin qeyd etmək lazımdır ki, hələ 
Rumiyədək bəşəri eşq ideyası müsəlman 
mədəniyyətinin atmosferində dolaşırdı. Ortaçağ 
islam mədəniyyətinin  ən nurlu simalarından biri 
Fərid əd-Din Əttar söyləyirdi ki, “eşq dərvişlərin 
əlində  cənnətin açarıdır”.  İstər  ərəb  şairəsi 


 
213
Rəbiyyənin mistik poeziyasında, istərsə  də 
böyük mütəsəvviflər Əbdülqədir Gilani, Seyid Əhməd 
Rüfainin  şəxsiyyətlərilə bağlı hekayətlərdə “eşq” 
bir ideya kimi aparıcı mövqe tutur. Təbii ki, 
hekayətləri tarixi fakt kimi qəbul etmək düzgün 
olmadığı kimi onlardakı  həqiqətdən də qaçmaq 
mümkün deyil. Xüsusilə, Şərq aləmində. Niyə? Çünki 
müsəlman dünyasında nəql etmə zamanı tarixi faktla 
nağıl arasındakı  fərq minimuma endirilir: hekayət 
tarixi fakt, olmuş hadisə kimi, tarixi fakt isə 
hekayət kimi söylənilir. Məhz bəzi tədqiqatçılar 
da fırlanğıc hərəkətlərdən ibarət zikrləri Mövlana 
ətrafında cəmlənmiş çoxsaylı  rəvayətlərlə, onun 
Şəms 
əd-Din Təbrizilə olan əfsanəvi 
münasibətlərilə bağlayırlar. Digər  şərqşünaslarsa 
dönən dərvişlərin səma məclislərilə  qədim Misir 
kahinlərinin uyğun tərzli mistik rəqsləri arasında 
genetik 
əlaqə görürlər. 
Əlbəttə, müxtəlif 
hekayətlər, bənzətmələrlə  əlaqəli poetik və 
maraqlı yozumlar cəlbedicidir, lakin müəyyən 
nəticələr çıxarmaq üçün yetərincə elmi deyil. 
Dönən dərvişlərin səma məclisləri sufilərin 
psixofizioloji davranış  və  rəftarının vahid 
estetik sistemdə düzümlənməsidir, batini olanın 
silsilə hərəkətlər şəklində məkana köçürülməsidir. 
Səma məclislərinin bütöv kompozisiyası  və ayrıca 
götürülmüş  hər bir struktur elementi bunu təsdiq 
edir. 
      Səmaxanaya (səma məclislərinin keçirildiyi 
otaq) daxil olmamışdan öncə  dərvişlər dəstəmaz 
alırlar. Sonra mövləvi qardaşlığında qəbul 
edilmiş  tərzdə geyinirlər. Onların geyim tərzinə 
Şəms Təbrizinin ölümü ilə bağlı Mövlananın uzun 
müddət  əynindən çıxarmadığı hüzn paltarlarının 
güclü təsiri olmuşdur.  TƏNNURƏ  (sözün mənası 
bədənin nuru kimi anlaşılır) dərvişlərin dümağ 
rəngli, iki hissədən ibarət alt paltarıdır. Onun 
zəng formalı  aşağı hissəsi, daha doğrusu, geniş 
tuman  DƏSTƏGÜL  adlanır. Tənnurənin yuxarısı 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə