Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə68/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   64   65   66   67   68   69   70   71   ...   123

 
205
ayaq üstə keçirilirsə, onun öz-özünə dağılması 
təhlükəsi daha çox olur. Mitinqlər buna əyani sübut. 
Şərqli mitinqin nə olduğunu  əsrlər boyu bilməyib. 
Mitinq Qərb mədəniyyətinin küçələrə atdığı bir ideya, 
bir sosial ünsiyyət, sosial mübarizə forması. Bura 
toplaşanlar adətən ayaq üstə dayanırlar. Mitinqdə 
ünsiyyət prosesi  ötəridir, nizamsızdır, xaotikdir. 
Miitnq qırıq-qırıq monoloqların kompozisiyasıdır. 
Məclis isə sahmanlı söhbətdir, “mən” və “sən” 
dialoquna köklənmiş  bəstə-improvizədir, bu söhbətin 
şərti sərhədləridir.  
     Müsəlmanın gündəlik ailə həyatı məclissiz ötüşür. 
Düzdür, doğmaların hər gün eyni vaxtda eyni bir 
məkanda nahar etməsinə  də  mərasim (məclis) rudimenti 
kimi yanaşmaq mümkündür. Olsun, amma iş bu ki, 
birincisi: mütəmadi yeksənəq təkrarlar məclisi 
“öldürür”, onun təşkililə bağlı ideya və  mənaları 
tükədir, bayağılaşdırır;  ikincisi: məclis “mən”in 
daha geniş ünsiyyət çevrəminə düşmək istəyinə bir 
işarədir. Nədən ki, hər hansı bir leqal və qeyri-leqal 
informasiyanı  cəmiyyətdə “gəzdirmək” üçün ən yaxşı 
vasitələrdən biri məclisdir. Onun köməyilə informasiya 
həməncə ictimai şəbəkəyə  çıxarılır və tezliklə  ağız 
ədəbiyyatı üçün potensial materiala çevrilir. Məclis 
həmişə gündəlik məişətin fövqündədir: məişətin 
tamamlandığı nöqtədən məclis başlayır. Hətta urvatsız 
kef məclisləri belə  məişətlə  əlaqəni kəsir. Məclis 
gündəlik məişət içrə mini-bayram zonası yaratmaq, 
mərasim dünyasına qatılmaq cəhdidir və bütün 
vəziyyətlərdə teatral təmtəraq deməkdir. Lakin bu onu 
bildirmir ki, məclis məişətin qarşıdurumudur, 
oppozisiyasıdır. Əsla. Məclis məişət üzərində qurulur, 
onun davamı kimi meydana çıxır və maddi sfera ilə ruh 
sferasının kəsişdiyi nöqtədə  bərqərar olur, ötürücü 
olur, transformator funksiyasını yerinə yetirir. 
Məclis məişətin zirvə durumudur, bayramıdır, 
təntənəsidir və eyni zamanda süqutudur. Məişətin son 
divarı kimi bir şeydir məclis. Ondan o yana məişət 


 
206
yoxdur, yalnız ünsiyyət var. Müsəlman mədəniyyəti 
kontekstində 
məclis seyrçilərdən ötrü deyil
iştirakçılardan ötrü tamaşadır, “özüm” üçün tamaşadır, 
ünsiyyət oyunudur, teatral davranışlar,  ədalar, 
monoloq və dialoqlar sistemidir. Məclis teatral-bədii 
təbiətə malik virtual ünsiyyət sistemidir. 
   Lakin...  və bir də lakin... İslam mədəniyyətində 
məclis nadir təzahürlər cərgəsinə düşmür. Belə ki, 
müsəlman yaşadığı dünyada, toplumda və öz ailəsində 
permanent olaraq məclis qurmağa, məclisdə bulunmağa 
bəhanə  və imkan axtarır, məclis düzənləmək üçün 
minimal  şansdan da yararlanır.  Müsəlmanın aləmində 
cəmiyyət məclislərdən qurulmuş bir mozaikadır. Dövlət 
idarəçiliyi  şəbəkəsində parlament, şura, divan, 
partiya və  məhkəmə iclaslarının, dini moizələrin 
hamısı müsəlman üçün məclisdir. Məişət səviyyəsində 
məclis toydur, yasdır, hər hansı bir münasibətlə kef 
dostları  və  həmsöhbətlər üçün verilən ziyafətdir. 
Mədəniyyət qatında isə müsəlman poeziya, musiqi 
gecələrini, mürşid və ariflərin toplantılarını, 
dindarların Quran və şəriətlə bağlı moizələrini məclis 
sayır. Onda belə  çıxır ki, müsəlmandan ötrü dünyanın 
özü elə sonu bilinməyən məclisdir və müsəlman Allah 
məclisinin iştirakçısıdır. Bu xüsusda diqqətinizi bir 
fars kəlməsinə yönəltmək istərdim. Fikir verin “bəzmi-
əzəl” sözünə. 
“Bəzmi-əzəl” farscadan tərcümədə 
“başlanğıc məclisi”, “ilk məclis” mənalarında 
anlaşılır. Bu ifadə ilə farslar Allahın dünyanı 
yaratdığı  məqamı, yəni  Allahın dünyanı yaratdığı 
məclisi, eyhamlaşdırırlar.  Bəzmi-əzəl dünyanın heçdən 
var olduğu məclisdir.  Deməli, müsəlman mədəniyyətində 
dünyanın özü məclis mənşəlidir, məclis ünvanlıdır. 
Başqa cür desəm, dünya Allahın məclisidir. Bəzi 
xırdalıqlara varaq. Farslar məhz kef məclisini 
bildirmək üçün “bəzm” sözünə müraciət edirlər. Onda 
“bəzmi-əzəl”in sətri tərcüməsi “birinci kef məclisi” 
mənasını  aşkarlayır. Bu da öz növbəsində maraqlı 
düşüncələr üçün əla müstəvidir. Bəlkə elə “birinci kef 


 
207
məclisi”nə, yəni “bəzmi-əzələ” işarə eləyib Allahın 
dünyanı özünə 
əyləncə yaratdığını söyləyirlər, 
insanları kuklalara, kölgələrə, Tanrını isə kuklaçıya, 
xəyalçıya bənzədirlər.
4
  Həqiqətən,  əgər “bəzmi-əzəl” 
ideyası islam mədəniyyətində olmasaydı, bu sayaq 
düşüncələr və yozumlar haradan meydana gələ bilərdi? 
   Müsəlman mədəniyyətində  məclis məişət adiliyinin 
estetikliyə, ünsiyyətin sənətə keçidi məqamıdır. Dünya 
Allahın adi günlərini, əbədiyyətini bəzəyən məclisdir, 
oyuncaqdır, Onun əyləncəsidir. Bu məclisin yeganə 
seyrçisi də elə tanrının özüdür. Yer üzündə  nə  qədər 
canlı 
məxluq varsa, onların hamısı islam 
mədəniyyətində  məclis  əhli kimi təsəvvür olunur. Bu 
siyahıya insanlarla birgə heyvanlar, quşlar, 
həşəratlar da daxildir, mələk və  əcinələr kimi mifik 
personajlar da. Məsələ ondan ibarətdir ki, məclisi 
müsəlman varlığın bütün qatlarına, bütün sferalarına 
transformasiya edə blir. Çünki məclis olduqca uyuşqan, 
mütəhərrik və açıq strukturdur. Heç bir məclis 
digərinin təkrarı olmur. Onlar bir-birlərinə  bənzəyə 
bilərlər, amma heç vədə eyniləşməzlər. Bir çaya iki 
dəfə girmək mümkün olmadığı kimi bir məclisə  də iki 
dəfə düşmək mümkünsüz. Məclislər də tamaşalar kimidir: 
təkrarlanırlar, di gəl ki, aralarında heç vədə 
eyniyyət olmur. Çünki tamaşa da, məclis də  həmişə 
ünsiyyətlə, ovqatla və vaxtla bağlı. Azərbaycan 
dramaturqları çox-çox əvvəllər öz pyeslərini 
“məclis”lərə bölərdilər. Bu o deməkdir ki, müsəlman 
Şərqində  hətta teatr belə  məclisin bir təzahür 
varianntı kimi qavranılıb. Sonucda yenidən dönək 
öncəki suala: məclis nədir? Onun təsəvvürü və təsviri 
nəmənə?  Əgər məclis ünsiyyətin qəlibidirsə, və bu 
ünsiyyətin özünün heç bir forması-filanı yoxdursa, 
yəni ünsiyyət ruh kimi, nəfəs kimi gözəgörünməz bir 
şeydirsə, onda məclisin plastik görkəmi nə tövrdür? 
     Ortaçağ müsəlman mədəniyyəti kontekstində  MƏCLİS 
HAŞİYƏDİR, ÇƏRÇİVƏDİR.  Çərçivə isə  təbii  və süni, 
təxəyyül və gerçəklik arasında ötürücüdür. Məclis də 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə