193
məhəllə qarşısında hesabat verirmiş kimi yaşayır.
Elə buna görədir ki, müsəlman hər hansı bir şəhərdə
(ölkədə, bölgədə) öz şəhərində olduğundan daha sərbəst
davranır. Məhəllə şəhər içrə sanki müsəlmanı izləyən
müşahidə zonasıdır. Məhəllə hər bir sakin haqqında
qeyri-rəsmi məlumatlar bankıdır. Bu məlumatlar
hekayətləri, gümanları, əfsirləri də nəzərə alır.
Müsəlman barəsindəki xəbərlər mütəmadi şəkildə onun
məhəlləsinə axışır. Hər hansı bir xəbər məhəllədə
təsdiqini tapdımı, şəhərdə “ayaq tutub yeriyir”.
Müsəlmanın imicini məhəllə formalaşdırır. Onun ictimai
münasibətlərinin tənzimləyicisi və
təminatçısı
məhəllədir. Məhəllə müsəlman üçün icmadır, milli
məclisdir, onun real azadlığını, hüquq və
vəzifələrini,
əxlaq kodeksini müəyyənləşdirən
özünəməxsus konstitusiyadır.
BAKIDA MӘHӘLLӘ PRİNSİPİ
Ortaçağ müsəlman şəhəri məhəllənin nə olduğunu
bilmir. Ona görə ki, Orta əsrlərdə müsəlman şəhərinin
özü elə böyük bir məhəllədir. Və yaxud mümkündür deyim
ki, Ortaçağ islam mədəniyyəti kontekstində şəhər bir
mərkəzi nöqtə ətrafında hərlənərək dəfələrlə spiral
kimi əyilib burulan vahid, homogen yoldan (küçədən)
ibarətdir. Biri elə bizim Bakı, yəni İçəri şəhər, yəni
ki, içərisi şəhər olan yer... Bir zamanlar Bakı elə
Qala divarlarının cızdığı hüdudlar qədərdi. Özgəsi
İçəri şəhərdə həməncə çaşıb qalır yolun ortasında,
sanki labirintə düşür, hara gedir, məkanın eyniliyilə
üzləşir və təbii ki, bundan xoflanır, sarsılır,
sıxıntı keçirir. Ona elə gəlir ki, bu şəhər üstüaçıq
quyu kimi və ya iri qəbir qismində bir şeydir. Səmt,
istiqamət yoxdur, sağ, sol, ön, arxa fərq nişanələri
bilinməyən daş divarlardır, divarlar arasında isə
balaca qənbər cığırlar... Hayana getsən, yenə əvvəlki
yerə dönəcəksən: hərəkət mənasızdır. Fəaliyyət
cəhdlərinin hamısı ya daxili nurlanmaya, ya da sakral
194
kontakta yönəlib. Ayrı bütün cəhdlər absurddur.
Bunun izahı islam mədəniyyətinin fundamental
ideyalarındadır. Müsəlman şəhərinin ÜZÜ səmayadır.
Onun evinin pəncərələri evin gümbəzindən birbaşa
səmaya baxır: daha doğrusu, panoram hər yerdə səmadır,
Allah dərgahıdır. Şəriət hətta üzüqoylu yatmağı da
müsəlmana günah sayır: yuxuda belə Allahına arxa
çevirmək şəriət qanunlarına görə yasaqdır. Müsəlman
məkanın təşkilində həmişə bu prinsipi rəhbər tutur.
Odur ki, Ortaçağ müsəlman memarlığında tikilinin
görkəmi heç vədə böyük önəm kəsb eləmir. İslam
şəhərlərində evin, əksərən, pəncərəsiz arxa divarı bir
qayda olaraq küçəyə düşür. İçəri şəhərdə binalar elə
bil ki,bir-birinə arxa çevirib dayanıb. Burada
tikililər bir-birinə yüzdə yüz oxşayır və şəhərin
görkəmində dekorativ heç nə olmur. Ol səbəbdən küçələr
bir-birinin
əkizinə çevrilir. Əslində müsəlman
şəhərində küçə heç küçə deyil, iki ən yaxın nöqtəni
birləşdirən mini dəhlizdir. Bu küçə-dəhliz labirint
kəsimidir: oradan üfüq görünmür, oradan çıxış yoxdur,
hər yan teyxa daşdır, divardır, dalandır; oradan
yalnız səmanı seyr etmək mümkündür. Müsəlman şəhərində
küçə-dəhliz elə bil ev fraqmentidir, olsun ki, bəlkə
də qəbir variantıdır. MÜSƏLMAN ŞƏHƏRİ MÜSƏLMANIN QƏBRİ
TİMSALINDADIR. Bunun da dini-fəlsəfi bir əsası var.
Dünya çapında tanınan islamşünas Seyid Hüseyn Nəsr
yazır ki, “müsəlman şəhəri torpağın üstündə yavaş-
yavaş, ustufca meydana gəlib ucalır, ona gərəkli təbii
resursları maksimal dərəcədə mənimsəyir, sakinlər
tərəfindən tərk edildikdən sonra isə asta-asta uçub-
dağılıb yenidən torpağa qarışır”.
1
Müsəlmanın şəhəri
başqa cür də ola bilməz. Çünki onun şəhəri onun həyat
fəlsəfəsinin təcəssümüdür. Muhamməd peyğəmbər buyurur
ki, müsəlmanın qəbrinin də yerlə yeksan olması gərək.
Yəni heç nəyə bağlanma... Heç nə səninki deyil... Heç
nə əbədi qalmır... Fanilik ideyasının aşkar, gözönü
təzahürü müsəlman şəhəridir. Əbədi olan Allahdır, bir
də onun evi Kəbə... Əgər insan bu dünyaya qonaqdırsa,
195
deməli, şəhər (hər hansı bir digər bölgə) onun
müvəqqəti dayanacaq yeridir, karvansarasıdır və bu
karvansarada dünyanın yalnız bir mənzərəsi var:
SƏMA... Karvansarada isə məhəllə olmur, nədən ki, hamı
kompakt yaşayır, özünəməxsus kommunada yaşayır,
təsadüfən təşkilatlanmış icmada yaşayır...
Məhəllə sistemi müsəlman
şəhərlərində XIX
yüzildən virtual xassələrə malik bir simulyakr (o,
icmanın əvəzidir, şəhərin mikroçipi, mikroyaddaşı kimi
bir şeydir) qismində formalaşmağa başlayır. Məhəllə
özündə icmanı, şəhəri imitasiya eləyir. Təbii ki, XIX
əsrdə bu müsəlman şəhərlərinin orta çağlardan ayrılıb
yeni zamanlarda böyüməsi, genişlənməsi, və belə deyək
də, daha çox avropalaşması ilə ilişikli bir proses
idi.
Ola bilsin ki, dünyanın heç bir ölkəsində məhəllə
duyğusu Azərbaycanda, xüsusilə Bakıda, Abşeironda
olduğu kimi güclü təzahür etməyib. Məhəllə XIX yüzildə
İçəri şəhərin çölündə tikilməyə başlayan Bayır şəhərin
fenomenidir. Bakıda hər bir məhəllə həmişə potensial
İçəri şəhər olub və özünü icma mərkəzinin simulyakrına
çevirib. Bu, düz, lap düppədüz. Hərçənd Bakıda məhəllə
özgürlüyünə təsir edən faktorlardan biri də odur ki,
bura Qafqazdır. Məhəllə İslam və Qafqaz ənənələrinin
sintezindən formalaşmış möcüzəli ruhsal əlaqələr
sistemidir. Qafqaz dünyanın dağlar zonasıdır. Hər
məhəllə isə özündə mütləq şəkildə müsəlman icması ilə
birgə Qafqazı yaşadır, qafqazlı yaddaşını yaşadır,
qafqazlı
vərdişlərini, qafqazlı simvollarını,
qafqazlıların mərdlik nişanələrini yaşadır... Bakıda
məhəllənin qeyri-formal sahibləri həmişə kişilər,
xüsusilə də “qədeş”lər (Bakı dialektində “qardaş”
sözünün deyilişi) olublar. Qədeşləri qoçuların sovet
gerçəkliyinə inteqrasiya variantı da saymaq mümkündür.
Onlar özlərində müsəlman qoçusunun, qafqazlı
cəngavərinin əlamətlərini birləşdirib məhəllənin əxlaq
kodeksinin nəzarətçisi kimi çıxış edirdilər. Təbii ki,
bu məqamın təkcə pozitiv bir şey kimi qələmə verilməsi
Dostları ilə paylaş: |