196
heç də düzgün olmaz. Çünki qədeşlər məhəllədə
neqativ enerjinin daşıyıcılarına da çevrilə
bilirdilər.
İçəri şəhərin dışında Bayır şəhər inşa olunmağa
başladığı çağdan Bakı “Yuxarı məhəllə”, “Aşağı
məhəllə”, “Cühudlar məhəlləsi” (Bakıda yəhudilərə
həmişə “cühud” deyiblər), “Dağlı məhəlləsi” kimi nüfuz
bölgələrinə və palanlara ayrılmışdı. Abşeironun
kəndlərində də bu prinsip gözlənilirdi. Maştağada əsas
etibarı ilə “Seyidlər məhəlləsi”, “Keçəllər
məhəlləsi”, “Xonxarlar (“xonxar” farsca “qantökən”
deməkdir) məhəlləsi” kimi “folklorlaşmış” yaşayış
bölgələri məşhurlaşmışdı. Onlardan hər birinin adı
oranın sakinlərinin xarakteri, xasiyyəti, milli
mənsubiyyəti haqqında məlumat verirdi və həmin
məhəllənin
əfsanəsini, nağılını eyhamlaşdırırdı.
Məhəllələrdən başqa Bakı bir də öz palanlarına görə
tanınırdı. Palan küçə deyil, müəyyən peşə sahiblərinin
toplaşdığı məkandır. “Zərgərpalan”da ancaq zərgər
dükanları yerləşirdi. Nökər, hambal tutmaq üçünsə
camaat “Həmşəri palan”ına gedirdi. Burada əsasən
İrandan gəlib öz fiziki qüvvəsini ucuz qiymətə satan
adamlar məskunlaşırdı. Məsələnin məğzi isə ondan
ibarət ki, şərqli, müsəlman, qafqazlı yaşadığı məkanı
“mən”ləşdirməyi, şəxsləndirməyi, onu canlı həmsöhbətə
çevirməyi xoşlayır və öz fəaliyyətində buna çalışır.
Bakı məhəllələrinin formalaşması da etnos və etnik
qrupların mövcudluq cədvəlində böyük önəm kəsb edən
passionarlıqla ilişiklidir. Bayır
şəhərin
məhəllələrini təşkil edənlər bir vaxt İçəri şəhərdən
qovulmuş, ya özxoşlarına oranı tərk etmiş (müxtəlif
məişət səbəbləri üzündən), ya da rusların ekspansiyası
dövründə evləri müsadirə olunmuş insanlar idilər.
Onların arasında elə ailələr də vardı ki, Azərbaycanın
ayrı-ayrı bölgələrindən Bakıya təşrif buyurub İçəri
şəhərdə məskunlaşmaq istəyirdilər. Təbii ki, onlar
buna nail olmayanda İçəri şəhər ətrafında yurd salmaq
məcburiyyətində qalırdılar. Odur ki, məhəllə və ya
197
palanın təşəkkülünün
əsas elementlərini
passionarlıq moduslarında axtarmaq gərəkir. Bu
subpassionarlıq məhəllə çərçivəsində özünəməxsus bir
İçəri şəhər təşkil edirdi, onun imitasiyasına
çalışırdı. Məhəllə İçəri şəhərin yaşam tərzinin, İçəri
şəhərli davranışının, onun rəftar etiketinin
mutasiyasından yaranan bir sistem idi. Elə ona gərə də
məhəllə (bu özünəməxsus subpassionarlıq) haradasa
yüzilə yaxın bir zaman müddətində yaşayıb XX əsrin
sonundan etibarən dağılmağa başladı: öz subkültürünü
yaratdı və dağıldı. İndi artıq məhəllə yoxdur,
məhəllə qədeşləri də. Çünki Bakıya olan güclü axın
məhəllə subpassionarlığını pozdu, məkanı özünə tabe
elədi və toposferi dəyişmək işinə girişdi, qədeşlərisə
sınıq saxsı oyuncaqlar kimi kənara tulladı.
Azərbaycanda gerçəkləşən iqtisadi siyasətin bir
hissəsi kimi modern şəhərsalma da bu prosesi
sürətləndirdi, məhəllələrin sökülməsinə imza atdı.
Əvəzində yaşayış massivləri yarandı: Əhmədli, Günəşli,
Yasamal və sairə... Yəni meqapolis və onun modern
“kəndləri”... Meqapolislərdə isə heç kim bir-birini
tanımır, tanımaq belə istəmir: hamını şəhərə yalnız
onun işi bağlayır. Modern meqapolis əhalisi kuklalar
olan ölü şəhərdir, kompüter şəhəridir, virtual
şəhərdir. Belə şəraitdə şəhər modernləşə-modernləşə
iri bir proyektlər idarəsinə çevrilir. Nəticədə,
meqapolis içrə yalnız işinə görə yaşayan özgələr
ordusu meydana gəlir: insanlar ünsiyyətsizlik zolağına
düşürlər və beləliklə, intiharlara qapı açılır...
Ədəbiyyat:
1
Salqanik M. Qarmoniya islama: zametki na polyax odnoy
kniqi// İL, № 5-6, 1992. - s. 305.
198
1993-2008-ci illər
MÜSƏLMAN VƏ MƏCLİS
(filosofsayağı söyləmələr)
“Həyatda insanların ünsiyyyətindən
gözəl zinət yoxdur”.
A.Ekzüperi
DÜNYA FORMA KİMİ. İnsan dünyanı formalar dünyası
kimi tanıyır, formalar toplusu kimi qavrayır, onu
formaların kompozisiyası bilir. Forma təkcə məkanla
bağlı təzahür deyil, zamanla üzləşən bir nəsnədir,
zamana təpkidir, məkanın zamana göndərdiyi bir yarış
ismarıcıdır. Zaman çürümür, cəng atmır, əbədi yerişinə
haram qatmır, nə tələsir, nə yavaşıyır, nə dayanır.
İnsan zamanı formalara yığıb görür. Zaman yoxdur və
əbədidir. Onu insan əbədiyyətdən çəkiclə vurub
heykəltaraş kimi qəlpə-qəlpə qoparır. Əbədiyyət
preslənmiş vaxt aysberqidir. Zaman bu aysberqin
çabalayan elektronlardan ibarət aktiv bir hissəsidir.
Daha doğrusu, zaman o şeydir ki, məkanda silueti
cızılmış formalarda zühura gəlir. “Zühur” bütün
vəziyyətlərdə formanın tamaşasıdır. “Mən” həmişə
zühurdur və Allaha hüzur gətirir. “Mən” varsa, görkəm
var, qiyafə var. Qiyafə isə gerçək formadır. Forma
özünü məkan içrə enerjinin forması, cövhərin forması
kimi tanıtdırır. Bir cövhərin (ilahi substansiyanın və
ya hahut aləminin) milyon görkəmi, milyon zühuru,
milyon qiyafəsi ola bilər. Bundan cövhər heç vaxt
dəyişməz. Çünki cövhər formasızdır. Formasız
(zühursuz) olan nəsnə isə məxfidir; nişansızdır, amma
əlamətlərini görükdürə bilir. Forma teatral-dekorativ
faktordur, cövhərin simvol şəklində üçölçülü məkana
proyeksiyasıdır. Zühur həmişə hadisədir, olqudur,
cövhərin (ruhun, enerjinin, tanrının) dünyaya hüzur
Dostları ilə paylaş: |