Microsoft Word lord talibzadeh doc


məhəllə coğrafi administrativ bölgə



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə63/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   59   60   61   62   63   64   65   66   ...   123

 
190
düşünürəm ki, məhəllə coğrafi administrativ bölgə 
deyil,  şəhərsalma termini deyil, ruhsal yaşayış 
çevrəmidir, virtual sərhəddir, xüsusi statusdur. 
Məhəllə  şəhər içrə elə bir ünsiyyət zolağıdır ki, 
orada mən varam və  məni tanıyırlar.  Məhəllə, ilk 
növbədə, mən, evim, həyətim, küçəm və  ətrafımdakılar 
deməkdir. Məhəllə yazılmamış xüsusi yaşam qanunları, 
davranış etiketləri, əxlaq normaları deməkdir. Məhəllə 
məkanın aurası deməkdir, məkanın ifadəli üzü, 
xarakteri, temperamenti deməkdir.  Bu aura, bu sifət, 
bu imic qonşuların ünsiyyət intensivliyilə formalaşır. 
Məhəllə  mənim uşaqlığımın məkanıdır.  Məhəllə küçə, 
şəhər mövzusunda xalqın uydurduğu  əfsanədir, sərbəst 
improvizədir, folklor məkanıdır. Məhəllə müsəlmanın 
yaşadığı yerin nağılıdır, lətifə  və hekayələridir. 
Onlarsız məhəllə yaşamır.  Əfsanə qurtaranda, məhəllə 
də qurtarır. Məhəllə XIX-XX yüzillərdə müsəlman 
icmasının nağıl və  lətifə variantıdır. Ona görə  mən 
düşünürəm ki, məhəllənin toposfera ilə mühüm heç bir 
ilişkisi yoxdur. Məhəllə yaşantıların, təsəvvürün, 
emosiyaların məkanıdır. Bu mənada mən hətta deyərdim 
ki, məhəllə  hər hansı bir coğrafi nöqtədən deyil, 
uşaqların küçə oyunlarından başlayır.  
     Hər  şeydən öncə  məhəllə birgəlik duyğusudur, 
haradasa sürünün modifikasiya edilmiş sivil 
fraqmentidir, çoxsaylı evlərin iştirak etdiyi qeyri-
rəsmi ittifaq ailəsidir, özünəməxsus mafiya 
variantıdır. Bəlkə  də elə buna görədir ki, müsəlman 
yalnız öz məhəlləsində hüdudsuz rahatlıq tapır. 
Məhəllədə heç kim ona “gözün üstə, qaşın var” deyə 
bilməz.  Əgər deyərsə,  əlüstü cavabını alar. Çünki bu 
ünsiyyət məkanında “hörmət və qayğı” prinsipi 
dominantdır. Məhəllədə lotuluq eləmirlər, qız-
gəlinlərə sataşmırlar, onlara təmənna ilə baxmırlar, 
söyüşləri bacardıqca azaltmağa çalışırlar. Müsəlman 
məhəlləni özünə arxa bilir. Məhəllə onun 
toxunulmazlığının qeyri-rəsmi təminatçısıdır. Müsəlman 
daima öz məhəlləsinə bağlıdır və onun aktuallaşdırdığı 


 
191
yaşam prinsiplərinə sadiqdir. Lakin bununla yanaşı 
məhəllə cəzalandırmağı da bacarır. Cəza da bu olur ki, 
əxlaq, insaf, ədalət prinsiplərini pozmuş  şəxsə (kişi 
və ya qadın: fərq eləməz) məhəllədə artıq heç kim 
salam vermir, onu heç kim dindirmir. Bu, məhəllədən 
qovulmaq, təcrid edilmək, aşağılanmaq deməkdir. Yəni 
məhəllə səndən üz döndərir, səni “sürü”dən qovur, səni 
tənhalığa məhkum edir. “Cəza”nın məğzi ondadır ki, sən 
məhəllədən, nə fiziki qatda, nə  də ruhsal qatda, 
ayrıla bilmirsən. Hara getsən, məhəllə  həmişə 
səninlədir. Məhəllə sökülüb dağılanda belə bizim iç 
dünyamızda, təsəvvürümüzdə, yuxularımızda qalır: ondan 
qaçmaq, qurtulmaq mümkünsüzdür. Niyə müsəlman öz 
məhəlləsinə bu qədər bağlı olur, ondan asılı olur? 
Sualın birmənalı cavabı var: məhəllə müsəlman üçün 
lokal icma variantıdır. Bunun da dərin sosio-psixoloji 
kökləri mövcuddur. Dünyada müsəlmanı  ən çox qorxudan, 
eyməndirən təklikdir. Müsəlman tək qalmağı xoşlamır, 
sevmir.  Şəriət də  təkliyi mömin üçün məqbul saymır. 
“Təklik bircə Allaha yaraşıb” deməklə şəriət müsəlmanı 
həmişə tək yaşamaqdan yayındırıb, el içində olmağı ona 
xeyirli bilib. Şəriət tənha ömür sürməyi az qala günah 
səviyyəsinə qaldırır. Elə bu sayaq tərbiyənin 
nəticəsidir ki, müsəlman öz təkliyindən xoflanır, 
vahimələnir. Müsəlman təkliyi birmənalı  şəkildə 
gücsüzlük, imkansızlıq, həyatın sonu, ölüm kimi 
qavrayır.  İnsanın başqaları ilə ünsiyyəti kəsildimi, 
bu o deməkdir ki, ölüm gəlir. Ünsiyyət  şəbəkəsindən 
çıxmış, ünsiyyət çənbərindən kənarlaşmış insanı ölüm 
təkləyir. Bu mənada təklik ölümə müsavidir. Qəbir 
evində  sən həmişə  təksən. Razılaşaq ki, ölümün 
insanlar tərəfindən neqativ qavrayışını gücləndirən 
məqam elə budur. Ona görə müsəlmana hər dəqiqə özünün 
icma ilə birgəliyini duymaq vacibdir. Bu duyğunu, bu 
əminliyi və arxayınlığı ona hər  şeydən öncə ibadət, 
yəni üzü qibləyə dayanıb namaz qılmaq verir. Mömin 
gündə üç dəfə dünya müsəlman icması ilə,  əgər belə 
söyləmək mümkünsə, virtual kontakta çıxır. Lakin bu 


 
192
müsəlmana bəs eləmir. Nədən ki, islam icma dinidir, 
icma ideyası üstündə köklənmiş münasibətlər 
sistemidir. Bu baxımdan müsəlmanı müsəlman edən yalnız 
onun  şəhadəti deyil, həm də icmaya mənsubluğudur. 
Şəhadət (əşhədü  ənlə ilahə illəllah,  əşhədü  ənnə 
Muhamməd  ər-Rasulullah) artıq apriori bu icmaya 
mənsubluğu, icma ilə birgəliyi özündə ehtiva edir. 
İcmadan ayrı düşən müsəlman miskinləşir, karıxır. Odur 
ki, müsəlman icmanı birbaşa öz məhəlləsinə  gətirir. 
MƏHƏLLƏ MÜSƏLMAN  ŞƏHƏRİNDƏ  İCMA  İDEYASININ VARİSİDİR, 
İCMAYA EYHAMDIR.  Məhəllə icmanın həyət qapısından 
başlayan nişanəsidir. Müsəlmanlara icmaya mənsubluq 
duyğusu səhra  ərəblərinin həyat tərziylə  təlqin 
edilib. Məsələ bu ki, səhrada icma ilə  əlaqəsini 
itirmiş  ərəb artıq fəlakət qarşısındadır. Düzdür, 
burada da islam onu tənha buraxmır: “Məni səndən 
soruşsalar, bəndələrim bilsinlər, yaxınam onlara. Dua 
eləyənlər, duasıyla çağırsınlar məni, cavab verərəm” 
(2:186). “Allah hər an öz bəndəsinin yanındadır” 
ideyasını ortaya atmaqla islam ərəbi səhrada təklikdən 
qurtarmağa çalışır. Hərçənd qərinələr ötüşdükcə 
müsəlmanın icma ilə  əlaqəsi zəifləyir, icma daha çox 
simvolik məna kəsb edir, öz gerçək funksiyalarından 
məhrum olur və  tədricən idarəetmə mexanizmlərini 
itirib ideyalaşır. Belə olduqda müsəlman icma ilə 
bağlı duyğularını, yaşantılarını bilincaltı 
səviyyəsində  məhəlləyə proyeksiya edir, icmanı özünə 
maksimal  şəkildə yaxınlaşdırır, “dağ Muhammədə sarı 
gəlmirsə, Muhamməd dağa sarı gedir” zərb-məsəlini öz 
təcrübəsində gerçəkləşdirir.  BU ZAMAN  MƏHƏLLƏ  İCMA 
MODELİ OLUR VƏ MÜSƏLMAN ONUNLA HESABLAŞMAĞI  ÖZÜNƏ  
BORC BİLİR. Beləliklə,  məhəllə qeyri-rəsmi qanunlar, 
etik-əxlaqi normalar, davranış qaydaları, adətlər, 
etiketlər formalaşdıran sosial instituta çevrilir. 
Məhəllə ünsiyyətin və münasibətlərin, rəftarların 
tənzimlənməsi sistemidir. Müsəlman bir iş gördüyü 
zaman onu “görəsən, məhəllədə nə deyərlər, qohum-qonşu 
buna necə baxar” fikri daim məşğul edir. O öz ömrünü 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə