Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə66/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   62   63   64   65   66   67   68   69   ...   123

 
199
gətirməsidir. Bu mənada zühur, forma, hadisə seyr 
dünyanın “oxunan” və “yozulan” sintaqmasını  təşkil 
edir. Forma zaman və  məkanın kəsişdiyi nöqtədə 
mövcuddur. Tanrı, ruh, enerji, cövhər isə zaman və 
məkan dışına çıxıb dünyanın “oxunması” və “yozulması” 
çətin, gizli, məxfi sintaqmasını müəyyənləşdirir. 
Cövhər formaya keçəndə sirrini eyhamlaşdırır. Tanrı, 
ruh, enerji zühuru ilə  bəlli olur. Onlar ölçüyə 
gəlmirlər. Zühur isə konkret ölçülərə malik forma 
deməkdir. Forma varsa, şübhəsiz, bu formanın bir 
tamaşası da var: yəni o, cövhərin reprezentasiyası 
kimi, cövhərin misallar sistemində hüzuru kimi daima 
sərgidədir, seyr obyektidir. Elə dünya da ona görə 
teatr adlanır ki, bura tanrının, ruhun, enerjinin 
görüntü aldığı oyun məkanıdır, tamaşa məkanıdır, 
formaların qurub-quraşdırıldığı  fəza taxçasıdır. O 
yerdə ki, formalar əriyib itir, ora “FƏZA” deyilir. 
Bəs ünsiyyət nədir? Məkanı, forması varmı onun? 
Dünyanın formalar muzeyində ünsiyyətin  şəkli yox. Onu 
görmək və göstərmək mümkünsüz. Ünsiyyət tanrı, ruh, 
enerjilə eyni bir sintaqmada cərgələnir və  fəza 
boşluğunda sərbəstcəsinə ora-bura axır. Ünsiyyət (söz, 
danışıq) yalnız dünya efirində mövcuddur, ruhla, 
enerjilə idarə olunur, fəzaya süzülüb sonsuzluğa 
gedir. 
     “Ünsiyyət nədir?” sualına cavab tapmaq müşkül 
məsələ. Adamın ilk ağlına gələn budur ki, ünsiyyət 
söhbətdir, söz deməkdir, söz eşitməkdir, kiminləsə 
dialoq aparmaqdır. Amma susub da ünsiyyətdə bulunmaq 
mümkün. Əbəs söyləmirlər ki, baxışlar da danışa bilir. 
Lallar səssizlik içində jestlərlə söhbət qururlar. 
Korlar  əllərini formaların üstü ilə sürüşdürə-
sürüşdürə dünyanın “dilini açırlar”.  İnsan canlı  və 
cansız aləmlə, kosmosla və tanrı ilə daimi, permanent 
ünsiyyətdədir, təmasdadır. Və bununla belə ünsiyyət 
problemdir, müəmmadır. O nəsnə ki var, amma sən onu 
görə bilmirsən, ona toxuna bilmirsən, onu dada 
bilmirsən, deməli, həmin nəsnə möcüzdür, virtualdır. 


 
200
Ünsiyyət də elə bu cür bir şeydir, insanla qəbir 
evinəcən birdir, nəfəs kimi, ruh kimi bir şeydir, olum 
əlamətidir. “Mən” çıxılsın “ünsiyyət” bərabərdir 
“tənhalıq”: buradan isə faciəyə, ölümə bir addımlıq 
məsafə qalır. Ünsiyyətin astar üzü təklikdir. “Mən” 
ünsiyyətsiz “mən” ola bilmir, özünü tanıya bilmir, 
özünü dərk edə bilmir. Ünsiyyət toplum içrə “mən”in 
yaşam nişanəsidir, sosial mövcudluğun atributudur. 
“Mən”in toplumsal dəyəri onun ünsiyyət yaratmaq 
bacarığı ilə müəyyənləşir. Hərçənd bir olqu 
bildiricisi kimi ünsiyyətin nə  rəngi var, nə biçimi, 
nə  də forması. Hamıya bəllidir ki, insan barmağı ilə 
öz ağzını göstərmək iqtidarında deyil. Belə ki, dodaq 
var, dil var, diş var, damaq var, daha doğrusu, 
onların konkretliyi var; ağız yoxdur, konkretliyi də 
yoxdur. Söz isə  ağızdan izhar olur.
1
  Və bu sirri bir 
kimsə bilə bilmir. Ağız dodağın, dilin, dişin, damağın 
evidir, onların birgəliyidir. Ünsiyyət də insanlığın 
yaşadığı virtuaL, ölçüdən kənar super evdir. Çünki 
ünsiyyət, ilk növbədə, prosesdir, “insanlar arasındakı 
əlaqələrin qurulması  və inkişafı prosesidir”.
2
 Bu 
proses birgə  fəaliyyətdə bulunmaq və informasiya 
mübadiləsində olmaq tələbi ilə diktə edilir. 
Psixologiya elmi ünsiyyətin üç tərəfini fərqləndirir: 
kommunikativ, interaktiv və perseptiv. Kommunikativ 
tərəf birbaşa informasiya ilə, bilgiylə ilişikli 
tərəfdir.  İnsanların məqsədləri, niyyətləri onların 
ünsiyyətini 
şərtləndirir. Bu prosesdə 
təkcə 
informasiya “hərəkətə  gətirilmir”, həm də bilgilər, 
məlumatlar, rəylər dəqiqləşdirilir, zənginləşdirilir. 
Kommunikativ prosesin vasitələri nitqdir, optik-
kinetik (jest, mimika, pantomima), para və 
ekstralinqvistik (intonasiya, ibarə, pauza) 
sistemlərdir, ünsiyyətin zaman və  məkan içrə  təşkili 
sistemidir, bir də ki “gözlərlə kontakt” sistemidir. 
Kommunikativ prosesin səciyyəsi budur ki, ünsiyyət 
subyektləri bir-birinin davranışına təsir göstərməyə 
çalışırlar, özünün özgəsində ideal şəkildə  təmsil 


 
201
olunmasına, yəni özgə gözlərində personaya 
çevrilməsinə  səy göstərirlər. Bunun üçün gərək 
ünsiyyət dili bir ola və ünsiyyətin gerçəkləşdiyi 
situasiyanın dərki eyni ola. Ünsiyyətin interaktiv 
tərəfi dedikdə qarşılıqlı münasibətlərin, daha dəqiq 
olmaq naminə, əməli fəaliyytin ümumi strategiyası başa 
düşülür. Bu strategiya özündə ya kooperasiyanı 
(əməkdaşlığı), ya da rəqabəti qapsayır. Birinin 
əsasında saziş, həmrəylik dayanır, o birisi konflikt 
müstəvisində  qərarlaşır. Bu, interaktiv ünsiyyətin 
təməl prinsipidir. Ünsiyyətin perseptiv tərəfi başqa 
şəxsin  obrazının formalaşma prosesini özündə ehtiva 
edir. Bu o deməkdir ki, subyekt özgəsinin fiziki 
parametrləri güzgüsündə onun psixoloji portretini 
yaradır, rəftarının xüsusiyyətlərini təxmini  şəkildə 
müəyyənləşdirir. Belə  məqamda başqa insanın dərk 
edilməsinin (qavranılmasının) iki mexanizmi 
aktuallaşır: identifikasiya (bənzətmə, tanıma, bilmə) 
və refleksiya (bu adamı  ətrafı necə görür).
3
 Bu 
sitatlaşdırdığım məsələlər məlum və  bəlli. Ünsiyyət 
subyekt - obyekt bağlantısıdır və bu bağlantını təmin 
edən vasitələr mövcuddur. Amma bununla belə  mən yenə 
deyə bilmərəm ki, ünsiyyətin özü nədir, forması nədir, 
harada peyda olur, harada tükənir. Çünki onun konkret 
bildiricilər sistemi yoxdur; ünsiyyətin obrazı yoxdur, 
ünsiyyətin maddiliyi yoxdur və o, efemerdir, 
müvəqqətidir, ötəridir, məkana sığmır.  Əvəzində 
ünsiyyətin qabı var, cihazı var. Belə ki, insan 
ünsiyyət istehsalçısıdır, ünsiyyətin yaradıcısıdır, 
müəllifidir; yəni o özündən ünsiyyət yapır. Ünsiyyət 
zor və istəm (iradə) dışındadır, ruhun oyunudur, ruhun 
özünü tanıtmasıdır, ruhun səsidir, ruhun mikro 
sərgüzəştləridir. Söhbət hələ ünsiyyət demək deyil, 
amma ünsiyyət  əlamətidir. “Üns” sözü ərəbcədən azəri 
türkcəmizə 
tərcümədə “yaxınlaşma”, “dostlaşma”, 
“mehribanlaşma” mənalarında anlaşılır. Məsələ bu ki, 
söhbətin ünsiyyətə çevrilib-çevrilməyəcəyi bir qayda 
olaraq müəmma kimi qalır. Çünki ünsiyyəti “mən”in 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə