Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə74/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   70   71   72   73   74   75   76   77   ...   123

 
223
əyləşdirmək nə demək? Olası bir işmi, yahu? Əsla, 
mümkünsüz. Səbəbi də aydın. Ona görə ki, Haqverdiyevin 
ədəbi-bədii irsi hələ də “bağlı  boxça” kimi bir şey: 
açıb baxmaq, baxıb da kəşf etmək gərək. 
     Mənim məqaləm də elə bu sayaq bir cəhd. 
Azərbaycan  ədəbiyyatının  “ƏBDÜRRRƏHİMBƏY HAQVERDİYEV” 
müstəvisində (qatında) qərarlaşıb onun  konseptual 
yaradıcılıq mündəricəsinin strukturunu, bu strukturda 
gəlişən  əsas motivlərin gerçəkləşdiyi estetik modeli 
təsvir və  şərh etmək mənim müəllif məramım.  İstərdim 
ki, müsəlman mədəniyyəti kontekstində 
Qərb 
uyqarlığının modern sənət dəyərlərinə köklənmiş bir 
azərbaycanlı maarifçisinin bədii paradiqmasının 
funksional bildiricilərini aşkarlayıb müəyyənləşdirim. 
Məqsədimə uyğun predmetə yanaşma yönünü dəyişdim, 
sosioloji təhlildən kulturoloji analizə keçdim və... 
nə görsəm yaxşıdır? Gördüm ki, maarifçi 
Əbdürrəhimbəyin yaradıcılığı Şərqlə Qərbin bifurkasiya 
nöqtəsi, müsəlman mədəniyyətinin özgə  mədəniyyətlə 
təmasında yaşanan faciəvi  əxlaq kollapsının güzgüsü, 
millətin mənəviyyat xəritəsi, absurdun psixoloji 
panoramı; qısası, Azərbaycanın filologiya “dənizində” 
yekə bir aysberq; üçdə ikisi məxfi, mürgülü. Gördüm 
ki, Haqverdiyev dünya içində dünya, amma sovetlər 
dönəmində “damğası” vulqar sosioloji təhlillə vurulub. 
Onda gördüm ki, yazmasam ayrı bir əlacım yoxdur. Elə 
isə mövzunun araşdırılması üçün mənim ideyalarımın 
cəmləşdiyi əsas elmi-fəlsəfi platforma: 
 
HAQVERDİYEV YARADICILIĞINDA DÜNYA MODELİ 
(nağıl və məkan) 
 
     Kosmosda  nə mövcuddursa, məkanı var. Məkansız 
bircə Allah. Məndən Allaha qədər olan məsafə məkandır; 
aramızda təbii landşaft, fəza, ulduzlar, planetlər... 
və qalaktikalar. Hərçənd məkandan da məkansızlığa 
iynəyarım yol. Allah mənimlə birgə  məkandadır: mən 
Allahla birgə  məkansızam.  Bu, fəlsəfə üçün. Aydın və 


 
224
konkret düşüncə müstəvisində isə  məkan, ilk 
növbədə, materiyanın olqu formalarından biridir: yəni 
nə varsa, o, məkanda özünə yer bulur.  Yoxun yeri 
yoxdur.  Odur ki, sadə psixi qavrayışda məkan  İNSAN 
MƏSKƏNİ kimi anlaşılır. Məkan üstündə gəzdiyim torpaq; 
yaşadığım ev, dalan, küçə, məhəllə,  şəhər, ölkə, 
cahan; duyğularımın obrazı, nişanəsi; yaddaşım üçün 
fiziki kataloq; adət və  şakərlərimin gerçəkliyini 
təsdiqləyən faktor; TALEYİM; zamanın qiyafəsi, donu, 
paltarı, görünüşü. Məkanda mən özümü tanıyıram və mənə 
potensial özgə olanları “özünküləşdirirəm”. Axı onlar 
mənim  şəhərimi (ölkəmi, kəndimi, məhəlləmi) mənimlə 
birlikdə bölüşürlər. Hüquqlar bərabərdir və  şəriklik 
aprioridir. Bu, bizim qeydiyyatsız, imzasız, sənədsiz 
ittifaqımızdır, rəsmiləşdirilməmiş müqaviləmizdir. 
Məkan  cəmiyyətin  dekorasiyasıdır, ictimai həyatın, 
sosial olayların və  fərdi yaşantıların kontekstidir, 
çərçivəsidir; hər bir dövrdən, zamandan ötrü isə 
tarixi tekst kimi qiymətlidir. Məkan mətndir
1

informasiyadır, işarədir, bildiricidir: “oxunur”, 
yozulur,  şərh edilir, mənalandırılır. Elə bu əsnada 
demək mümkün ki, məkan hər hansı bir ədəbi-bədii 
əsərin qeyri-rəsmi “lal” qəhrəmanıdır, bütün 
hadisələrin “dinməz” şahidi və gizli təhrikçisidir. Bu 
“lal” personajın, iştirakçının səsi yoxdur, amma sözü 
var və o, “danışır”. Bədii əsərdə məkan sahmanlayıcı, 
təşkiledici, nizamlayıcıdır. Hətta düşüncə  də  məkanda 
“gəzir”. Məkan qəhrəmanların fəaliyyət dünyasını 
qurur, onların davranış, rəftar partiturasını 
müəyyənləşdirir. Nədən ki, ZAMAN insanın fəaliyyəti 
vasitəsilə  məkanda “açılır”, dinamikləşir,  şaxələnir 
və özünü təsdiqləyir. Ona görə  məkan həmişə sosial 
əlaqələr iyerarxiyasının, ictimai münasibətlərin, 
millətin ünsiyyət ənənəsinin, etnopsixoloji durumunun, 
passionarlıq səviyyəsinin, dini gələnəklərinin və 
estetik zövqünün görkəmidir. Bu mənada bədii  əsərin 
qəhrəmanını yaradan, yaşadan və onun ömür müddətini 
təyin edən məkandır. Hər bir insan məkanla aramsız 


 
225
enerji mübadiləsindədir. Allahın TORPAQDAN (gildən, 
palçıqdan) yapdığı  İNSAN daim daimi məkan içindədir. 
Məkan onun varlıq meyarıdır, sosial-psixoloji, 
kulturoloji səciyyəsidir, “mən”in güzgüləndiyi yerdir, 
milli xarakterin təcəssümüdür və ayrılıqda hər bir 
fərdin  şəxsi vərəqəsidir. Biz harada yaşayırıqsa, ora 
bizim özümüzə oxşayır, və əksinə. Bu mənada, məkan elə 
biz özümüzük. Məkan mənim davamımdır: mən də  məkanın 
davamıyam. Belə ki, məkan da “canlıdır”, orqanizmdir, 
sistemdir və insanla fasiləsiz kontaktdadır. 
     Qavroş, polkovnik Şaber, madam Bovari, Jülyen 
Sorel Fransanın özü və üzü kimidirlər; Parisin, 
Marselin (və digər bölgələrin) küçə  və meydanlarının 
ruhunun, hüsnünün “intim”, eksklüziv portretləridir. 
Qəhrəman hər bir vaxt öz məkanına müsavidir. 
Ə.Haqverdiyevin hekayələrində  də bu belədir. Onun 
nəsrinin “sakinləri” Orta çağların müsəlman 
şəhərlərinə  bənzəyirlər.  İlk baxışda adamda elə 
təəssürat yaranır ki, yer üzündə müsəlman  şəhərləri 
heç nədən ehmalca, tədricən peyda olurlar, bir ritmə 
köklənib yaşayırlar və asanlıqla “dünyalarını  dəyişib 
gözdən itirlər”, unudulurlar, sanki köhnə qala 
divarları kimi “ovxalanıb tökülürlər”
2
 Bu ilk 
təəssürat aldadıcı deyil, Orta əsrlərdə müsəlman 
şəhərlərinin mövcudluq ahəngi və mövcudluq 
həqiqətidir. XIX yüzil Azərbaycanı Ortaçağ islam 
aləmindən bir elə  də  fərqlənmirdi və  hələ ki ondan 
ayrılmamışdı. XIX əsr Azərbaycanında müsəlman 
mədəniyyətinin qanunları  səsə, gücə malikdi: insanın 
batini üçün mənəvi imperativdi, zahiri üçün 
müəyyənedici etiketdi, məkanın təşkilində isə  fəlsəfi 
sxem.  İslam dünyasında məkanın müəllifi həmişə 
kişilərdir və bu məkan yalnız onlara məxsusdur. Bica 
demirlər ki, islam kişilərin dini kimi formalaşıb və 
tarixiləşib. 
Əbdürrəhimbəy Haqverdiyevin 
hekayələrindən görünən kişi məkanı da müsəlman 
şəhərinin variantlarından biri kimi zühur edir. Elə 
buradaca qısa tarixi-kulturoloji ekskurs. 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə