Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə76/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   72   73   74   75   76   77   78   79   ...   123

 
229
     Haqverdiyevin  personajları da elə bil bu 
“cadulu” məkana küləklə  gətirilib ilişdiriliblər, 
sonra isə bu məkana yapışıblar, bitişiblər, pərçim 
olublar və 
tərpənməyə daha heyləri qalmayıb: 
sakitcənə, müti qul kimi bir yerdə  əyləşib, dayanıb, 
uzanıb Allahdan verilmiş ömrün, taleyin, alın 
yazısının, qismətin məlum sonunu gözləyirlər (külək 
əsəcək və onları götürüb aparacaq) və hətta TANRIYA bu 
paya görə şükr etməkdən bezmirlər.  
     Bu  müsəlman həyat tərzinin obyektiv şəklidir, 
trafaret görüntüsüdür və XIX yüzilə aiddir. Ona iki 
cür yanaşıb qiymət vermək olar. Birincisi: Şərq 
fəlsəfi sisteminin dəyərlərinə görə bu, ən ali 
mərtəbədir, ideal müqavimətsizlikdir, Budda 
vəziyyətidir, nirvanadır, dünya harmoniyasında 
“əriməkdir”, heçləşməkdir, “mən” üzərində tam 
qələbədir, “mən”dən qurtulmaqdır, kamillik zirvəsidir. 
İkincisi: avropalı maarifçinin təfəkkürünə görə bu, 
passivlikdir, tənbəllikdir, absurdun, 
tragikomediyanın,  şəbədənin qapılarını açan olum 
modusudur, rişxənd obyektidir. Bax, bu fərqlilik, bu 
ikilik  Əbdürrəhimbəyin fikir dünyası üçün xarakterik 
haçalanmaya çevrilir, yazıçını düşüncə diskomfortu, 
düşüncə konflikti içində yaşamağa sövq edir. Elə bunun 
ucbatındandır ki, Haqverdiyevin öz personajlarına 
münasibəti ambivalentdir: bir yanda maarifçi tənqidi, 
maarifçi mühakiməsi, ironiya, rişxənd; o biri yanda 
isə  Şərqin fəlsəfi koordinatlarında qərarlaşmış 
düşünər bəraəti. Nümunə  Şeyx  Şəban: Mirzə  Səfərə 
toxunmuram. Kim deyə bilər ki, Şeyx Şəban bədbəxtdir, 
ya xoşbəxt? Kim deyə bilər ki, o, necə bir adamdır? 
Kim deyə bilər ki, Şeyx  Şəban qəhrəmandır, yoxsa 
antiqəhrəman? Dəqiq heç kəs. Nədən ki, Şeyx  Şəban öz 
mühitində balıq suda yaşayan kimi yaşayır, ağrısız, 
şikayətsiz, sevincsiz, kədərsiz yaşayır, 
eqzistensiyasız yaşayır, Allahın 
ətəyini tutub 
yaşayır, bir təhər çörək pulusunu qazanıb yaşayır. 
Bəli, “mən haman o Şeyx  Şəbanı deyirəm ki, yolun 


 
230
qırağındakı  məhəllə  məscidinin qabağında  əyləşib 
pinəçilik edirdi. Yağış yağanda sel gətirən köhnə 
başmaqları, çustları, çəkmələri, çarıqları  yığıb, 
qəlibə vurub, yamayıb, ucuz qiymətə, cütünü bir 
abbasıdan, altı  şahıdan satırdı”. Bu, Ə.Haqverdiyevin 
hekayəsinin başlanğıcıdır. Məkan da lap əvvəlcədən 
bəlli: məhəllə məscidinin önü; yəqin ki, tabaq formalı 
şəhərin mərkəzi bir bölgəsi, onun çuxurabənzər “dibi”. 
Nə üçün mən bunu belə  əminliklə söyləyirəm? Çünki 
müsəlman 
şəhərlərində 
məscidlər, adətən, qıraq 
küçələrdə, kənarda yox, məhz mərkəzi məhəllələrdə, 
əhalinin sıx olduğu yerlərdə tikilərdi. Bu, bir. 
İkinci də pinəçi  əldən-ayaqdan uzaq bir küncdə 
xidmətini camaata təklif edib nə qazanacaqdı ki? Başqa 
bir məqam: sel məhəllə boyu üzü aşağı axıb getsəydi, 
Şəban cındır başmaqları sudan nə cür çıxaracaqdı? 
Deməli, məscid və  Şeyx  Şəban haradasa şəhərin 
mərkəzində, ya da ki mərkəzə yaxın bir çevrədə 
mövcuddurlar. 
Şəhərin bu bölgəsinin mifoloji 
semantikasına görə burada məkana PİNƏÇİ (horizontal) 
və AZANÇI (vertikal) sahibdirlər.  Şeyx  Şəbansa həm 
pinəçidir, həm azançı. O, müəllifin təsvirində sanki 
balaca bir heykəlcikdir, kukladır, pinəçi fiqurudur 
ki, ibadət zamanı  əyləşdiyi kətildən dik qalxıb 
minarəyə “dırmaşır” və müəzzinlik edir. Öz semantik 
mənalar çənbərinə görə, məncə, Azərbaycan 
ədəbiyyatında  ən unikal epizodlardan biri. Məsələ bu 
ki, islam dünyasında bütün çarıqlar, başmaqlar, 
qaloşlar məscid qapısınadək sürünüb dayanır: içəri 
girmək onlara qəti qadağandır. Nədən ki, burdan o 
yanası  mənəvinin, ilahinin və ruhaninin mülküdür, 
səltənətidir. Başmaqlar müqəddəs, sakral zonaya 
buraxılmır. Yasaqdır. Niyə? Belə ki, AYAQQABI miniatür 
simvolik quyudur, şərti zindandır. Onu insan bədəninin 
mikroqəbri kimi də yozmaq mümkündür. Təsadüfi deyil, 
yuxuda çəkməni öz ayağından çıxartmaq hər hansı bir 
sıxıntıdan,  əziyyətdən azad olmaq, qurtulmaq kimi 
anlaşılır. Müsəlmandan ötrü BAŞMAQ faniliyin konkret 


 
231
vizual predmetiv obrazıdır, rəmzidir; torpaqla, 
daş-kəsəklə  təmasda bulunan və dağılıb gedən bir 
nəsnədir. Başmaq faninin, örətinin, məscid (minarə) 
isə  əbədinin simvoludur və bir-birinə qarşıdurum kimi 
götürülə bilər.  Əbdürrəhimbəy də  Şeyx  Şəbanı  şəhər 
içrə elə bir məkanda bərqərar edir ki, orada iki dünya 
sərhədləşir və biri digərinə harmonik şəkildə 
transformasiya olunur: maddi ruhiyə, mənəviyə, fani 
əbədiyə keçir, və  əksinə. Pinəçi islam mədəniyyətinin 
marginal bir fiquru, bir obrazıdır: müsəlman düşüncəsi 
və həyat tərzi onun məqamını lotu ilə mömin, dələduzla 
sufi, alverçilə müdrik bilgi sahibi arasında təyin 
edir. Ona filosof da demək olar, dərviş  də, usta da. 
AYAQQABI (çarıq, başmaq, çəkmə) onun üçün mətndir: bu 
“mətn”də o, insan xarakterini, insan taleyini 
“oxuyur”.  Ə.Haqverdiyevin “Şeyx  Şəban” hekayəsində 
pinəçi urvatsız və qutsal məkanların stalkeridir, 
əlaqələndiricisidir. Bu mənada  Əbdürrəhimbəyin  Şeyx 
Şəbanı nə personajdır, nə obrazdır, nə xarakter. Şeyx 
Şəban müsəlman dünyasının, müsəlman  şəhərinin və 
bütövlükdə islam məkanının özüdür, onun insan 
cildində, insan qiyafəsində, azəri türkü variantında 
təzahürüdür.  Şeyx  Şəban zamanın yox, məkanın oğludur: 
məkan necədirsə,  Şeyx  Şəban da elədir. O, hava ilə 
deyil, məkanla “nəfəs alır”: məkan bu pinəçinin (cəmi 
müsəlmanlar kimi) ömrünün “şəkli”dir.  
     Ə.Haqverdiyev Azərbaycanın 
ən “müəmmalı” 
maarifçisi və yazarı kimi pinəçi  Şeyx  Şəbana  şərait 
yaradır ki, o, məkanı bütövlükdə quca bilsin, 
bütövlükdə  nəzərində saxlaya bilsin, bütövlükdə 
gözlərinə hopdura bilsin. Hekayədə ona imkan verilir 
ki, məkana, öz mömin qardaşlarına, soydaşlarına üç 
müxtəlif rakursdan baxsın: çəkmə (başmaq, çarıq) 
yamayarkən (tikərkən, silərkən) aşağıdan yuxarı (axı 
o, alçaq kətil üstündə  əyləşib işləyir və  hərdən 
başını qovzayıb, diqqətini AYAQ və ayaq-QABI-lardan 
yayındırıb dünyaya, insanlara tamaşa eləyir);  şəhərdə 
gəzərkən geniş spektrli görmə bucağında düz, sağa və 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə