Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə60/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   56   57   58   59   60   61   62   63   ...   123

 
181
islam dünyasında  MƏSCİD  və  KARVANSARA  eyni  bir 
ideyanın müxtəlif təzahürləri olur və toplumda oxşar 
funksiyaları yerinə yetirir. 
     MƏSCİD heyrətə  gətirən, valehedici sadəlik 
nümunəsidir. Bayır və iç tərəfdən məscidin hamar 
şirələnmiş yalxı divarları yalnız xəttatlıq örnəkləri 
və islimilərlə  bəzədilir. Məscidin içində isə minbər, 
xalça (və ya palaz, cecim), rəhlə, lampa və ya 
şamdanlardan başqa heç nə olmur. Daşdan hörülmüş qalın 
divarlar sanki “pərvazlanacaq” tağlarla bir-birinə 
bitişdirildiyindən məscidin daxili atmosferi adamı 
sıxmır, əzmir, əksinə, insana gümrah və təntənəli bir 
ovqat bəxş edir. Nədən ki, MƏSCİD MERAC EVİDİR. NAMAZ 
İSƏ MÜSƏLMANDAN ÖTRÜ MUHAMMƏD PEYĞƏMBƏRİN MERACININ 
İMİTASİYASIDIR. Belə ki, məscidin astanasında materiya 
qurtarır. Mömin başmaqlarını 
çıxarıb məscidin 
döşəməsinə ayaq basanda sanki müəyyən müddətə 
maddiliklə vidalaşır.  Məscid ruhun evidir, ruhun 
təntənə  məbədgahıdır. Məscid,  əgər belə demək 
mümkünsə, ruhların karvansarasıdır. Burada insanın 
ruhu dincəlir. Müsəlman aləmində ruhlar üçün unikal 
istirahət yeri məsciddir. Məscidin həyəti bir qayda 
olaraq mikroparkdır. Orada həmişə  sərin suyu olan 
hovuz olur; həyətin perimetri boyunca ağaclar  əkilir 
və  cənnətsayağı kölgəlik təmin edilir. Lakin bununla 
belə... məscid həm də ticari proyektlərin müzakirə 
evidir. Nəcm  əd-Din Bammət yüz min dəfə haqlıdır, 
yazanda ki, “istər açıq havada olsun, istərsə  də 
gümbəz altında məscid, ilk növbədə, icmanın toplaşması 
mümkün olan azad məkandır”.
9
  Məscidə hamı  gəlir və 
hamı da göz qarşısındadır: yəni lazım olan adamla arzu 
edilən hər hansı bir iş  və ya sövdələşmə üçün zəmin 
hazırlamaq mümkündür. Məscid müsəlman ölkəsində qeyri-
rəsmi ticarət mərkəzidir. Bu “mərkəz”də hamıya Allahın 
lütfündən, himayəsindən bərabər pay düşür. Çünki 
məscid hamınındır və konkret heç kimin deyil. Məscid 
Allahın karvansarasıdır. Odur ki, məscid  CÜMƏDƏN 
(camiədən), yəni insanların bir yerə  cəm olmasından, 


 
182
toplaşmasından, yığıncağından başlayır. Niyə  məhz 
cümə günündən?  İslam dünyasında cümə gününün beş 
qutsal səciyyəsi var: Muhamməd Rəsulullah cümə günündə 
dünyaya gəlib. Ona peyğəmbərlik cümə günündə verilib. 
Quran cümə günü nazil olub.  Cümə günü müsəlmanlar 
Məkkəni fəth ediblər. Axirət günü cüməyə düşəcək. 
Müasir siyasi leksikonda danışsaq, Cümə günü 
müsəlmanların həmrəylik günüdür və bu həmrəyliyi əyani 
göstərmək üçün onlar həftədə bir dəfə mütləq məscidə 
yığışmalıdırlar. Bu baxımdan məscid möminlərə, hər 
şeydən öncə, birgəlik duyğusu aşılayır. Birgəlik, 
həmrəylik ideyası islam aləmində ibadətin öz 
təbiətindən doğur. Həmişə üzü qibləyə dayanmış mömin 
islam icmasına mənsubluğunun şəhadətini verir. 
     Qiblə  Kəbədir,  icma mərkəzidir. Məscid qiblənin 
güzgüsüdür. Mehrab məscid kontekstində qiblənin 
simvoludur.  Qiblə (Kəbə) məscidə mehrab vasitəsilə 
gəlir.  Deməli, hər bir müsəlman bölgəsində  məscid 
Kəbəni, qibləni  əvəzləyir. Belə  də söyləmək mümkündür 
ki, məscidə ayaq basan müsəlman Kəbənin qiyabi 
ziyarətçisinə çevrilir. Məscid müsəlman icmasına 
bağlılığın təminatçısıdır, bu rabitənin,  əlaqənin 
vizual görküdür, rəmzidir, simvoludur, məkan içrə 
konseptual təsdiqidir. Verbal qatda isə icmaya 
mənsubluq məscidin içindəki  SÖZ  kimi açılır. Bu söz 
şəhadət formuludur, zikr formuludur. Məscid söz 
iqamətgahıdır, mömin şəhadətinin məkan obrazıdır.. 
Məsciddəki söz AZAN  vasitəsilə  bəyana gətirilir. 
Məscid Quranın (Allahın, cənab Cəbrailin və Muhamməd 
peyğəmbərin)  SÖZÜ ilə müqəddəsləşir. Burada Söz 
verilir və Söz alınır. Söz isə ruh kimidir, 
virtualdır. Sözlə biz yox, ruhumuz danışar. Məscid 
sözün səslənmə gözəlliyini və qutsallığını, ruhun 
“dillənməsini”, ruhun sözə çevrilməsini təmin edən 
məbəddir.  İalam dünyasında bənzərsiz qiraətxana 
məsciddir. Müsəlman aləmində qrammatika, oxu, tədris, 
elm, bilik, mərifət məsciddən başlayır. Məscid 
müsəlmanın olumunun və onun mövcudluq bölgəsinin, 


 
183
mövcudluq arealının təşkilatçısıdır. Belə ki, 
harada məscid varsa, ora Kəbədir, deməli, mərkəzdir. 
İcmanın, toplumun həyatı  və adi gündəlik fəaliyyəti 
isə  mərkəz  ətrafında qurulur. Ona görə  də bazar, 
hamam, karvansara və  mədrəsə  həmişə  məscidin yanında 
olur. 
                      *** 
BAZAR. Müsəlman  şəhərində  məscid həndəvərində bazarın 
olması mütləq bir şey, yazılmamış qanun.  Bazar 
müsəlmanların maddi həyatının təminatçısıdır. Hər bir 
müsəlman bölgəsində bazar məscidin bir 
addımlığındadır, bəlkə də onun darvazasından başlayır. 
Bu fikri, daha doğrusu, bu həqiqəti məndən öncə 
çoxları söyləyib.  İndi mən hamıya bəlli bir məsələni 
təkrarlayıram və bundan ötrü kiməsə istinad eləməyi 
lazım bilmirəm. Çünki nümunə elə bizim Bakının özüdür. 
“Göy məscid” kimi tanınan “Əjdər bəy məscidi”ndən 
“Təzə bazarı” bir-birindən  gözəyarı yüzəlli, ya da 
ikiyüz metrəlik bir məsafə ayırır. “Təzə pir” 
məscidiylə el içində “Passaj” kimi nişan verilən 
“Köhnə bazar”ın arası da təqribən bir o qədər olar. 
Bakının “Bayır şəhər” bölgəsinin XIX yüzildən etibarən 
tikilməyə başlanmasına baxmayaraq məkanın təşkilində 
Məscid - Bazar qoşalığı bir memarlıq prinsipi kimi 
üstün və  məqsədəyönlü sayılmışdır.  Əlbəttə, vaxtilə 
Ortaçağ müsəlman  şəhərlərinin yığcam məkan imkanları, 
insanların kompakt məskunlaşma  şərtləriylə ilişikli  
məscidlə bazarın qonşuluğu daha yaxın olmuşdur. 
Karvansara da bu qonşuluqda üçüncü “nöqtə”ni təşkil 
etmişdir.  Məscid - Bazar - Karvansara müsəlman 
şəhərinin “bədən”ində  əsas arteriyadır.  Bu “arteriya” 
möminlərin yaşadığı bölgəni “sönməyə”, dayanmağa 
qoymur. Belə “qruplaşma”nın səbəbi aydındır. Çünki 
islam və ticarət, din və alver həmişə bir-birinin 
içindən “cücərib” boy atıb. Muhamməd peyğəmbərin adı 
ilə bağlı olan Məkkə  və  Mədinə  şəhərləri həmişə  ərəb 
dünyasının ticarət mərkəzləri kimi qavranılıb. 
Müsəlman ticarətlə yaşayır. Ticarət müsəlmanın istisna 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə