Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə58/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   54   55   56   57   58   59   60   61   ...   123

 
175
MƏSCİD.  Ərəbcə “məscid” sözü “təzim etmək”, “diz 
çökmək” mənalarını ifadə edən “səcədə” kəlməsindən 
düzəldilmədir. Xalçaya isə ərəblər “səccadətun” deyir. 
Səcdə xalça ilə bağlı davranışdır. Ayaqaltına salınmış 
xalça səcdəyə eyhamdır. Azan vaxtı yetişdikdə mömin 
insan ibadət xalçasını istədiyi yerdə  (şəriətə  əsasən 
paklığı bəlli olan) döşəyib namaz qıla bilər. Bununla 
da müsəlman hər hansı bir məkanın hər hansı bir 
guşəsində ibadət xalçasını açmaqla müqəddəs hücrə, 
mikroməscid effekti meydana gətirir. O, real dünya 
parametrlərində tanrı ilə kontakta çıxmaqdan, Allah 
hüzurunda bulunmaqdan ötrü sanki özünə sakral məkan 
yaradır, gerçəkliklə bütün əlaqələri müəyyən müddətə 
kəsir,  ətrafına, dünyaya, bədəninə maksimal şəkildə 
yadlaşır, bir növ maddiliyini itirib zaman içindən 
kənara “sıçrayır”,  əbədiyyətin qapılarına gəlir, 
ruhsal, kosmik bir zonada qərarlaşır. İbadət məqamında 
müsəlmana söhbət eləmək, yemək, içmək, gülmək, 
öskürmək, ağlamaq, namaz rükətlərinin hərəkət 
partiturasında verilmiş davranış  qəlibini pozmaq 
qadağandır. Heçnə müsəlmanın fikrini, diqqətini günün 
bu sakral ibadət dönəmlərində Allahından yayındıra 
bilməz.  Namaz tanrı ilə konfidensial kosmik rabitə 
üçün  şəxsi vəsiqədir.  Onda  belə söyləmək olar ki, 
məscid Allaha səcdənin icra edildiyi ibadət 
xalçasından başlayır... Amma mümükündür ki, bu vaxt 
müsəlmanın canamazı olmasın. Fars dilində “canamaz” 
sözü “namaz yeri” mənasını özündə qapsayır. Hərçənd 
möhür, möhür qabı, təsbih, daraq qabı, qiblənüma 
(qibləni göstərən kompas), ibadət xalçası da kompleks 
şəkildə “canamaz” anlamının içinə daxildir. Düzü, 
artıq uzun illərdir ki, Azərbaycanda “canamaz” sözü 
namaz yeri kimi yox, daha çox namaz atributlarının 
kompleksi qismində başa düşülür. Məsələnin həqiqəti bu 
ki, müsəlmana canamazsız, yəni namaz atributları 
olmadan da ibadət etməyə icazə verilir. Müsəlman 
məscid olmadıqda xavrada, kəlisada namaz qılmağa 
iznlidir. Dəstəmaz üçün su tapılmadıqda o, torpaq, daş 


 
176
vasitəsilə paklaşa bilər. Möminin ixtiyarı var ki, 
adi bir daş parçası götürüb ondan möhür əvəzinə 
faydalansın. Yəni islamda ibadət namaz yerini və 
atriburlarını mütləq vacibliyi olan bir nəsnə saymır. 
Önəmli şərt üzü qibləyə dayanıb rükətləri icra etmək, 
daha doğrusu, müqəddəs duaları oxumaqdır. Hətta burada 
xəstə, səfərə  çıxmış adamlar üçün də islam güzəştlər 
nəzərdə tutur. Ancaq bir şey güzəştsizdir: namaz 
zamanı  sən mütləq qibləni bilməlisən.  Qibləsiz ibadət 
yoxdur.  İbadət müsəlmanın üzünü qibləyə çevirməsiylə 
başlayır... Bu o deməkdir ki, islamda ibadət müstəqim 
şəkildə  məkanla bağlıdır. Bu fikri bir ayrı cür də 
səsləndirmək mümkün: islam dünyasında ibadətin  şərti 
məkandır.  İbadət məkanını müsəlmanın özü təşkil edir. 
Müsəlman aləmində  fərdlə tanrının ünsiyyətini məkan 
tənzimləyir. Deməli, o yerdə ki namaz qılınır, ibadət 
edilir, ora məsciddir.  MƏSCİD  İBADƏT EDİLƏN, SƏCDƏ 
OLUNAN YERİN MƏKAN KONKRETLİYİDİR. Lakin... və bir də 
lakin...  Əgər mömin öz ibadəti üçün hər yerdə lokal
fərdi mikroməscid təşkil edə bilirsə, o zaman MƏSCİD 
bir tikili statusunda müsəlmana nədən ötrü lazımdır? 
Birbaşa deyim, aydın olsun, sonra keçim izahına. 
Məscid, ilk növbədə, müsəlman cümələrinin məscididir, 
icmanın bir yerə toplaşmasının 
şərtidir, 
zəruriliyidir, dini kommuna obrazıdır, müqəddəs 
KARVANSARADIR. Məscid özündə  hər zaman karvansara 
ideyasını yaşadır. Di gəl ki, bununla belə... Məscid 
bir tikili kimi öz zahiri quruluşu, forması etibarı 
ilə  ən qədim və primitiv memarlığa refleksiyadır. 
Vizual mədəniyyət  sistemində öz gerçəkliyini tapmış 
bütün estetik formalar kişi və qadın başlanğıclarına 
xas obrazların müxtəlif variasiyalarda imitasiyasıdır. 
Məscid kompleksində  də minarə  və gümbəz məhz bu 
başlanğıcları eyhamlaşdırır, onların ideal 
birgəliyini, törədici qüdrətini simvolik şəkildə 
sərgiləyir. 
Əvvəlcə “minarə”nin etimolojisindən 
başlayım. Söz “manara” sözündəndir, ilkin anlamı “od 
yandırılan yer” və ya “od parıltısı salan yer” olub. 


 
177
Yəqin ki, zərdüştlikdə od qüllələrilə bağlıdır. 
Minarə vertikal duruşlu insanı da andırır, “əlif” 
hərfini xatırlatdığı üçün tanrını da simvolizə edir
2

Məkan içrə minarə öz oxu ətrafında bükülmüş ehramdır. 
Gümbəz isə müsəlman memarlığı ansamblında üfqi 
istiqamətdə ortadan kəsilmiş ehramı xatırladır. Minarə 
horizontal xəttin vertikal vasitəsilə yuxarı dünyaya 
sıçrayışıdır.  Gümbəz isə sanki yaradılış üçün hazır 
palçıq (torpaq) kündəsidir. Toposferada gümbəz elə bil 
ki hamilə qadının yumrulanmış qarnına işarədir. Minarə 
öz sakral enerjisini məhz gümbəz vasitəsilə  məkana 
paylaşdırır. 
     MƏSCİD  Ortaçağ memarlığının məkan “imzası”dır, 
onun  MƏNLİK “jesti”dir, islamın  şəhərə verdiyi yaşam 
vəsiqəsidir, dini emblemdir, işarədir. Bu işarə 
müsəlman məskəninin daxili enerjisini, batini gücünü, 
yaradıcı ruhunu həndəsi obraza, həndəsi fiqura 
çevirir. Müsəlman  şəhəri məkanda açılmış, məkana 
döşənmiş  məsciddir.  Məscid isə sanki mozaika kimi 
şəhəri, məkanı öz içinə yığır, onun ahəngini, ritmini 
modulyasiya edir. İş bu ki, məscidin fonunda müsəlman 
şəhəri miskin, əlacsız, sakit və məğmun görünür. Amma 
bu, aldadıcı  təəssüratdır. Müsəlman  şəhəri okeanın 
dibi kimi təlatümsüzdür, hərçənd... bu səssizlik 
şiddətli qasırğalar törətməyə qabil. Dar, əyrim-üyrüm 
küçələr, köndələn, ensiz dalanlar, biri digərinin 
böyründə “bitən” yastı-yapalaq evlər, hasar-çəpərli 
bap-balaca həyətlər müsəlman  şəhərini, gərçi  şair 
diliylə desəm, yumağa oxşadır. Hər hansı bir özgəsi bu 
şəhərə  gələndə elə sanır ki, labirintə düşüb: 
məhəllələrin görkəm eyniliyi ilə rastlaşır, bənzər, 
əkiz binaları, qəfəsli, kiçik pəncərələri bir-birindən 
ayıra bilmir. Çünki məkanın  fərq nişanələri ona heç 
nə “pıçıldamır”. Avropalı müsəlman şəhərində bir nəsnə 
tapmır ki, özünə oriyentir seçsin. O, hər zaman məkana 
xof və şübhə ilə yanaşır. Özünü sirr və məxfiliklərlə 
dolu bir dünyada hiss edir və sonucda formalar 
yeksənəqliyindən cana doyur, bezir. Müsəlman  şəhəri 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə