Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə50/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   46   47   48   49   50   51   52   53   ...   123

 
151
SÜD olmasın. Ağ buğda dənəsi bircə gün suda, ya da 
ki nəm torpaqda qalır, südlə dolur. Təzə qoz ləpəsinin 
paralayırsan, südü damır.  Şingiləni qoparırsan, 
barmaqların südə batır. Belə ki, hər bir bioloji 
varlığın tarixçəsi süddən başlayır. 
     Mifoloji təfəkkür quş südünü göyərçinin boğazında 
tapır ki, bu da dirilik suyu kimi can verməyə qadir 
olan bir nəsnədir. Quş südü haradasa qədim yunan 
tanrılarının  ətirli yeməyi ambroziya (müşki-ənbər) 
kimi bir şeydir. Bu, elə bir yeməkdir ki, mifologiyada 
onunla tanrılara  əbədi yaşarılıq (bəzənsə  əbədi 
cavanlıq) verilir. Müşki-ənbər  ətirşah,  ətirçiçəyi 
(onların südü, nektarı) kimi də anlaşılır.  
     Bir  az  da  uzaqlara  gedək, üzümüzü tutaq Hind 
mədəniyyətinə.  Əski hindli tayfalarının təsəvvüründə 
SÜD “bilginin mənimsənilməsi”nin obraz konkretliyidir. 
Onların mötəbər risalələrindən sayılan  UPANİŞADLAR öz 
müqəddəs mətnlərində  “NİTQ SÜDÜ”, “İDRAK  İÇKİSİ”, 
yaxud  “HƏQİQƏT SÜDÜ” ifadələrindən yararlanırlar ki, 
bu da altıaylıq uşağın mərasim yeməyinin 
simvollaşdırılmasından savayı ayrı bir şey deyil. 
Ritual zamanı hindlilər körpəyə süddə bişirilmiş 
düyünün lap duru həlimini verirdilər və elə güman 
edirdilər ki, uşaq məhz onun köməyilə çillədən çıxıb 
nitq, idrak qazanacaq, həyat həqiqətinə qovuşacaq. 
Çoxlarının bu gün Azərbaycanın  ədəbi üfüqlərində  “AĞ 
YOL” kimi tanıtdıqları kosmik məkanın bir fraqmenti
əslində,  “SÜD YOLU” adlanır ki, onun da şəcərəsi 
birbaşa bu südlə düyü həliminə bağlı. 
       Körpəyə çillə  həliminin içizdirilməsi mərasimi 
gerçəkliyin südlə ilişikli bütöv bir silsiləsini 
(ERKƏK - DİŞİ - BALA: erkək “süd” buraxır, dişi 
mayalanır, doğur, südü olur və balanı  əmizdirir) 
müəyyən müddətə qapadır: yəni süd dövriyyəsi 
tamamlanır, real münasibətlər ayin kontekstində 
simvollaşdırılır. Bundan o yanası artıq mifdir, 
metafizikadır, nağıldır. Hindlilərin kosmoqonik 
bilgilərinə görə tanrı Varunanın səltənəti, - Səma ilə 


 
152
dünya okeanı, - homogendir, yəni tamam eyni xislətə 
malikdir: o da su, rütubət, nəmişlik törədir, bu da. 
Bir çox Şərq ölkələrində elə  xəyal edirlər ki,  fəza 
boşluğuna böyrü üstə düşmüş təzə Ay iri su hövzəsində 
üzən gəmi və ya qayıqdır. Hindistanda Aya “SOMA” 
müqəddəs içkisi dolan bir CAM kimi də baxırlar. Mifik 
təfəkkürə əsasən Ay bədirləndikdən sonra tanrılar guya 
bu nəhəng “cam”a yığılmış mistik şərbəti içirlər; 
başqa bir varianta görə isə Soma içkisi Ayın tərsinə 
çevrilmiş hilalından yağış qismində yerə tökülür. Odur 
ki, qədim hindlilər Aya digər bir ad da qoyublar: 
SOMA. Mümkün ki, ərəblərin “səma” sözü elə bu kəlmədən 
alınmadır. Səma sanki iri bir süd qabıdır, parlaq 
gövhərlər, incilər küpüdür, sanki kündələnmiş buludlar 
üzən nəhəng bir teştdir. Gərçi böylə olmasa, onda 
“əbri-nisan” (incilər yağdıran yağış buludu, obrazlı 
desək, yağış kündəsi) nəmənə, “süd yolu” nəmənə?!  
       Bir  gün  tələbələri Budddadan soruşurlar ki, 
vaxt gələndə onu necə ansınlar, necə xatırlasınlar. 
Budda dinmir, təmkinini pozmur, epizodik bir laloyunu 
səhnəsilə onların sualını cavablayır:  əlində dilənmək 
üçün tutduğu sədəqə  CAMINI  aşırıb yerə qoyur. Bu, 
eyhamdır, yaşanmış taleyin (axırıncı qurtuma qədər 
içilmiş içki) obrazıdır, rəmzidir. Yəni hind 
mədəniyyətində  həyat, tale, karma maye (soma, sakral 
nektar, süd) dolu camla işarələnir. Deməli, əgər dünya 
camdırsa, onda ömür süddür, somadır, müqəddəs içkidir. 
     Ancaq  bu  məqamacan yazılanlar hələ  nədir ki? 
Ciddi heç nə: məsələnin üzü, bayırı, üst qatı.  Əsl 
elmi  şücaətsə gizlini aşkarlamaqdır. Odur ki, mən 
yavaşca istiqamətlənirəm qədim yunan mədəniyyətinə 
sarı. Kim gərçi düşünürsə ki, əski yunanların eşq 
tanrısı  AFRODİTA miflərdə söylənilən kimi dəniz 
köpüyündən zühur edib, görünür, bir qədər naşı 
adamdır, fun- damental elmə nabələddir. Düzdür, 
ilahənin adının yunanca açımı birbaşa  “AFROS”,  yəni 
“köpük” sözü ilə ilişiklidir. Di gəl ki, bu sevgi 
tanrısının həqiqəti hindlilərin 
ədəbiyyatından 


 
153
boylanır. Sanskrit dilində  ABHRADATTA  kəlməsi 
AFRODİTANIN arxaik variantıdır, “bulud tərəfindən  əta 
edilmiş”, “buludun hədiyyəsi olan” canlını  və ya 
nəsnəni işarələmək üçün işlənir. AF - RO - DİTA (ABHRA 
- DATTA)  buluddan doğulub, buluddan çıxıb, daha 
köpükdən yox. Çünki köpük boşdur, heçin qabığıdır, 
aldanışın sərhəddidir, puçdur. Heçdən nə yaranır ki? 
Hərçənd bulud və köpüyün təbiəti haradasa oxşardır: 
onların hər ikisi SU başlanğıcını vurğulayıb  SÜD 
rəngində olur, südə bənzəyir. 
     Dənizin süd kimi ağ köpükləri dalğaların 
pipiyində gəzən bulud topalarıdır. 
     Aydınlaşdırdıq ki, BULUD ilahə Afroditanın 
şəcərəsində ulu əcdaddır və onun qədim sanskrit 
dilində    AB-HRA kimi səsləndirirlər. Buludsuz yağış 
nə, dəniz nə, köpük nə? Farsların  “AB”  sözü də 
burdandır.  “AB” farsca, “AP” isə sanskritcə  SU 
deməkdir. Qədim hindlilərin dini mədəniyyətinin 
ənənələri müqəddəs səma pərilərini 
“AP-SAR” 
adlandırır.  “AP”  əgər sudursa, “SARAS”  hərəkət etmək 
kimi mənalandırılır. Sakral aləmin gözəl mələkləri və 
ya huriləri vedaların verdiyi bilgiyə  əsasən göydə
səmada sərbəst çalıb oynadıqları kimi, kəhkəşan 
çaylarında da asudə yaşayırlar. Onların yerə enməsi 
nəinki mümkündür, bəlkə də adi haldır. Busa artıq SƏMA 
və DÜNYA OKEANININ bütövlüyünün, vahidliyinin eyni bir 
silsiliyə  mənsubluğunun  əlamətidir. Hansı bir mifdə, 
dastanda səma pərisi iştirak edirsə, o, mütləq su 
başlanğıcı ilə əlaqədar olur. 
     Yəhudilərin qutlu əfsanə  mətnlərində bu birgəlik 
peyğəmbər  AVRAAM/ABRAAM  və onun arvadı  SARRA/SARA 
dixotomiyasında öz əksini tapır.  İzaha ehtiyac varmı 
ki,  ABRAAMLA SARANIN adlarının linqvistik şəcərəsi 
“ABHRA” və “APSAR” kimi sanskrit sözlərinə söykənir? 
Başlanğıcda yenə  həmin  SU,  yəni  AB/AP dayanıb.  BİR 
olub ikiyə bölünmüş APSAR/ABSAR kimi AB - RAAM və SAR 
- A  səma və dünya okeanını, göyü, yeri özlərində 
ehtiva edirlər. Bu mənada  ABRAAM  və  SARA suyun, 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə