145
Əgər Şekspiri ilgiləndirən yalxı ehtirasdırsa, bu
ehtirasın törətdiyi intelektual
gəzişmələr və müxtəlif
qayəli çarpışmalardırsa, Cavidi daha çox intellektin
duyğuya uyaraq aldanıb cızdığı, dəyişdiyi karmanın,
taleyin, aqibətin dini-kulturoloji yozumu, insanın
daxilinə gömülmüş mübarizənin mistik təzahür gözəlliyi
düşündürür. Bu gözəlliyin, bu idealın, bu
harmoniyanınsa Cavid dramaturgiyasında yalnız bir
dağıdıcı qarşıdurumu var: UÇURUM; yəni XAOS. Adəm və
Həvva cənnətdən qovulanda
uçurumdan uçub dünyaya
sığındılar. Dünya uçurumun dibi kimi çözülməzmi bu
məqamda? Uçurum cəhənnəm müjdəçisi.
Maral, Şeyda Rəmzi, Şeyx Sənan, Səyavuş, Knyaz,
Cəlal, Afət, Arif bilmərrə
UÇURUM sakinləridir: onlar
bu virtual məkanda yaşayib elə oradaca qeyb olarlar,
İBADƏT və
ÜSYAN qovğasının alovuna yanıb-yaxılarlar.
Fridrix Nitşein “Zərdüşt”ündən tanınan fəci taleli
TƏLXƏK-KƏNDİRBAZ azərbaycanlı Cavidin bədii dünyasında
müxtəlif görkəmlərdə zühura gəlir. Bu obrazların hər
birinin içində bir Nitşe uyuduğunu
sübut etməyə heç bir
hacət yox.
HÜSEYN CAVİD DRAMATURGİYASINDA UÇURUM EYHAMDIR.
SƏYAVUŞ İRAN VƏ TURAN UÇURUMUNUN QƏHRƏMAN
KUKLASIDIR.
KNYAZ MEHVƏRİNDƏN ÇIXMIŞ ZAMANIN DƏLİ TƏLXƏYİDİR.
UÇURUM ÜZƏRİNDƏ QANAD ÇALMIŞ BİR FIRTINA QUŞUDUR
AZƏR, “ÜSYAN” DEYİB BAĞIRAR.
CƏLAL MİSKİN UÇURUM RƏQQASIDIR.
AFƏT UÇURUM TÜSTÜLƏRİNDƏ BOĞULAN TÜRK YAVRUSUDUR.
Mifik təfəkkür uçuruma atılmağı ölüm tanrısına, şər
mələyinə qurban kimi qavrayır.
UÇURUM ŞEYX SƏNAN ADLI SEVGİ DƏRVİŞİNİN SON
DAYANACAĞIDIR: “FƏNA” NƏDİRSƏ, ELƏ BUDUR.
İBLİS UÇURUM BƏLƏDÇİSİDİR.
SİBİR SÜRGÜN UÇURUMUDUR.
Və bütün bunların hamısı bir cür mənalanır:
YER
KÜRƏSİNİN YERİ UÇURUM.
146
CAVİD XX ƏSR AZƏRAYCAN MƏDƏNİYYƏTİNİN FİKİR
KƏNDİRBAZIDIR.
SONUCDA İSƏ “İŞTƏ BİR DİVANƏDƏN BİR XATİRƏ: BİR
OYUNCAQDIR CAHAN BAŞDAN-BAŞA...”
Çünki İNSAN İBADƏTLƏ ÜSYAN ARASINDA BİR DİVANƏ!
2004-cü il
MƏDƏNİYYƏTLƏRİN QOHUMLUQ PARADİQMASI
(intellektual mozaika)
“Harada YARADICILIQ varsa,
orada ALLAH var!”
Müəllif
MƏDƏNİYYƏT XALQIN KOSMOQONİK BİLGİLƏRİ,
FANTAZİYALARI İLƏ ONUN MƏİŞƏTİNİN, GÜNDƏLİK FƏALİYYƏT
REPERTUARININ BİR-BİRİNƏ CALANDIĞI NÖQTƏDƏ DÜZƏNLƏNİR.
Əgər hər hansı bir mədəniyyəti soğan qabığı kimi
“soysalar”, sonucda içindən mütləq məişət çıxacaq.
Millətin məişətinin tipologiyasını isə onun mətbəxinin
xüsusiyyətləri müəyyənləşdirir.
MƏTBƏX MİLLƏTİN
MƏDƏNİYYƏTİNİN, XARAKTERİNİN, HƏYAT TƏRZİNİN, MİFİK
TƏFƏKKÜQRÜNÜN, KOSMİK DÜŞÜNCƏLƏRİNİN VƏ ZÖVQÜNÜN
RƏNGLİ, QOXULU, DADLI FORMALARDA GÜZGÜLƏNDİYİ
MÜSTƏVİDİR.
Üç ayrı-ayrı məqalədən ibarət bu intellektual
mozaikanın köməyilə
mən məhz “mətbəx-məişət”
müstəvisində mədəniyyətlərin qohumluq paradiqmasının
parametrlərini, əlamətlərini, nişanələrini aşkarlamağa
çalışdım. Araşdırmalar, semioloji və semantik
təhlillər göstərdi ki,
arxaik mədəniyyətlərin
formalaşma tipologiyası
hər yerdə eyni olub.
Mədəniyyətlər arasında fərqləri şərtləndirən cəhətsə
millətlərin passionarlıq dərəcəsidir. Hərçənd
147
intellektual mozaikanı qəliz tədqiqata çevirmək
fikrindən tamam uzağam. Çünki mozaika hər şeydən öncə
şuxluğu, əlvanlığı, ekspressivliyi və daxili dinamizmi
hesabına diqqəti özünə çəkir. Odur ki,
mürəkkəb elmi
süsləmələri qoyuram bir kənara və keçirəm mozaikanın
ilk fiquruna.
KÜNDӘ
(varlığın simvolik obrazı)
Azərbaycan mətbəxinin yumru, koppuş, sığallı,
hərdən ağbəniz, hərdən əsmər “gözəl”inə el içində
“KÜNDƏ” deyiblər. Bilirəm, bəziləri rişxəndlə qımışıb
söyləyəcək ki, hə, nə olsun? Razılaşıram, həqiqətən,
bu poetik cümləni yazmamaq da mümkün idi. Səbəbi,
məncə, gün kimi aydın: informasiya minimaldır; bu,
bir. İkincisi: azəri türklərinə kündənin nə olduğunu
anlatmağa çalışmaq, onu “əzizləyib”
vəsf etməyə
çalışmaq, əsla ki, cəfəng bir iş, teyxa absurd. Yəni
heç o yan bu yanı yoxdur, kündə elə kündədir,
vəssalam.
Lakin və bir də lakin...
KÜNDƏ VARLIĞIN SİMVOLİK OBRAZIDIR, BAŞLAĞICIN
BİLDİRİCİSİDİR. TANRININ TORPAĞINA, PALÇIĞINA, GİLİNƏ
EYHAMDIR, TÖRƏDİCİ VƏHDƏTİN İŞARƏSİDİR, KOSMOQONİK
YARANIŞ AKTININ YUMŞAQ, ELASTİK MATERİALININ
ÖZÜNƏMƏXSUS MODELİDİR, XAOSUN GİZLİ ENERJİSİNİN RƏMZİ
DAŞIYICISIDIR.
Mən məqalənin ideyasını əvvəldə açıqladım: ancaq
maraqlısı heç
də bu deyil, mənim fikirlərimin sıra
məntiqinin aşkarladığı qəfil məna bağlantılarıdır.
Öncəsi bu ki, KÜNDƏ mətbəx çərçivəsində hər hansı
bir bişintinin dadını, qoxusunu, rəngini özündə məxfi
şəkildə ehtiva eləmiş, konkret öynə qədərincə olan və
xüsusi nişanə ilə fərqləndirilməyən neytral xəmir
kütləsidir. Ona
OD dəyməyincə mahiyyəti, cövhəri,
batini
və zahiri aşkarlanmaz, ləzzəti bəyana gəlməz.
KÜNDƏ və
OD arasında əlaqələndirici vasitə, “körpü”