Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə42/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   38   39   40   41   42   43   44   45   ...   123

 
127
MənaziL, Bürcət, Səyyarat və Çaharatlarını bir yerə 
toplayıb («30» əlavə olunsun «31» və  əlavə olunsun 
«17» bərabərdir  «78») üstünə kiçik və böyük əbcədə 
uyğun 11 nöqtəni gəldikdə cavab eləyəcək «89». «8»-lə 
«9»-un cəmi isə bir daha «17»-ni verir. Amma mən 
burada da qərar tutmadım, bir az da dərinə vardıM.: 
öyrəndim ki, bütün əbcədlər üzrə “kəpənək”də bulunan 
hərf və nöqtələrin yekun qiyməti  «2607»-dir. Onun 
Mənazili də «3»-dür, Bürcəti də, Səyyaratı da, 
Çaharatı da. Nəticə 4 dəfə «3»-dür ki, bu da «12»-yə 
müsavidir. Rəqəmlərin simvolika cədvəlində 12-nin 
qarşısında əbcədə fars əlifbasından daxil edilmiş “pe” 
hərfi dayanır. Hürufilər “pe” hərfini  əbədiyyətin
sevgi və ölümsüzlüyün parolu bilirlər. Parolun mənası 
bu cür açıqlanır: sevgi və dostluq, cavanlıq və 
gözəllik  əbədidir; insan yalnız ağlı  və yaradıcılığı 
ilə özünə ölümsüzlük qazanır. Bundan o yanası artıq 
final və məqalənin ən dadlı məqamı. Öncə «30»-u (102 – 
M., B., S., Ç.), «31»-i (330 – M., B., S., Ç.,), «17» 
(432 – M., B., S., Ç.) və «12»-ni (2607 – M., B., S., 
Ç.)  toplayaq. Cəmi «90»-dır. Hürufilərin mistik 
rəqəmlər sırasında  «90» “sad” ərəb hərfi ilə 
işarələnir. “Sad” hərfini hürufilər “Ənəlhəq” deyimi 
ilə qabaq-qənşər qoyub ikincini birincinin parolu 
sayırlar. Bu parolun məxfiləşdirdiyi məna belədir ki, 
insan, kamil şəxsiyyət  FƏZL olacaq və sonradan 
aydıracaq: «ƏNƏLHƏQ». İdeyanın, fikrin cövhəri, mənası 
isə ondan ibarətdir ki, insanlıqdan kənarda idraka 
malik varlıq yoxdur. «90» kiçik əbcəddə  həm də  «40» 
üstəgəl  «50»-dir, “mim” və “nun”dur, yəni  “MƏN” 
sözünün rəqəmi ifadəsidir.  Əhməd Elbrusun mürəkkəb 
araşdırmalarında (“Поетика  и  Математика”, s. 102) isə 
“Mən”, “Əlif”, “Allah”, “Ənəlhəq” sözlərinin  əbcədi 
ekvivalentlərinin bərabər olduğu sübuta yetirilir. 
Tamam. Bütün bunlar nə demək ola yahu? O deməkdir ki, 
mən Nəsiminin istəklərini birbəbir  KƏPƏNƏKDƏN tapdım. 
Tapdığımı çözələdim. Qalanı qaldı. Çünki hürufi 
hesablamaları zorxana bir iş, mənsə adi bir teatrşünas. 


 
128
Ancaq indi artıq məlumdur ki, hürufilərin mistik 
bilgilər paradiqmasında  KƏPƏNƏK ALLAHDIR, ƏNƏLHƏQDİR, 
MƏNDİR, FƏZLDİR, NƏSİMİDİR, LEYLİDİR, KAİNATDIR, 
KOSMOSDUR, MÜTLƏQ HARMONİYADIR, huri və  qılmanın 
bulunduğu  CƏNNƏTDİR, maddi və ruhi aləmin birgəliyinə 
görkdür, ilahi, sakral, müqəddəs bir şifrədir.  
       Bütün  bunlar  mənə  əyan olduqdan sonra öz 
filoloji fantaziyalarıma qapılıb Nəsimi taleyinin son 
hadisəsini tam subyektiv şəkildə belə yozuram ki, onun 
dərisinin soyul-ması faktı təkcə mülhid bir şəxs üçün 
seçilən cəza tədbiri deyil, həm də Nəsimi ideyasının, 
Nəsimi fikrinin, Nəsiminin hürufi fəlsəfəsinin 
təftişidir, ruhun oyunlarının kobud materiya ilə 
yoxlanılmasıdır, sınağa çəkilməsidir. Nəsiminin ona 
görə soymadılar ki, şairə  əzab, işgəncə verib 
incitsinlər. Nəsimi bundan heç incimədi də və dedi ki, 
“həqq bilir, bir zərrə neştərdən damarlar ağrımaz”. Bu 
müdhiş cəzanı ol səbəbə Nəsimiyə rəva bildilər ki, onu 
soyub da camaata KƏPƏNƏK  içindən heç nə  çıxmadığını 
göstərsinlər, hürufi şairini  ələ salsınlar və onun 
insan, filosof, şair magiyasından qurtulsunlar. Lakin 
bilmədilər ki, Nəsimi  KƏPƏNƏK içrə  əbədiliyi artıq 
çoxdan bulub. Annemari Şimmel  İslamda mistisizm 
mövzusunu çözərkən yazır ki, “bu xüsusda hürufi şiə 
icmasına mənsub 
şair Nəsimini xatırlamamaq 
mümkünsüzdür. Onu 1417-ci ildə  qətlə yetirdilər. 
Nəsimi özünü yeni Mənsur saydığından bilərəkdən öz 
taleyində  Həllacın  əziyyətlərini və ölümünü təcəssüm 
etdirmişdi”
13
. Təsadüfi deyil ki, Nəsiminin dərisi 
soyulduqdan sonra onu qol və qıçlarını kəsmişdilər.  
     Mən heç bir nəticəyə  gəlməyəcəyəm. Janrı 
“filoloji fantaziya” olan bir yazıya nəticə nə lazım? 
Məgər 313 mürsəl (göndərilmiş elçi) və 6 üluləzm 
(başçılar, qabaqda gedənlər) peyğəmbərlərin  əksəri 
KƏPƏNƏK geyinib də çoban olmadımı? Dünyada hər  şey 
tale, olacaq və ya karma ilə müəyyənləşmirmi?  Şayəd 
belə isə, onda “ah, nidəm, nidəm, nidəm?”. 
 


 
129
 
 
 
Məqalənin sözlüyü və izahları 
1
 Pust (f) – dəri. 
2
 Mənsur (ə) – qalib, üstün.  
3
 Kisvət (ə) – libas, geyim; Kəbənin qara örtüyü. 
4
 Camə (f) – paltar, geyim. 
5
 Anəstu-nar (ə) – “odu tapdım” Musa peyğəmbərə işarədir. 
6
 Bərgüzidə (f) – bəyənilmiş seçilmiş. 
7
 Bax: Шюкуров Ш.Ш. Искусство средневекового Ирана. - М.: 
  Наука, 1989. - 248 с.  
8
 Əndişə (f) – fikir     . 
9
 Kəpənəkpuş (f) – kəpənək geyinmiş.      
10
Əbcəd (ərəb əlifbasının sistemini müəyyən edən 8 
  kəlmənin birincisi;  Xüsusi hesablama cədvəli. Bu haqda 
  bax: Елбрус Ахмед. Поeтика и Математика. – Б.: 1979.  
                                                 
11
 Mən bu Həsimi şeirindən oxunan mənaları bir məqalə halına 
salıb 2000-ci ildə “Azərbaycan” dərgisində  dərc elətdirdim. 
2007-ci ildə isə filoloq Rəhim Əliyev mənə özünün “Nəsimi və 
klassik dini üslubun təşəkkülü” adlı araşdırmasını bağışladı. 
Rəhimin “tədqiqatı”na göz gəzdirərkən gördüm ki, o, həmin bu 
məsələni tamam ayrı cür yozur. Lakin, təəssüf ki, onun 
təfsiri heç bir tənqidə tablamadı. Uzun danışmamaqdan ötrü 
mən Rəhimin kitabından bu xüsusda deyilənləri sitatlaşdırmaq 
istərdim: “Uçmaqda röyətə dəxi əhli-nəzər gərək” - sətrindən 
görünür ki, Allahla hürufinin görüşü uçuş  kimi (ayrı tövr 
də olurmu yahu? Muhammədin meracı bir uçuş deyilmi, əcəba? - 
kursiv A.T.) baş verirdi. Bir sıra (yəni hansı? - kursiv 
A.T.)  şeirlərdən aydın olur ki, bu uçuşdan qabaq hürufilər 
Fəzlullahın qarşısında xüsusi dərvişi paltarda olur
başlarına mövləvi (bu haradan çıxdı? - kursiv A.T.) papağı 
qoyur, ona müraciətlə  şeir oxuyur və ya nəsə (kim bilir 
nədir bu nəsə? - kursiv A.T.) imanla bağlı söhbətlər 
aparırdılar. Bu zaman onlar həm də  Fəzlullahın sifəti ilə 
ilahi kontakta girməyə çalışırdılar. Onların rəngi saralır, 
onları  əsmə tutur, özlərindən gedirdilər. Bir şeirində 
müvəhhidliyə doğru “röyət uçuşunu” Nəsimi “Kəpənək” obrazı 
ilə ifadə etmişdir (Bununla nə demək, hansı  məxfi mənaları 
şifrələmək istəmişdir Nəsimi? - kursiv A.T.)... Burada 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə