130
“kəpənək” obrazı ilə hürufi birliyi üzvlərinin başlarına
qoyduqları xüsusi sarığa işarə edilir: güman ki, iki-üç
rəngli olduğundan onu kəpənəyə bənzətmişlər. Şair deyir ki,
kəpənəyə oxşar mərdlər (məna anlamsızdır. Mərdlər də
kəpənəyə oxşadılar? - kursiv A.T.) papağını başıma qoyandan
bu kəpənək-papaq onun Allahdan uzaqlıq dərdinə dərman olub.
Kəpənəyə oxşar baş sarğısı hətta ona “röyətə uçuşundan”
əvvəlki üşütmələrini - əsmələrini də rahatlaşdırıb. Mərifət
əhlinə kəpənək ulduzsuz səma boşluqlarını papaq edib və buna
görə cahillərin papaq geyməsi rəva deyil”. Bu da Rəhimin
yazdıqları...
İndi bir neçə mətləbi Rəhim bəyə izah eləyək.
Birincisi ondan başlayaq ki, papağı əyinə çəkmək
(“çəkəli əynimə bu sikkeyi-mərdan kəpənək”) olmaz. Papağı
başa qoyarlar. Hərçənd “papağını geyin” ifadəsindən də biz
yararlanırıq. Yalnız kürkü, köynəyi, yapıncını, şalvarı,
şəltəni əyinə çəkmək mümkün.
İkincisi: papağa don (“yeri gey, xirqə ərənlər
donudur”) deməzlər. Məncə, Nəsimi paranoik olmayıb, papağı
paltar bilməyib. Məəttələm ki, bu cür adi detallara Rəhim
necə diqqət eləməyib.
Üçüncüsü: Nəsimi kəpənəyi xirqəyə tay tutur, onu
mərifət əhlinin xirqəsi bilir. Papağı da xirqə güman
edərlərmi, yahu?
Dördüncüsü: nə vaxtdan mərd papağı “ətləsi-xas”
sayılır?
Beşincisi: bu şeir, heç şübhəsiz ki, Nəiminin
müridlərinə göndərdiyi xəbərdarlıq məktubundan sonra yazılıb,
yoxsa bu münasibətlə söylənilmiş başqa bir şeirində Nəsimi
vurğulamazdı ki, “qeyri bir tayfadanam, bu kəpənək
fəxrimdir”.
Altıncısı: “sikkeyi-mərdan” farscadan tərcümədə kişi
xarakteri mənasına uyğun gəlir. Və bundan əlavə hürufilər
heç vədə mövləvilərin “sikkə” adlanan papaqlarını başlarına
qoymazdılar. Əlbəttə ki, bir sadə səbəbə görə. Çünki
konusformalı uzunsov mövləvi papağı “Ya Həzrət Mövlanə”
ifadəsinin kalliqrafik obrazının təcəssümüdür. Bu nə Nəimiyə
xoş gedərdi, nə də Nəsimiyə. Bundan əlavə mövləvilərin
papağı ya qəhvəyi olurdu, ya da ağ.
Yeddincisi: mən öz məqaləmin janrını ona görə “filoloji
fantaziya” kimi müəyyənləşdirmişəm ki, mən Nəsiminin
tədqiqatçısı deyiləm. Amma buna baxmayaraq yazdıqlarımın
131
hamısının elmi sübutları mövcuddur. “Fantaziya” isə
Rəhimə məxsusdur. Nəsimi “ulduzsuz səma boşluqlarını” özünə
papaq bilsəydi, bu günki şairlərdən fərqlənərdimi heç? Yəni
Nəsimidə məsələ bu qədər birmənalı, primitiv ola bilməz.
Səkkizincisi: Nəsiminin “Tapdım” rədifli şeirində
kəpənək birbaşa xirqə adlandırılır.
Doqquzuncusu: xirqənin rəngi isə, adətən, sufilərdə
tünd göy rəngində (qaraya yaxın) olurdu. Xirqə zərif yapıncı
deyilmi? Bu da bir daha onu göstərir ki, filoloq Rəhim
Əliyevin gümanı səhvdir.
Onuncusu: mövləvilərin papğı kəpənəyə oxşamır və əlvan
rənglərlə bəzədilmir. Ona görə də Rəhim şübhələnib “papaq”
sözünü “baş sarğısı” ifadəsilə əvəzləyir. Baş sarğısı
dedikdə isə həməncə əmmamə düşür adamın yadına: həm yumru,
gümbəz formalı olduğundan, həm də müsəlmanın kəfəni kimi
anlaşıldığından bunun kəpənəklə nə ilişgisi? Əgər bu kəpənək
papaqdırsa, onda Nəsiminin “İkilik pərdəsindən keçib birlik
bacasından baxan insan gizli sirləri görə bilər. Gizli
sirləri anlayan isə Allahdır” fəlsəfi müddəasını nə ilə izah
edəcək Rəhim: papağı və ya baş sarğısını ikiyə böləcək? Axı
baca qapadılmaz! İnsanın başındakı papağı da baca ola bilməz
və əgər olsa da ordan papaq yiyəsi heç nə görməz. Aydın
görünür ki, Rəhim papaqları əməllicə qarışdırır və məsələni
predmetiv olaraq təsəvvür edə bilmir.
On birincisi: papaq (və ya baş sarğısı) heç cür
“kəpənək”liyini aşkar edib əbcədə gəlmir. Əbcəd isə 100
Rəhim kimisinin söylədiyindən min qat mötəbərdir. “Kəpənək
geydiyimə kimsələr eyb eyləməsin”. Papaq da eyib sayılarmı?
Və ya Rəhimin dediyi papaq-kəpənək nə tövr olub ki, ona eyb
eləyiblər.
On ikincisi: nə vaxtdan papaq (baş sarğısı) zindana
bənzədilir? Papaq nə zindan kimi ağır olur, nə də adamın
türməsi olur. “Kəpənək” hürufi şairinin poeziyasında onun
fəlsəfəsinin paradiqmasıdır və xirqəni, paltarı (onun
təsadüfən dağ kəndində tapıb geydiyi yapıncını bildirir)
eyhamlaşdırır. Əgər hürufilər öz papaqlarına “KƏPƏNƏK”
deyirdilərsə və onun simvolik mənalarını bilirdilərsə,
Nəsimi kəpənəkdə yenidən nəyi tapırdı ki?..
12
Mənazil – verilmiş ədədin 28-ə bölünməsindən qalan
qalıq.
Bürcət – verilmiş ədədin 12-yə bölünməsindən qalan
132
qalıq.
Səyyarat – verilmiş ədədin 7-yə bölünməsindən qalan
qalıq.
Çaharat – verilmiş ədədin 4-ə bölünməsindən qalan
qalıq.
13
Şimmel A. Mir islamskoqo mistisizma. - M.: Alateya,
Eniqma, 1999. - s.66.
P.S. Mənim bu məqaləmdən sonra bəzi tədqiqatçılar dəridən-
qabıqdan çıxa-çıxa sübut eləməyə çalışdılar ki, Nəsiminin
dərisi, ümumiyyətlə, heç soyulmayıb. Digərlərisə
“soyulmağın” bir rəmz olduğunu isbata yetirmək cəhdində
bulundular. Dedilər ki, soyulmaqla bağlı Nəsimi şeirlərinin
əksəriyyəti ona yox, müridlərinə aiddir. Gəlin, araşdıraq.
Mən hər iki variantı qəbul eləyirəm. “Mümkündür”, -
söyləyirəm. Lakin və bir də lakin... Nəsiminin dərisinin
soyulması faktını tarix yox, bütün Şərq dünyası olmuş bir
hadisə kimi yaddaşlarda, pritçalarda qoruyub saxlayıb,
yaşadıb. Və bunun özündən böyük fakt ola bilməz. Yəni
Ortaçağ müsəlman mədəniyyətində bu fakt insanlara o qədər
güclü təsir edib ki, onlar bu müdhiş olayı 6 əsr ərzində
unuda bilməyiblər. Əgər bu mövzuya Nəsimidən əlavə onun
davamçıları da müraciət ediblərsə, bu şairin dərisinin
soyulmasının tarixi gerçəkliyindən xəbər verir.
Digər tərəfdən ərəb tarixçilərindən düz üçü bu məsələ
ilə bağlı sultan fərmanlarının olduğunu, Nəsiminin bir neçə
müddət zindanda saxlanıldığını söyləyirlər. Görünür ki,
Nəsimi dərisinin soyulacağını gözləyə-gözləyə elə o cür
şeirlər yazıb. Bunu ki heç kim inkar etməyəcək. Yəni
yormayın özünüzü, cənablar!Hər şey sadədən də sadədir!
2000-2008-ci illər
ÜSYAN VƏ CƏZA:
FİKİR “KƏNDİRBAZI”NIN AQİBƏTİ
(esxatoloji ovqat)
Dostları ilə paylaş: |