Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə26/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   22   23   24   25   26   27   28   29   ...   123

 
79
ARVADIN,  AŞİQ    MƏŞUQƏNİN intim həyatının gülünc 
erotik-seksual tərəflərindən, onların yırpanmış 
gündəlik münasibətlərinin cəfəng, ağlasığmaz 
təzahürlərindən bəhs edirdi. Bu, elə belə  də 
olmalıydı. Çünki meydan əhli  ər və arvad, kişi və 
qadın arasındakı sosial-psixoloji ünsiyyətin, intim 
əlaqələrin ictimai ekrana gülməli “həngamələr”, 
zarafatlar, məzəli olaylar şəklində qadağasız-filansız 
proyeksiyasından coşurdu, həzz aparırdı. Müsəlman 
mədəniyyəti kontekstində 
əsas seyrçi kütləsi 
kişilərdən ibarət olduğundan bu tamaşalar da meydanın 
bığıburma,  şəvəsaqqal, başıpapaqlı,  əyniçuxalı usta, 
baqqal, qoçu və hamballarının zövqünə, psixofizioloji 
təbiətinə uyğunlaşdırılırdı. Odur ki, burada ədəbsiz 
jestlərə, rəftar və söyüşlərə geniş yer verilirdi. 
Təsadüfi deyil ki, Atatürk Mustafa Kamal Paşa 1923-cü 
ildə “Qaragöz” kölgə teatrını Türkiyədə qadağan edir. 
Buna qədərsə teatrın tamaşaları sünnət toylarında, 
çayxanalarda, qəlyanaltılarda oynanılarmış. Nədən ki, 
bu məkanlara daxil olmaq qadınlara o vaxtlar yasaq 
buyrulmuşdu. Başqa yöndən baxanda isə problem bir 
azcana ayrı cür görünür: meydan aktyorları, nağılçılar 
və löbətbazlar, axı, qadın seyrçilərdən nə qazana 
bilirdilər ki? Deməli, onların (meydan aktyorlarının) 
özlərinə  də kişi seyrçilər qarşısında çıxış etmək, 
məhz kişilərin zövqünü oxşamaq, maraq və istəklərini 
üstün tutmaq daha sərfəli idi. Həqiqətən,  islam 
mədəniyyəti kişilərin mədəniyyəti kimi yaranıb, 
kişilərin mədəniyyəti kimi də formalaşıb. Ortaçağ 
müsəlman ölkələrində meydanın  SAHİB  və  SAKİNLƏRİ 
yalnız kişilər idi və onların küfr danışmaqdan savayı 
hər bir işə rüsxəti (icazəsi) çatırdı. 
     Lakin...  və bir də lakin... Üzeyir bəy meydan 
lotusu Keçəli Məşədi  İbad qiyafəsində elə “yolub 
daradı”, ona rəsmi mədəniyyətdə elə parad forması 
verdi ki, bu seksual nəhəngin, bu Şərq Don Juanının 
əməl və hoqqalarına kişilərlə  bərabər qadınların da 
tamaşa etməsi mümkünləşdi. Bu mövqedən yanaşanda 


 
80
görünür ki, “O olmasın, bu olsun” məsxərəsi XX yüzil 
Azərbaycan mədəniyyətində düşüncə, qavrayış 
müstəvisində zühura gələn koordinal dönüşü, bu dönüşün 
xarakter və təbiətini simvolizə edir. 
     Çözdüyüm  problemlərlə ilişikli, məncə, cəmi bir 
məsələ qaldı. İş bu ki, müsəlman məmləkətlərində Orta 
əsrlərdən üzü bəri xalqın, xüsusilə, kişilərin, 
sevimli  əyləncəsi sayılan kukla və kölgə teatrlarının 
repertuarına çoxsaylı müasir pyeslərlə yanaşı “Fərhad 
və  Şirin”, “Əsli və  Kərəm”, “Tahir və Zöhrə”, “Leyli 
və  Məcnun” kimi adı  bəlli oyunlar da həmişə daxil 
olub. Amma tamaşa zamanı bu qəmli, hüznlü eşq 
sərgüzəştləri xalqın gülüş 
mədəniyyətinin 
prinsiplərinə uyğun  şəkildə, Qaragöz və ya Keçəl 
Pəhləvanın birbaşa müdaxiləsi, iştirakı ilə ifa 
edilirdi, daha doğrusu, kölgə teatrının “ayna”sında 
(ekranında) həmin  əsərlərin qəhrəmanlarının  şəbədəsi 
çıxarılırdı, onlara məsxərə yapılırdı. Bu üsulla kukla 
və kölgə teatrlarının ustad löbətbazları müsəlman 
Şərqinin klassik eşq dastanlarına məsxərə, şəbədə donu 
biçir, hər hansı bir məşhur  əsərin astarını üzünə 
çevirir, bilərəkdən, meydan mədəniyyətinin mövcudluq 
prinsiplərinə uyğun urvatlı ilə urvatsız olanın 
yerlərini taydəyişik salırdılar. Belə olduqda fəci 
taleli romantik qəhrəmanların kukla və kölgə 
teatrlarında görükdürülən, amma gerçək həyat məntiqinə 
sığmayan davranışlarına,  ədalarına, həmçinin ibarəli 
nitqlərinə, mənasız iddialarına, mistik sevgilərinə, 
varolma pafosuna gülməkdən savayı camaatın  əlacı 
qalmırdı. “O olmasın, bu olsun” məsxərəsi də  məhz bu 
ənənənin davamı kimi “oxunur”. 
      Son cümlə  həmişə  ədəbiyyatın paradı olur. Bütün 
bunları bircə-bircə  aşkarlayıb sadalamaqda məqsədim 
Azərbaycanın dahi bəstəçisi və maarifçisi, dramaturqu 
və publisisti Üzeyir Hacıbəyli cənablarının suggestiv 
təsirə malik “Məşədi  İbad” məsxərəsinin xalqın meydan 
həyatı, milli gülüş  mədəniyyətilə  və  hətta mifik 
təfəkkürü ilə möcüzəli, orqanik, qeyri-adi bir tərzdə, 


 
81
arxetiplər səviyyəsində bağlı olduğunu, və heç də 
təsadüfi yazılmadığını, yəni tək bir ilham pərisinin 
qanadlarında göydən yerə enmədiyini göstərməkdən, 
əsərin bütöv şəkildə türk müsəlman mədəniyyətinin 
vizual və verbal gələnəklərinə söykəndiyini çözüb 
konkretləşdirməkdən ibarət idi. 
       Bu  məqalənin  şirinliyi də bir kəllə  qənd, üç 
manat pul olsun… Vəssəlam-şüdtəmam...  
 
  
Ədəbiyyat: 

Karasyov L.V. Qoqol i ontoloqiçeskiy vopros // 
Vopr.filossofii. - 1993. - № 8. -  S. 84.     
2
 Karasyov L.V. Mifoloqiya smexa // Vopr. filosofii. - 1991. 
- № 7. -     S. 73. 
3
 Bax: Təhməzov N.N.  Xalq tamaşalarında rejissorluğun 
metodikası. - B.: APİ, 1986. - 30 s.  
    
                                                             
                                                             
                                2000-ci il 
                        
BƏDƏN VƏ RUH 
KULTUROLOJİ PROBLEM KİMİ 
(fəlsəfi eskizlər) 
 
                    
“Anlamaq münasibət obyektivliyi deməkdir”. 
                                   Katsuki Syökida
1
 
                                                             
 
       Mədəniyyət bədən və ruhun oyunlarının 
müstəvisidir:  hər bir hadisədə, hər bir hadisənin 
mənasında, mahiyyətində  və formasında təzahür edər. 
“Pənbeyi-daği cünun içrə nihandır bədənim, diri 
olduqca libasım budur, ölsəm, kəfənim”.    Bədən cünun 
dağının pənbələri arasında gizlədilib: görünmür. Bu 
pambıq tayası (yəni libas, geyim) bədən üçün həmişə 
potensial örtükdür (niqabdır, hicabdır, cilbabdır, 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə