Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə22/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   18   19   20   21   22   23   24   25   ...   123

 
67
gerçəkləşdirməyi bacarmayan məğmun birisidir. Ona 
görə  də  rəsmi mədəniyyətdə  “əzizlənən”, aliqədr 
sayılan Məcnun kimi şair-filosof, ruh adamı olan 
qəhrəmanlar xalqın meydan mədəniyyətinin, gülüş 
mədəniyyətinin kontekstində heç cür özlərini doğrulda 
bilmirlər, çoxsaylı  məsxərə  və  lətifələrin mövzu 
mənbəyinə çevrilirlər.  
     Üzeyir  bəy də Füzulinin “Leyli və  Məcnun” 
poemasında söz gövhərlərindən və sufi davranış 
cədvəllərindən üzlənən fəlsəfi-etik dəyərlərin, yüksək 
idealların, romantik vəziyyətlərin, yaşantıların 
xalqın meydan həyatının kobud realizmi və sadə  dəmir 
məntiqilə qarşılaşdığı zaman cılızlaşdığını, heçə-
puça,  şəbədə, zarafat obyektinə döndüyünü görmüşdü və 
bunu “Məşədi  İbad” məsxərəsində ifadə etmişdi. Niyə? 
Onu bu işə qol qoymağa məcbur edən hansı  mənəvi-
psixoloji səbəblər vardı?  Hər  şeydən öncə dahi 
bəstəkar və maarifçi istəmişdi ki, klassik məhəbbət 
mövzusuna münasibətdə baxım bucağını  dəyişsin, onu 
xalqın meydan mədəniyyətinin gülüş modellərinə uyğun 
bir tərzdə yeni rakursdan işıqlandırsın, müqəddəs, 
ülvi, sakral sayılanı kobud materiyada sınağa çəksin. 
İkincisi: “O olmasın, bu olsun” şəbədəsini yazmaqla 
Hacıbəyli cənabları “Leyli və  Məcnun” operasının 
üzərində işlədiyi vaxt Füzuli poemasından, bu poemanın 
motivlərindən, fəlsəfi mənalarından aldığı emosional 
təsirdən azad olmağa, onun cazibəsindən, sehrli magik 
çənbərindən qurtulmağa səy göstərmişdi, mədəniyyətdə 
dolaşan “Leyli-Məcnun” kabusu əleyhinə, 
M.F.Axundzadədən fərqli, məxfi qiyam qaldırmışdı. 
Üçüncüsü: Üzeyir bəy “Leyli və  Məcnun” poemasını tam 
şəkildə özünküləşdirdikdən sonra, yəni  əsərin bütün 
məna düyünlərini açdıqdan, cövhəri qiyafədən 
ayırdıqdan, olayların psixoloji gerçəkliyinin 
həqiqətini aşkarladıqdan sonra görmüşdü ki, məşhur 
əfsanənin yazılı  ədəbiyyata köçmüş  qəhrəmanları 
BƏDƏNSİZDİRLƏR'>BƏDƏNSİZDİRLƏR, bilmərrə RUHDURLAR, YALXI İDEYALARDIR. 
Ona görə  də Üzeyir bəy çalışmışdı ki, “Məşədi  İbad” 


 
68
məsxərəsinin hadisə  və faktlarını birbaşa  BƏDƏN 
(ontoloji bədən, psixoloji bədən, sosio-kulturoloji 
bədən) və onun tələbatları üzərində qurub-quraşdırsın. 
Xalqın meydan mədəniyyətinin mərkəzində İDEYA yox, RUH 
yox,  BƏDƏN dayanır. Bədən burada ontoloji, sosio-
kulturoloji dəyərdir, meyardır, ölçüdür, etalondur. 
Meydanda bütün mənalar bədənə görə fokuslaşdırılır. 
Odur ki, Üzeyir bəy “Leyli və  Məcnun” operasını 
bəstələrkən alqışladığı ideyaları, yaşantı 
və 
dəyərləri bir müddət keçincə tamamilə əks bir mövqedən 
yoxlamağa, saf-çürük eləməyə, sınağa çəkməyə 
başlamışdı: bu dəfə xalqın meydan mədəniyyətinin
gülüş mədəniyyətinin içindən boylanıb öz köhnə, kübar, 
sevimli qəhrəmanlarına baxmışdı  və anlamışdı ki, 
onların faciəsinin bir nömrəli  şərti  BƏDƏNSİZLİKDİR. 
Elə buna görə  də Üzeyir bəy “O olmasın, bu olsun” 
məsxərəsində “Leyli və  Məcnun”un, bir qədər kobud 
səslənsə  də, astarını üzünə çevirmişdi və bir daha 
isbata yetirmişdi ki, “ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR”, 
yəni hər hansı bir gözəl bədii uydurma həyat 
məntiqinin sınağından keçə bilməyəndə  MƏSXƏRƏ üçün, 
ŞƏBƏDƏ üçün sonsuz imkanlar açır. 
 
ŞӘRQLİ  DON  JUAN  MӘŞӘDİ  İBAD 
yaxud 
“QARAGÖZ”ÜN POTENSİAL QӘHRӘMANI 
 
     Hacıbəyli cənabları “O olmasın, bu olsun” 
məsxərəsinin neqativdə görükdürülən qəhrəmanını  nədən 
“İBAD” adlandırıb? Təkcə ona görəmi ki, bu adın 
“məşədi” sözü ilə olduqca cingiltili və musiqili 
bağlantısı var? Bəlkə  də Üzeyir bəy Məşədi  İbadı 
Kərbəlayi Qubada (“Ər və arvad” operettasının 
personajı) tay, qardaş bildiyindən onların adlarını da 
həmqafiyə götürüb? Hər halda bu gümanlardan heç biri 
ciddi etiraz doğurmur: çünki mümkün həqiqət kimi 
yozulur. Amma məsələ bununla tamamlanmır. Sən demə, 
ərəbcə “ibad” sözü “qullar”, “kölələr”, “bədənlər”, 


 
69
bəzən isə “insanlar” kimi mənalandırılır. Mən 
məsxərənin kontekstini nəzərə alıb “ibad” sözünün 
bildirdiyi sonuncu mənanı ixtisar edirəm. Razılaşın 
ki, Məşədi  İbadın Məşədi  İnsan kimi təqdim edilməsi 
tədqiqatçıya heç nə vermir, əsərin bədii qayəsi
janrı, hüsnü ilə uyuşmur. “Kölə” mənasına gəldikdə isə 
söylənilməlidir ki, “İbad” sözü “İbadullah” adının 
azərbaycanlılar arasında qısaldılmış variantıdır. 
Ərəblər Allah quluna “Əbdallah” (Abdullah) deyirlər. 
“Əbd”in cəmiysə “ibad” olur. Odur ki, Məşədi  İbad 
əvəzinə Məşədi Kölə də demək mümkündür. Amma nə olsun 
ki? Bu bizə trafaret cavabdan savayı yeni nə anladacaq 
ki? Məşədi, axı, nəyin köləsidir?  İctimai-sosial 
vəziyyətin, dini görüşlərinin, pulunun, yoxsa 
ehtirasının, iddiasının? Məncə, hamısının... və burada 
əbəs yerə baş  sındırmağına dəyməz. Azərbaycanın fikir 
işçiləri çoxdan sübut ediblər ki, Məşədi  İbad sosial 
bir tipdir, bilmərrə  mənfi bir vücuddur. Düzdür, o, 
vələdüzna və kələkbaz deyil; nə rəzildir, nə yalançı: 
amma “dolmanı  və nanı” xəlvəti nuş eləyib özgələrlə 
işi olmayan, milləti, dünyanı vecinə almayan biar, 
yəni arsız bir adamdır. Arsız olmasaydı, dördüncü dəfə 
evlənmək həvəsinə düşməzdi ki... Hərçənd ki, bu, onun 
şəxsi işidir. Cəmiyyətin molla, bəy, tacir təbəqəsinin 
yeyib harınlamış salim, laqeyd biganə nümayəndəsi kimi 
Məşədi  İbad XX əsr Azərbaycan mədəniyyətində  tənqid 
hədəfidir, gülüş obyektidir. Bunu danmaq nadanlıq 
olur. 
     MİRZƏ  ƏLƏKBƏR SABİR POEZİYASININ BÜTÜN HƏPƏND 
PERSONAJLARI POTENSİAL MƏŞƏDİ 
İBADLARDIR. 
ƏZİM 
ƏZİMZADƏ  CƏNABLARININ ÇƏKDİKLƏRİ  RƏSMLƏRDƏ  MƏŞƏDİ 
İBADLARIN HANSI NÖVÜNDƏN İSTƏSƏNİZ TAPMAQ MÜMKÜNDÜR. 
     Bu  mənada Məşədi  İbad obrazı millətin varlıq 
səciyyəsinin məğzini özündə ifadə edirdi. Odur ki, XX 
yüzilin  əvvəllərində  Məşədi  İks tipinə, konkret 
olaraqsa, tacir İbada yalnız ictimai-sosial 
parametrlər çərçivəsindən yanaşmaq Üzeyir bəyi bir 
sənətçi kimi qane edə bilməzdi. Həqiqətən, “O olmasın, 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə